Milan 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi etməyəcək
Roma, 25 sentyabr, AZƏRTAC
UEFA 2027-ci ildə Milanda keçiriləcək Çempionlar Liqasının finalını ləğv edib.
AZƏRTAC xəbər verir ki, buna səbəb final matçının “San-Siro” kimi məşhurlaşan Milandakı “Giuseppe Meazza” stadionunda keçirilməsinə heç bir zəmanətin verilməməsi göstərilib. Belə ki, “Milan” və “İnter” klubları arasında aparılan danışıqlar stadionunun gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaradıb. Milan bələdiyyəsi 2027-ci ildə Çempionlar Liqasının finalı zamanı “San-Siro” stadionunun və ətrafının təmir işlərinin təsirinə məruz qalmayacağına zəmanət verə bilməyib. Bu da UEFA-nın 2027-ci ildə Milanda keçiriləcək Çempionlar Liqasının finalını ləğv etməsi ilə nəticələnib. Final matçının hansı şəhərdə keçiriləcəyi ilə bağlı qərar 2025-ci ilin mayında veriləcək.
Qeyd edək ki, Milan şəhərinin iki futbol klubu - “Milan” və “İnter” ev oyunları və digər turnirlər üzrə matçlarını “San-Siro” stadionunda keçirir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]