“Milli Gazete”: Ermənistan və Yunanıstan Türkiyəyə qarşı düşmənçilik kursunu davam etdirir
Ankara, 8 dekabr, AZƏRTAC
Türkiyə rəsmilərinin qonşu ölkələrlə əməkdaşlığa və sülhə hazır olduqları ilə bağlı çoxsaylı bəyanatlarının əksinə, İrəvan və Afina rəsmi Ankara əleyhinə planlar qururlar.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “Milli Gazete” nəşri Yunanıstan və Ermənistanın müdafiə nazirləri arasında Vaşinqtonda keçirilən görüşü şərh edərkən yazır.
Qəzet xatırladır ki, Ankara hər fürsətdə Afinaya “zeytun budağı”nı uzadır, Yunanıstan hakimiyyəti isə Egey və Aralıq dənizlərindəki adalara silahlar, eləcə də Kiprin cənubuna hava hücumundan müdafiə sistemləri yerləşdirərək, bölgədə düşmənçilik kursunu davam etdirir.
“Ermənistan da boş oturmur. Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-a səfəri çərçivəsində Pentaqondan sonra Yunanıstan səfirliyində olub və burada Yunanıstanın milli müdafiə naziri Nikos Dendias ilə görüşüb”, - deyə nəşr qeyd edib. Qəzet belə bir sualı verib: “Bu ölkələr Türkiyəyə qarşı müharibə planları hazırlayır?”.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]