Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Milli Kitabxanada “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” və “Xan Şuşinski” kitablarının təqdimatı olub

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 7-fə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin nəşr etdiyi “Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı” və “Xan Şuşinski” biblioqrafiya kitablarının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru Kərim Tahirov kitabxana tərəfindən hazırlanan “Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı” adlı biblioqrafiyanın Şuşaya həsr edilmiş ilk fundamental əsər olduğunu söyləyib. Bildirib ki, biblioqrafiyada Şuşanın tarixi, mədəniyyəti, musiqisi və ədəbi mühiti, tarixi və memarlıq abidələri, ictimai-siyasi həyatı, ədəbiyyatı, görkəmli şəxsiyyətləri, Prezident İlham Əliyevin Şuşaya səfərləri ilə bağlı kitablarda, dövri mətbuatda, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapıb. Kitabda xarici dillərdə Şuşa haqqında dərc olunan materiallar, habelə dünyanın milli və universitet kitabxanalarında mühafizə olunan ədəbiyyatlar ayrıca bölmələrdə verilib.

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, ölkəmizdə hər il müəyyən hadisəyə həsr olunur. Bu il də Şuşanın əsasının qoyulmasının 270 illik yubileyi münasibətilə “Şuşa İli” kimi qeyd olunur. “Məhz Ali Baş Komandan İlham Əliyevin və müzəffər Azərbaycan Ordusunun şücaəti sayəsində Şuşa arzumuz gerçəkləşib, mədəniyyət beşiyi olan şəhərimiz özümüzə qaytarılıb. Şuşa Azərbaycan xalqının iftixar mənbəyidir. Bu, böyük xoşbəxtlikdir ki, Şuşa öz mədəniyyətinə qovuşub. İndi məqsədimiz bu tarixi şəhərin ilkin görkəmini özünə qaytarmaqdır”, - deyən nazir qeyd edib ki, ötən il Şuşa mədəniyyət paytaxtı elan edildikdən sonra burada genişmiqyaslı abadlıq işləri görülüb, bir sıra tarixi-mədəni abidələr bərpa olunub. Bununla yanaşı, “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri keçirilib. Festivalda Xan Şuşinskinin və Azərbaycanın digər görkəmli incəsənət xadimlərinin mahnıları səslənib.

A.Kərimov, həmçinin qeyd edib: “Biz maarifləndirmə işlərinə Milli Kitabxanadan başlamağa qərar verdik. Həyata keçirdiyimiz layihələrdən biri də “Qarabağa kitabla gedək” layihəsidir. Qarabağda bərpa olunacaq kitabxanalar üçün 60 mindən çox kitab toplanıb. Ümid edirəm ki, bu il çoxsaylı tədbirlərimizi Şuşada keçirəcəyik”.

Sonra çıxış edən Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib: “Şuşa İli”ni Milli Kitabxanadan başlamaq məntiqlidir. Biz hər zaman Şuşa ilə bağlı tədbirlər keçirmişik. Şuşa deyəndə mütləq muğam yada düşür. Şuşada yaranan muğam əsl Azərbaycan muğamıdır. Bu, təkcə muğamın deyil, Azərbaycanın inkişafıdır. Şuşa həm də yeni Azərbaycan poeziyasının vətənidir. Molla Pənah Vaqif yeni dövr ədəbiyyatımızın ən parlaq nümayəndəsidir. Vaqifin dili Füzulinin dili demək deyil, müasir Azərbaycan dili deməkdir. Şuşanın əsl qiymətini Prezident İlham Əliyev verdi. Əminəm ki, Şuşanın dəyərini sonradan daha yaxşı anlayacağıq”.

Şuşa Rayon İcra Hakimiyyətinin nümayəndəsi Vüsalə Fətəliyeva 30 il bu şəhərin həsrətini çəkdiyini, ancaq heç zaman ümidini itirmədiyini söyləyib. Qeyd edib ki, Şuşanın azad olunması hər bir azərbaycanlını sevindirib. Buna görə Azərbaycan xalqı hər zaman şəhidlərimizə, qazilərimizə və Prezident İlham Əliyevə minnətdar olacaqlar.

“Azərbaycanın bütün bölgələrində ən mühüm kitabxana İbrahimxəlil xanın Şuşada tikdirdiyi kitabxana olub. O, getdiyi yerlərdən kitablar gətirib kitabxanasını zənginləşdirirdi. Şuşanın mədəniyyət və incəsənət xadimlərinin yetişməsində də bu kitabxananın rolu böyükdür. Şuşa haqqında çox kitablar yazılıb. Bu, mədəni hadisədir”, - deyə Vüsalə Fətəliyeva bildirib.

“Xan Şuşinski” biblioqrafiyasının Ön sözünün müəllifi Sərdar Fərəcov qeyd edib ki, Azərbaycan muğamının gözəlliyi, möhtəşəmliyi haqqında söz açılanda onun görkəmli ifaçıları yada düşür. Bu ifaçılar arasında elə xanəndələr olub ki, onların oxuduqları muğam onların adları ilə qoşa çəkilərdi. Məsələn, “Zabul Qasım”, “Segah İslam” və ya şəkili Ələsgərin “Rəhabı”, Məşədi Məmməd Fərzəliyevin “Şüştər”i, Seyid Şuşinskinin “Çahargah”ı və sair. Lakin elə xanəndələr olub ki, onların ifasında bir yox, iki yox, bəlkə də bütün muğamlar və bu muğamların şöbələri ən xırda detalları ilə səslənib, dinləyicilərin ürəklərini fəth edib. Belə xanəndələrdən biri də Xalq artisti Xan Şuşinski idi. O, hələ sağlığında Azərbaycan xalqının ən sevimli sənətkarı olub, adı əfsanələşib, dillərə düşüb, muğam kimi qədim bir sənətin rəmzinə çevrilib. “Bu kitabla yaxından tanış olduqca görürük ki, dahi şəxsiyyətlərin həyatı heç də adi olmayıb. Onların ömrü sonradan dastana çevrilib və yeni dövr açılıb”, - deyən S.Fərəcov qeyd edib ki, bu kitabların əhəmiyyəti sonrakı illərdə özünü daha qabarıq göstərəcək.

Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva layihənin əhəmiyyətli cəhətlərindən danışıb. Bildirib ki, biblioqrafiyada görkəmli xanəndələr haqqında yazılan kitablarla yanaşı, onlar barədə ən kiçik yazılar və məqalələrdən hissələr də yer alıb. Əsərin sonunda görkəmli sənətkarlar haqqında yazan müəlliflərin xüsusi siyahısının verilməsi, habelə onların dünya kitabxanalarında mühafizə olunan əsərlərinin göstərilməsi biblioqrafiyanın özəl xüsusiyyətlərindəndir. Digər əhəmiyyətli cəhət isə bu vəsaitlərin elektron versiyasının Milli Kitabxananın saytında yerləşdirilməsidir ki, bu da onların dünya oxucuları tərəfindən əlçatanlığın təmin olunmasına geniş imkan yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Nazirlər Kabinetində dəyişikliklər edilib

Avro-2024: Portuqaliya millisi 1/4 finala vəsiqə qazanıb

Budapeştdə ilk qısametrajlı “Ortaq Türk” filminin nümayişi olub

Ali Məhkəmə Donad Trampı bəzi cinayət məsuliyyətindən azad edən qərar çıxarıb

Özbəkistanda illik inflyasiya 10,6 faizə qədər artıb

ABŞ-da bir ailənin 5 üzvü təyyarə qəzasında həlak olub

Blinken: Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb

Gədəbəyə dolu düşüb

Avro-2024: Fransa 1/4 final mərhələsinə vəsiqə qazanıb

Türkiyə Prezidenti siyasətçilərin ritorikasında populizm və ksenofobiyanı “zəiflik” adlandırıb

FHN: Nohur gölündə suyun səviyyəsi artıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb VİDEO

Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə mina təhlükəsi ilə bağlı mübarizəyə başlayıb

Radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur BƏYANAT

Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Yeni Günəşlidə narkotik satışı ilə məşğul olan şəxsdən 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb VİDEO

ABŞ-da atışma zamanı 3 nəfər ölüb

Ankarada start götürən “Müharibə dövründə jurnalistika” təlimlərində AZƏRTAC-ın əməkdaşı da iştirak edir

Daxili İşlər Nazirliyi Şuşa “ASAN xidmət”də işə qəbulla bağlı müsabiqə elan edir

İqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri - vebinar

Nyu-Yorkda İpək Yolu Festivalı keçirilib

Yasamalın Mikayıl Müşfiq küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası COP29 mövzusuna həsr edilib

COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq ŞƏRH

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

® Zəhərli ilan və həşəratların sancması zamanı təxirəsalınmaz tədbirlərlə bağlı metodiki vəsait

Sağlamlıq imkanları məhdud şəxsə avtomobil hədiyyə edilib

Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular bəlli olub

Dövlət Sosial Müdafiə Fondu “Nebext” beynəlxalq təşkilatının xüsusi mükafatına layiq görülüb

ANAMA-nın İdarə Heyətinin sədri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Cənubi Koreyada doğumun azalması problemini həll etmək üçün nazirlik yaradılır

Pərviz Şahbazov Pakistanın neft naziri və “Saipem” şirkətinin baş icraçı direktoru ilə görüşüb

ABŞ mətbuatı Azərbaycanda dekolonizasiya mövzusunda keçirilmiş konfransdan yazıb

AZAL Füzuliyə təyyarə biletlərinin satışına başlayıb

Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb

Raket zərbəsinə məruz qalmış Odessa kilsəsi təmir edilir VİDEO

BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib

“Jerusalem Post”: Qərb Qafqazda sülhü təşviq etmək istəyirsə, Ermənistana təzyiq göstərməlidir

Son 10 gün ərzində Elm və Təhsil Nazirliyinə 21 mindən çox vətəndaş müraciət edib

Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir

Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər

Ankara Sosial Elmlər Universitetinin sosiokənd sisteminin BDU-da tətbiqi imkanları araşdırılır

Azərbaycan və İsrailin XİN rəhbərləri regionda və Qəzza ətrafındakı vəziyyəti müzakirə ediblər

® “Samsung” AI TV ilə yeni era başlayır - Daha canlı, daha həyəcanlı

Mədəniyyət naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

“Asiya uşaqları” Oyunlarının qalibi: Vətənə qızıl medalla qayıdacağıma inanırdım

UNEC-in “Gələcəyin tədqiqatçıları” qrant layihəsi yekunlaşıb

Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

Azərbaycan polisi: dövlətçiliyə sadiq, peşəkar və qətiyyətli

“Azərkosmos”un dəstəyi ilə ərsəyə gəlmiş film təqdim olunub

Tacikistan Milli Bankı ilə əlaqələrin daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub

Ordubadın Tivi-Biləv kənd avtomobil yolunda yaranmış problem aradan qaldırılır VİDEO

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı Qəbələ və İsmayıllıda ictimai dinləmələr keçirilib

Həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakinləri saxlanılıb

Şotlandiyadakı ada ən azı 600 min avroya satışa çıxarılıb

Prezident İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

ADA Universitetində “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilir  YENİLƏNİB VİDEO

Agentlik: Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri işdən azad edilib

Beynəlxalq Buker mükafatının ilk laureatı İsmayıl Kadare vəfat edib

Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib   YENİLƏNİB VİDEO

Paytaxtın Parlament və Atatürk prospektlərində təmir işləri yekunlaşmaq üzrədir VİDEO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağsuda vətəndaşları dinləyib

Azərbaycan güləş millisinin baş məşqçisi: Avropa çempionluğunu ənənəyə çevirmişik

Xəzər dənizinin şimal-şərq hissəsində suyun səviyyəsi artıb

“Dərələyəzim” əsəri Topkapı sarayında

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası olub

Astanada hava limanları və dəmir yolu stansiyaları gücləndirilmiş iş rejiminə keçib

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda arxeoloji qazıntı işlərinə başlanılıb

Okeanın dərinliklərində heyrətamiz hidrotermal mühit kəşf edilib

COP29 Azərbaycan üzrə baş icraçı direktor: Artıq qlobal iqlim danışıqlarının faktiki liderliyi bizim ölkəmizdədir

Finlandiya parlamenti ABŞ-la müdafiə sazişini yekdilliklə təsdiqləyib

Nigeriyada terror aktları nəticəsində azı 18 nəfər həlak olub

İKTA sədri: Agentlik qısa müddətdə 5 elektron xidmət istifadəyə verib

Ukraynada benzin və dizelin qiyməti yenidən artacaq

“Sabah” klubu mərakeşli futbolçu ilə vidalaşıb

Türkiyə Qara dənizdə qaz hasilatını artırır

Azərbaycan şirkətləri "Şimal-Cənub" I nəqliyyat ticarət-ixrac forumunda iştirak edəcək

Şahmat Tacı uğrunda oyuna ev sahibliyi edəcək ölkə açıqlanıb

Gəncədəki aptekdə qulaq damcısı bioloji aktiv qida məhsulu kimi göstərilib

Türkiyə və Azərbaycan muzeyləri arasında gələcək əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə olunub

Azərbaycan dövlətinin dəstəyi ilə Rustavidə açılan Mərkəzdə kursları bitirən şagirdlərə sertifikatlar təqdim olunub

Həvəskar balıqçılar üçün balıq ovuna icazə verildi, mövsümdən gözləntilər nədir? REPORTAJ VİDEO

İcbari tibbi sığorta ilə 26 min 494 qasıq yırtığı əməliyyatı icra edilib

Qabiliyyət imtahanları davam edir

“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1179-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Balmoral qəsri bu gün ictimaiyyətə açılıb

Türkiyədəki Göbekli-Tepe məbəd kompleksini 2,8 milyon turist ziyarət edib

® Xəzərin Bilgəh sahili “Qırmızı Ürəklər” könüllülərinin iştirakı ilə tullantılardan təmizlənib

® “Nar” komandası “Breyn Rinq” yarışının qalibi oldu

Mərkəzi Bankın sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Tacikistana işgüzar səfəri başlayıb

Dövlət qulluğu vəzifələri üzrə imtahanın nəticələri açıqlanıb: 408 nəfər müsabiqə şərtini ödəyib

Azərbaycan İdman Akademiyasının tələbələri Çexiyada təcrübə keçiblər

Viktoriya və Albert Muzeyində müğənni Teylor Sviftlə bağlı sərgi açılacaq

Güclü küləklə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edilib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin məlumatı