MİLLİ MƏCLİSİN DEPUTATLARI QOBUSTAN RAYONUNDA MÜVƏQQƏTİ MƏSKUNLAŞMIŞ QAÇQINLAR VƏ MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞMÜŞLƏR
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyəti, əvvəlcə, ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə tər çiçəklər düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Rayonda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün soydaşlarımızla görüşdə bir sıra məsələlər diqqət mərkəzində olmuşdur. Bildirilmişdir ki, rayonda erməni təcavüzü nəticəsində doğma yurd-yuvasından didərgin düşmüş 166 ailə məskunlaşmışdır. Qarabağın müxtəlif güşələrindən olan bu insanların qayğı və problemləri daim dövlətimizin diqqət mərkəzindədir.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qaçqın və məcburi köçkünləri təbrik etmiş, ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasət kursunu uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün problemlərimizin tez bir zamanda həll olunacağına, torpaqlarımızın erməni işğalından azad ediləcəyinə, qaçqın və məcburi köçkün soydaşlarımızın doğma yurd-yuvalarına dönəcəklərinə əmin olduğunu bildirmişdir.
Milli Məclis sədrinin müavini Bahar Muradova və deputat Həvva Məmmədova da Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək, xoş arzularını çatdırmışlar.
Kəlbəcər, Laçın və Qarabağın digər güşələrindən olan məcburi köçkün soydaşlarımız onlara göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Bəzi problemləri də diqqətə çatdıran soydaşlarımız bu cür müqəddəs bayramları tezliklə öz doğma torpaqlarında keçirəcəklərinə böyük inam bəslədiklərini söyləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 09.10.2026 [19:57]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:31]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [19:22]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [19:21]
AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub
- 09.10.2026 [19:05]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:59]