Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Bakı, 17 aprel, AZƏRTAC

Aprelin 17-də Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirənin bir çox vacib məqamları ilə diqqəti cəlb etdiyini bildirib. Sədr deyib: “Prezident İlham Əliyev özünün dərin məzmunlu nitqində ölkə iqtisadiyyatının vəziyyətini və inkişaf perspektivlərini ətraflı təhlil etdi. Məmnunluqla qeyd olunmalıdır ki, birinci rübün göstəricilərinə görə ölkə iqtisadiyyatının əldə etdiyi nəticələr bütövlükdə müsbətdir. Əlbəttə, dünyanın bütün ölkələrində yaşanan koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib və sosial-iqtisadi həyatımıza mənfi təsir göstərməkdə davam edir. Amma mən əminəm ki, həyata keçirilən qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət həm insanlarımızın sağlamlığını qorumağa, həm də iqtisadiyyatımıza dəyən ziyanın sürətlə aradan qaldırılmasına imkan verəcək”.

Sədr qeyd edib ki, dövlətimizin başçısı müşavirədəki nitqində ölkədə struktur islahatlarının davam etdirilməsi məsələlərinə də toxundu, icra orqanlarında, parlamentdə aparılan kadr dəyişikliklərini qeyd etdi. Prezident belə bir fikri də ifadə etdi ki, Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur və idarəetmədə təkmilləşmə göz qabağındadır.

“Mən əmin etmək istəyirəm ki, altıncı çağırış Milli Məclisin birinci iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisin işi ilə bağlı verdiyi tövsiyələr bundan sonra da ardıcıl yerinə yetiriləcək və ölkə parlamenti Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsinə yönələn strateji xəttin həyata keçirilməsinə öz töhfəsini verəcək”, - deyə Sahibə Qafarova vurğulayıb.

Parlament Sədri bildirib ki, müşavirədə Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətin gündəmində olan bir çox mühüm məsələlərlə bağlı əsaslandırılmış, ciddi arqumentlərə söykənən münasibətini diqqətə çatdırdı. O cümlədən Prezident Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma, cinayətkar rejimin keçirdiyi saxta “seçkilərə” münasibət bildirməməsini haqlı olaraq kəskin tənqid etdi. Sədr deyib: “Bilirsiniz ki, mən son on il AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü olmuşam, həmin qurumun Büro üzvü və Komitə sədri kimi fəaliyyət göstərmişəm. Bu dövr ərzində mən və mənim hörmətli həmkarlarım bir çox hallarda qurumda ölkəmizə qarşı qərəzli münasibətin şahidi olmuşuq. Avropa Şurası Parlament Assambleyasında cəmləşmiş ermənipərəst dairələrin Azərbaycana böhtan atmaq, ölkəmizi nüfuzdan salmaq üçün saxta qətnamələr və qərarlar qəbul etmək, Azərbaycanı qaralamaq cəhdlərini dəfələrlə müşahidə etmişik. Mən deyərdim ki, bəzən təşkilatdakı antiAzərbaycan, ermənipərəst qüvvələr ermənilərdən də artıq onların maraqlarını müdafiə ediblər.

Bu gün isə Parlament Assambleyasının qondarma “Dağlıq Qarabağ respublikasındakı” cinayətkar rejimin keçirdiyi saxta “seçkilərə” münasibət bildirməməsi, susqunluq nümayiş etdirməsi qəbulolunmazdır. Hesab edirəm ki, bu, həm də beynəlxalq hüquqa qarşı çox böyük hörmətsizlikdir. Ona görə də, biz AŞPA-nın bu davranışını qəti şəkildə pisləyirik və bununla əlaqədar Milli Məclis tərəfindən Avropa Şurası Parlament Assambleyasına etiraz məktubu göndərilib”.

Prezident İlham Əliyevin müşavirədəki nitqində ölkəmizdə yeni formalaşan siyasi konfiqurasiyanın və siyasi dialoq mühitinin gücləndirilməsi istiqamətində atılan addımları təqdir etdiyini vurğulayan Milli Məclisin Sədri bildirib ki, Azərbaycanda milli mənafedən, dövlətçilik maraqlarından çıxış edən bütün sağlam müxalifət partiyaları bu dialoqda iştirak edir, prosesə töhfə vermək üçün müvafiq addımlar atırlar. Çox təəssüf ki, hər zaman Azərbaycan dövlətçiliyinə, müstəqilliyimizə qarşı çıxış edən bəzi marginal qruplar bu dialoqdan imtina edib, xarici amilə bel bağlayıblar. Dövlətə qarşı düşmənçilik edən belə qrupların əsl məqsədi ölkəmizdə gərginlik yaratmaqdır. Özlərinə radikal müxalifət adını verən bu cür dağıdıcı qüvvələr hətta bütün bəşəriyyəti sarsıdan pandemiyadan və koronavirusdan belə öz məkrli niyyətlərini həyata keçirmək üçün istifadə etmək istəyirlər. Təbii ki, Azərbaycan cəmiyyəti, xalqımız bu cür davranışları görür və onların qeyri-sağlam, antimilli fəaliyyətini qətiyyətlə pisləyir. Azərbaycan xalqının mövqeyi bu yöndədir ki, ölkəmizdə yeni formalaşan siyasi konfiqurasiyada belə qüvvələrə yer yoxdur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xeyirxah bir kampaniyanın başladıldığını xatırladan Sədr deyib: “Xəstə insanlara kömək üçün qanvermə aksiyaları keçirilir. Mən belə düşünürəm ki, Milli Məclis də bu təşəbbüsə qoşulmalıdır. Biz bunun üçün Milli Məclisdə xüsusi yer ayırmışıq və həkim briqadası dəvət etmişik. Sabah Milli Məclisin binasında saat 12:00-dan etibarən Milli Məclisin deputatları və Aparatın əməkdaşları könüllü qan verə bilərlər. Aksiya barədə əlavə məlumatı Milli Məclisin Aparatından ala bilərsiniz.

Sahibə Qafarova Milli Məclisin ötən iclasda Nazirlər Kabinetinin hesabatının dinlənildiyini, ölkədə yaranmış epidemioloji vəziyyətlə əlaqədar olaraq Azərbaycan Respublikası Baş Nazirinin məruzəsinin videoyazı şəklində təqdim edildiyini diqqətə çatdırıb. Bildirib ki, Milli Məclisin iclasının bu hissəsinin stenoqramı və videoyazısı, eləcə də çıxış edə bilməmiş 31 deputatın çıxışlarının və suallarının yazılı mətnləri Nazirlər Kabinetinə göndərilib.

Sonra plenar iclasda iyirmi dörd məsələdən ibarət gündəlik təsdiqlənib.

Əvvəlcə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib.

Məruzəni Ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.

Nazir müavini qeyd edib ki, 2019-cu ildə Azərbaycan Respublikasının hərtərəfli inkişafına yönəlmiş strategiya Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilib, sosial-iqtisadi tərəqqi təmin olunub. Aparılan islahatlar dünyanın ən mötəbər iqtisadi qurumları tərəfindən yüksək qiymətləndirilib, Dünya Bankının "Doing Business 2020" hesabatına görə Azərbaycan 20 ən islahatçı ölkə sırasında yer alıb.

Vilayət Zahirov deyib: “Ölkə həyatının bütün sahələrində olduğu kimi, yerli demokratiyanın inkişafında da uğurlar əldə edilib. Yerli özünüidarəetmənin təşkili və bələdiyyələrin formalaşmasının 20 ilinin tamam olması, eləcə də növbəti bələdiyyə seçkilərinin keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrdəndir. Seçkilər nəticəsində 1.597 bələdiyyə üzrə 15.075 bələdiyyə üzvü seçilib. Qadınların sayı 5.847 nəfər (38,8 faiz), gənclərin sayı isə 6.012 nəfər (39,9 faiz) olub. Bələdiyyə üzvlərinin tərkibinin xeyli hissəsinin yeniləndiyi nəzərə alınaraq məqsədyönlü hüquqi maarifləndirmə işinin aparılması üçün xüsusi tədbirlər planı hazırlanıb”.

Qeyd olunub ki, Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli Qanunu ilə "Bələdiyyələrin statusu haqqında" Qanununa edilmiş dəyişikliyə əsasən bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım göstərilməsinin hüquqi əsası ilk dəfə qanunla təsbit olunub. Ədliyyə Nazirliyi tərəfindən yerli özünüidarəetmə məsələləri ilə bağlı bir sıra normativ hüquqi aktların layihələri hazırlanıb və başqa tədbirlər görülüb. "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın icrası məqsədilə hazırlanmış "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi baxılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilib. Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında" Təlimatda dəyişikliklər edilərək müvafiq Qanuna uyğunlaşdırılıb.

Məruzədə bildirilib ki, ötən il ərzində 80.261 (ötən illə müqayisədə 11 faiz çox) bələdiyyə aktı, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 1.796 akt hüquqi ekspertizadan keçirilib. 77.427 (96,5 faiz) akt qanunvericiliyə uyğun hesab edilib, normativ hüquqi aktların tələblərinə zidd olan 2.765 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilmişdir (ötən illə müqayisədə 15 faiz çox). Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 1.285 akt ləğv edilib, 1.274 akt dəyişdirilib.

Nazir müavini qeyd edib ki, bələdiyyələr tərəfindən təmin olunmayan 19 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, onlardan 8-i məhkəmə tərəfindən təmin edilib, 11 iddia isə hesabat ilinin sonuna məhkəmə icraatında olub. Qanunsuz verilmiş 7.019 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib (ötən illə müqayisədə 18,5 faiz çox).

Vurğulanıb ki, bələdiyyə aktının ekspertiza üçün vaxtında təqdim edilməməsinə görə bələdiyyələrin vəzifəli şəxsləri barəsində 131 (2018-ci ildə 143) inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib, 112 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 19 protokol isə ilin sonuna məhkəmə icraatında olub. Aparılmış 24 inzibati araşdırma üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. 17 material üzrə cinayət işi başlanılıb, biri üzrə cinayət işinin başlanması rədd edilib, digərləri isə baxılmaqdadır. Bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 3.304 müraciətdən 140-ı təmin və ya qismən təmin edilib (ötən illə müqayisədə 71 faiz çox). Hüquq pozuntularının və nöqsanların aradan qaldırılması və ya təkrar törədilməsinin qarşısının alınmasına önəm verilərək ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 9.264 tövsiyə göndərilib (ötən illə müqayisədə 55 faiz çox). Ümumilikdə 292 (ötən illə müqayisədə 17,3 faiz çox) maarifçilik tədbiri keçirilmiş (271 seminar və təlim, 21 tədris kursu), bu tədbirlərdə 11.050 bələdiyyə üzvü və qulluqçusu iştirak edib. "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planında nəzərdə tutulan aidiyyəti tədbirlərin icrası ilə bağlı maarifçilik tədbirləri davam etdirilib. İnformasiya təminatının yaxşılaşdırılması məqsədilə nazirliyin saytında "Bələdiyyə fəaliyyəti" bölməsi zənginləşdirilib. İl ərzində 235 bələdiyyədə kargüzarlıq və sənədlərin arxivləşdirilməsi işi öyrənilib, bu sahədə bələdiyyələrə zəruri kömək göstərilib. Sahibkarlığın inkişafı sahəsində bələdiyyələr tərəfindən 22 yeni müəssisə təsis edilib, fəaliyyətə başlamış 7 müəssisəyə 100-ə yaxın işçi (daimi və mövsümü) cəlb edilib. Dörd bələdiyyəyə dövlət büdcəsindən 1 milyon manat subvensiya ayrılıb və layihələr icra edilib. Bunun nəticəsində 140-dan çox iş yeri açılıb.

Bildirilib ki, mədən vergisinin, habelə mehmanxana, sanatoriya-kurort və turizm xidməti göstərən şəxslərdən ödənişlərin yerli büdcələrə ödənilməsi, icarəyə ayrılmış bələdiyyə torpaqlarının məqsədli təyinatına uyğun istifadəsi və icarə haqlarının bazar məzənnələrinə uyğunluğunun təmin edilməsi, o cümlədən bələdiyyələr tərəfindən sosial sığorta borclarının ödənilməsi məsələləri ilə bağlı bir sıra tədbirlər görülüb. 2019-cu ildə də bələdiyyələrin milli assosiasiyaları ilə Ədliyyə Nazirliyinin əməkdaşlığı davam etdirilib.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov illik məruzəyə dair fikirlərini açıqlayıb, təkliflərini bildirib. Müzakirələr zamanı deputatlar Musa Quliyev, Sadiq Qurbanov, Elman Nəsirov, Azay Quliyev, Tahir Kərimli, Tahir Rzayev, Azər Badamov, Aydın Mirzəzadə, Fazil Mustafa illik məruzəyə münasibət bildiriblər. Çıxışlarda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2019-cu ildə gördüyü işlər əsasən müsbət dəyərləndirilib. Bir sıra təkliflər səsləndirilib.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev qanunvericiliklə bağlı bəzi məsələlərə aydınlıq gətirib.

Parlamentdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi nəzərə alınıb.

Sonra iclasda gündəlikdəki digər qanun layihələrinin müzakirəsinə başlanıb.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli üçüncü oxunuşda müzakirəyə çıxarılmış üç qanun layihəsini təqdim edib. Bildirib ki, məqsəd ölkədə karantin rejiminin tətbiqi ilə əlaqədar qarşıya çıxa biləcək problemlərin həllidir. Layihələrdə parlamentin və komitələrinin iclaslarının videokonfrans sistemi vasitəsilə, onlayn rejimdə keçirilməsi nəzərdə tutulur. Bu məsələ “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə və “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Qanunda edilən dəyişikliklərlə tənzimlənəcək. Həmçinin “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 4-cü maddəsinə karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlərin deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilmədiyi barədə 2-ci hissə əlavə olunur.

İclasda Aydın Mirzəzadə, Sabir Rüstəmxanlı, Razi Nurullayev rəylərini bildirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyulub və üçüncü oxunuşda qəbul edilib.

Plenar iclasda “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi də (üçüncü oxunuş) məqsədəuyğun sayılıb.

İclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda edilən dəyişikliyin (birinci oxunuş) “Təhsil haqqında” qanuna uyğunlaşdırma xarakteri daşıdığını bildirib. Fikir mübadiləsində Bəhruz Məhərrəmovun rəyi dinlənilib. Layihə səsə qoyulub və birinci oxunuşda qəbul edilib.

Plenar iclasda “Sərhəd mühafizə orqanları haqqında”, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) məsələni Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov təqdim edib. Sonra Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev qanun layihəsinə münasibət bildirib. Hər iki komitə sədri nəzərə çatdırıb ki, bu layihə qanunvericiliyin uyğunlaşdırılması xarakteri daşıyır.

Deputatlar qanun layihəsinə birinci oxunuşda müsbət münasibət bildiriblər.

Gündəlikdəki növbəti üç qanun layihəsini - Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) məsələləri Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov təqdim edib. Bildirilib ki, Cinayət və İnzibati Xətalar Məcəllələrində dəyişiklik edilməsinə dair qanun layihələri “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə əlaqədardır. 200-ə yaxın dəyişikliyin nəzərdə tutulduğu qanun layihələri ölkədə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə hazırlanıb. Bu sənədlərdə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində olan cinayətlərdə məsuliyyətin yaranmasına əsas olan dəymiş zərərin məbləğləri artırılmaq yolu ilə həmin həddə qədər olan əməllər dekriminallaşdırılmışdır.

Qeyd edək ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsində edilən dəyişiklik də 2019-cu il 3 aprel tarixli Prezident Fərmanı ilə əlaqədar olub, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşının bu barədə ölkəmizin Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməsi vacibliyini ehtiva edir.

Milli Məclisdə qanun layihələri ətrafında geniş müzakirə aparılıb. Fazil Mustafa, Azay Quliyev, Qüdrət Həsənquliyev, Rəşad Mahmudov, Jalə Əliyeva, Zahid Oruc, Sədaqət Vəliyeva, Nurlan Həsənov, Əminə Ağazadə, Aydın Hüseynov, Bəhruz Məhərrəmov, İlham Məmmədov, Arzu Nağıyev, Ziyafət Əsgərov rəy və təkliflərini bildiriblər. Kamal Cəfərov suallara aydınlıq gətirib. Fikir mübadiləsinin yekununda hər üç qanun layihəsi konseptual baxımdan məqbul sayılıb və ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Miqrasiya Məcəlləsindəki dəyişikliyi (birinci oxunuş) şərh edən Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Əli Hüseynli qeyd edib ki, Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumi təhsil müəssisələrində təhsil alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə yanaşı, təklif olunur ki, peşə təhsili müəssisələrində təhsil alan şəxslərə də Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilsin. Həmçinin viza siyasətinin liberallaşdırılması ilə əlaqədar olaraq həmin şəxslərə viza verilməsi müddəti 15 günədək deyil, beş dəfə azaldılaraq 3 iş günü müddətində nəzərdə tutulur.

Fikir mübadiləsində Ramil Həsən qeyd edib ki, bu qanun böyük rəğbətlə qarşılanacaq. Qanun layihəsi səsə qoyuldu və birinci oxunuşda qəbul edildi.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, “Dövlət rüsumu haqqında” Qanuna təklif olunan dəyişiklik (birinci oxunuş) ölkəmizdə müvəqqəti yaşamağa gələn şəxslərdən icazə vəsiqəsinə görə tutulacaq dövlət rüsumunun məbləğini tənzimləyəcək. Bu qanun layihəsi də birinci oxunuşda məqbul sayılıb.

Sonra Tahir Mirkişili parlamentə məlumat verib ki, “Dövlət satınalmaları haqqında” Qanuna təklif olunan dəyişikliyə görə (birinci oxunuş) dövlət satınalmalarında istehsal prosesinin hər hansı mərhələsi Azərbaycan ərazisində həyata keçirilən mallara güzəştlərin tətbiqini (yerli mallarla eyni səviyyədə) nəzərdə tutur. İstehsal prosesinin hər hansı mərhələsi qeyri-neft sektorunu əhatə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.

Müzakirə zamanı Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Musa Qasımlı, Siyavuş Novruzov, Məşhur Məmmədov fikirlərini bölüşüblər. Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Deputatlar vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutan “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında (birinci oxunuş) məsələyə də birinci oxunuşda müsbət yanaşıblar.

Parlament “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3-cü maddəsinə təklif olunan dəyişikliyi (birinci oxunuş) də müzakirə etdi. Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslərə gündəlik ödənişin nağd qaydada verilə bilməsini nəzərdə tutan layihə müsbət dəyərləndirilib. Layihəyə görə, həmin ödənişin yuxarı həddi 20 manat müəyyən edilir. Deputatlar qanun layihəsini birinci oxunuşda təsdiqləyiblər.

Milli Məclisə bir zərfdə daxil olmuş iki qanun layihəsi - “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” qanunlarda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi (birinci oxunuş), eləcə də Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi (birinci oxunuş) barədə qanun layihələrinə dair altı komitənin ümumiləşdirilmiş rəyini parlamentə Əli Hüseynli təqdim edib. Ətraflı şərhdən sonra Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Hikmət Məmmədov, Fəzail Ağamalı rəylərini bildiriblər.

Parlament hər iki qanunu birinci oxunuşda qəbul edib.

Sonra 3 fəsil, 6 maddədən ibarət “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanun layihəsini (birinci oxunuş) Milli Məclisə təqdim edən komitə sədri Ziyafət Əsgərov vurğulayıb ki, kimyəvi silahın qadağan edilməsi müasir şəraitdə mahiyyətinə görə tərksilah siyasətinin mühüm komponentlərindən biridir.

İlk dəfə olaraq kimyəvi silahın Birinci Dünya müharibəsi dövründə, 1914-cü ilin avqustunda Fransa ordusu tərəfindən tətbiq olunduğunu nəzərə çatdıran komitə sədri kimyəvi silahın tətbiqi tarixi barədə də deputatlara məlumat verib.

Müzakirə zamanı Vahid Əhmədov, Asim Mollazadə, Razi Nurullayev, Hicran Hüseynova rəy və təkliflərini bildiriblər. Qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsi ucbatından uzun müddət müharibə şəraitində yaşayan Azərbaycanın bu kimi məsələlərə diqqət yetirməsi vacibdir. Yekunda Ziyafət Əsgərov deputatları maraqlandıran suallara aydınlıq gətirib. Qanun layihəsi səsə qoyulub və birinci oxunuşda qəbul edilib.

İclasda “Hərbi qulluqçuların statusu haqında”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında” və “Elm haqqında” qanunlarda, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi (birinci oxunuş) barədə məlumat verən Ziyafət Əsgərov qeyd edib ki, elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il iyunun 11-də imzaladığı Fərmana əsasən, elmi dərəcələr və elmi adlar verilməsi qaydası haqqında əsasnamələr təsdiqlənib. Qanunlara təklif olunan dəyişiklik terminologiyanın uyğunluğu baxımından tamamilə əsaslıdır.

Deputatlar qanun layihəsini birinci oxunuşda təsdiqləyiblər.

Plenar iclasa təqdim olunmuş növbəti qanun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev təqdim edib. Bildirib ki, Mənzil Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara təklif olunan dəyişiklik (birinci oxunuş) 2019-cu il martın 5-də qəbul edilmiş “Gənclər siyasəti haqqında” Qanunla əlaqədardır və uyğunlaşdırma xarakteri daşıyır.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda edilən dəyişikliyi (birinci oxunuş) şərh edib. Qənirə Paşayeva, Nigar Arpadarai layihəyə münasibət bildiriblər. Məsələ səsə qoyulub və layihə birinci oxunuşda qəbul olunub.

İclasda İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi (birinci oxunuş) və Azərbaycan Respublikasının 1996-cı il 17 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi (birinci oxunuş) məsələlərinə də baxılıb.

Müzakirələrdə Qüdrət Həsənquliyevin, Şahin İsmayılovun, Razi Nurullayevin, Nigar Arpadarainin, Hikmət Məmmədovun rəyləri dinlənildikdən sonra hər iki qanun layihəsi birinci oxunuşda qəbul olunub.

İclasın yekununda Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) məsələni təqdim edib. Bildirilib ki, bu qanun layihəsi 2019-cu ildə qəbul olunmuş “Reklam haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır.

Səsvermə zamanı deputatlar bu qanun layihəsini də birinci oxunuşda təsdiqləyiblər.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib

Güclü istilər səbəbindən Fransanın nüvə elektrik stansiyalarında istehsal məhdudlaşdırıla bilər

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb

Bu saata olan əsas xəbərlər

Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

15 iyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir – ŞƏRH

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

G7 sammiti: İqtisadi balanssızlıqlar, Ukrayna müharibəsi və Yaxın Şərq böhranı

Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Ərdoğan: ABŞ ilə İran arasında əldə olunan saziş regionda sülh və sabitlik yolunda mühüm hadisədir

Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub

Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və dönüş yaradan səhifələrindən biridir - ŞƏRH

Milli Kitabxanada “15 İyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2 VİDEO

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2 VİDEO

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Kot-d’İvuar millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib VİDEO

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib VİDEO

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb VİDEO

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb VİDEO

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub