Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ OLİMPİYA KOMİTƏSİNDƏ GÖRÜŞ

Sentyabrın 6-da Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev Azərbaycan Qılıncoynatma Federasiyasının rəhbərliyi və idmanın bu növü üzrə qadınlardan ibarət yığma komandanın üzvləri ilə görüşmüşdür. 

İlham Əliyev idmançıları düyna çempionatında uğurlu çıxışları münasibətilə təbrik edərək bildirdi ki, indi Azərbaycan qılıncoynatma məktəbi dünyada ən yaxşılardan biridir. Hazırda biz kişilər arasında aparıcı yer tutmasaq da, qadınlardan ibarət yığma komandamıza tay komandalar dünyada az tapılar. Yelena Jemayevanı xüsusi qeyd etmək istərdim. O, ikiqat dünya çempionu, Avropa çempionudur və artıq iki ildir dünyanın ən yaxşı qadın qılıncoynadanlarının reytinqində birinci yeri tutur, özünün ən yaxın rəqiblərini böyük fərqlə geridə qoyur. Azərbaycan idmançısı bu yaxınlarda Lissabonda, qılıncoynatma üzrə növbəti dünya çempionatında gümüş medal qazanmışdır. O, bütün rəqiblərini məğlubiyyətə uğradaraq, yalnız həlledici görüşdə Çin idmançısı Hue Tana uduzmuşdur.

MOK-un prezidenti bildirdi ki, qadınlar arasında qılıncoynatma yarışları olimpiya oyunlarının proqramına daxil edilmişdir. Odur ki, bu oyunlarda uğurla çıxış etmək üçün idmançılar maksimum səy göstərməlidirlər. İdmançılarımızın Afinada ölkəmizi layiqincə təmsil etməsi üçün MOK tərəfindən onlara hər cür şərait yaradılacaqdır. İlham Əliyev dedi ki, o, qızlarımızın dünya çempionatında çıxışlarını diqqətlə izləyirdi və hakimlərin idmançılarımıza qarşı yenə də ədalətsizliyinə baxmayaraq, onlar layiqincə çıxış etdilər.

Yelena Jemayeva səmimi sözlərə görə MOK-un prezidentinə təşəkkür etdi, məşğul olmasına baxmayaraq, onlarla görüşməyə vaxt tapdığına görə minnətdarlığını bildirdi. O dedi: Dövlətin, MOK rəhbərliyinin bizi daim dəstəklədiyini hiss edirik, məşqlərimiz üçün yaxşı şərait yaradılmışdır. Lakin Azərbaycanda səmərəli məşq etmək üçün kifayət qədər güclü rəqiblər yoxdur, buna görə də biz təlim toplanışları keçirməkdən ötrü respublikamızdan kənara getməli oluruq.

Qılıncoynatma üzrə Azərbaycan yığma komandasının məşqçisi Yaşar Məmmədov MOK-un prezidentini əmin edərək dedi ki, qızlarımız Afina olimpiadasında medal qazanacaqlar.

Sonda görüş iştirakçıları xatirə şəkli çəkdirdilər.

X X X

Sonra Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev jurnalistlərə müsahibə verdi.

SUAL: İlham müəllim, son illər idman sahəsində qazanılan uğurları necə qiymətləndirirsiniz və bu görüş haqqında nə deyə bilərsiniz?

CAVAB: Bəli, uğurlarımız davam edir. İdmançılarımız müxtəlif yarışlarda uğurlar qazanırlar və qılıncoynatmada da bu cür uğurlarımız vardır. Mən Yelena Jimayeva ilə çoxdan tanışam. Həyat yoldaşı İlqar Məmmədov iki dəfə olimpiya çempionudur. Onu Azərbaycana dəvət edəndə mənə bildirmişdir ki, artıq öz idman fəaliyyətini başa çatdırır. Amma onun həyat yoldaşı bu idman növü ilə məşğul olur. Mən ondan xahiş etdim ki, Azərbaycana gəlsin və Azərbaycanı təmsil etsin. Çox şadam ki, indi o, çox uğurla çıxış edir, böyük qələbələr qazanır.

Bildiyiniz kimi, qılıncoynatma növü artıq olimpiya oyunlarının proqramına daxil olubdur. Güman edirəm ki, Yelena gələcəkdə keçiriləcək olimpiya oyunlarında yüksək nəticələr göstərəcəkdir. Bu, bir daha onu sübut edir ki, Azərbaycanda idman hərtərəfli inkişaf edir. Həm ənənəvi idman növlərində, həm də bizim üçün yeni olan növlərdə böyük uğurlar vardır.

SUAL: İlham müəllim, bu görüş əlamətdar günlərə təsadüf edir. Sabah Azərbaycanın yığma komandası İtaliyanın milli komandası ilə görüşəcəkdir. Ümumiyyətlə, Azərbaycan müxtəlif beynəlxalq yarışlarda iştirak edib və biz bunların şahidi olmuşuq, Bakıda belə yarışlar keçirilibdir. Tofiq Bəhramov adına stadion, eləcə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyasının stadionu yenidən bərpa olunubdur və belə mötəbər yarışa tam hazırdır. Biz dünən İtaliyanın olimpiya komandasının üzvləri ilə söhbət edəndə onlar stadionların vəziyyətini yüksək qiymətləndirdilər. Bu barədə nə deyə bilərsiniz?

CAVAB: Elədir. Bilirsiniz ki, biz böyük quruculuq işləri aparırıq. Azərbaycanda yeni müasir idman kompleksləri tikirik, mövcud olan idman qurğularını təmir edirik. Məsələn, bizim böyük İdman- konsert kompleksini əsaslı təmir etdirdik və indi ən yüksək dünya standartlarına cavab verir. Eyni zamanda Bakıda, Azərbaycanın müxtəlif bölgələrində yeni idman kompleksləri tikilir və bundan sonra da tikiləcəkdir. Beləliklə, Azərbaycanın hər bir bölgəsində idmanla məşğul olmaq üçün gözəl şərait olacaqdır.

O ki qaldı Tofiq Bəhramov adına respublika stadionuna, biz müxtəlif şirkətlərə, hardasa, altı ay bundan əvvəl müraciət etmişdik. Onların köməyi ilə, sponsorluğu ilə Tofiq Bəhramov adına stadion artıq dünya standartlarına çatdırılıbdır.

Eyni zamanda, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının buradan, pəncərədən görünən stadionu da, əgər xatırlayırsınızsa, çox bərbad bir vəziyyətdə idi. Oturacaqlar yox idi, örtük də çox pis vəziyyətdə idi, qaçış zolağı da yox idi. Amma indi bunu əsaslı təmir etdirdik. Beləliklə, burada həm tələbələr, həm də idmançılar məşq edəcəklər və edirlər. Əgər oranı buradan çəksəniz görərsiniz ki, çox gözəl görkəmi var. Bunlar çox geniş miqyaslı işlərdir.

Əlbəttə, biz çalışırıq ki, bütün idman qurğularını dünya standartlarına çatdıraq və yenilərini də yaradaq ki, idmançılarımızın yaxşı məşq etməsi, yaxşı çıxış etməsi üçün lazımi şərait olsun. Bu da öz nəticələrini verir. Əgər bunlar olmasaydı, yəqin ki, Azərbaycanın idmançıları beynəlxalq yarışlarda bu qədər böyük qələbələr qazana bilməzdilər.

SUAL: Sizin sabahkı görüşlə bağlı proqnozunuzu bilmək olarmı?

CAVAB: Proqnoz vermək çətindir. Amma, əlbəttə, mən arzu edirəm ki, bizim yığma komandamız yaxşı futbol göstərsin, Azərbaycanı layiqli təmsil etsin. Bilirsiniz ki, Azərbaycanda bu görüşə nə qədər böyük maraq var.

Əlbəttə, İtaliya kimi üçqat dünya çempionu olan komanda ilə görüşmək çox çətindir. Bizim komandamız, təbii, o səviyyədə deyildir. Amma ümid edirəm futbolçularımızın iradəsi, mətanəti onlara imkan verəcək ki, yüksək oyun nümayiş etdirsinlər. Ən önəmlisi isə daim yadda saxlasınlar ki, bütün Azərbaycan onlara azarkeşlik edəcək və onlardan yüksək nəticə gözləyəcəkdir. O cümlədən mən də. Mən idmançılara, bütün futbolçulara qələbə, uğurlar arzulayıram.

X X X

Görüşdə gənclər, idman və turizm naziri Əbulfəz Qarayev, Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Fərhad Əliyev iştirak edirdilər.

AzərTAC

Foto İlqar Cəfərovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib

Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb

Xaosdan şanlı Zəfərə: BDU-da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB

İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür

Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib

Politoloq: Cənubi Qafqazda qlobal aktorların maraq dairəsi xeyli genişlənib

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub

Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib

İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib

BMU-da Milli Qurtuluş Günü qeyd olunub

Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans başlayıb

Xızıda quşların antisanitar şəraitdə kəsildiyi və satışa çıxarıldığı aşkarlanıb

Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn əl-Şeyxdən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq

Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”

“Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmininə dair” qanun layihəsi işğaldan azad edilmiş ərazilərin inkişafına mühüm töhfə verəcək – RƏY

Böyük Britaniyanın müdafiə naziri istefa verib

Məqsəd 16 yaşınadək uşaqların internetə çıxışını deyil, sosial platformalara girişini məhdudlaşdırmaqdır

BŞTİ məktəb direktorları və bağça müdirləri üçün təlim təşkil edib

Su infrastrukturunun inkişafı və yenidən qurulması istiqamətində mühüm işlər həyata keçirilir

Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir

Coğrafiyaşünas-alim: El Nino hava fenomeni Xəzər dənizinin səviyyəsinə təsirsiz ötüşməyəcək

Fridrix Merts: Almaniya Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində iştiraka hazırdır

AHİK: Yollayışların verilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir

Haiti Futbol Federasiyası FIFA-nın tələbi ilə oyun formalarını dəyişdirməyə razı olub

Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib

Sadiq Qurbanov: Azərbaycan kənd təsərrüfatına yararlı torpaq fonduna görə bir çox Avropa ölkəsini üstələyir

Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub

Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru: Fermerlərə əlavə subsidiyaların verilməsi nəzərdə tutulur

Paytaxtda fəaliyyət göstərən təhsil mərkəzlərinin rəhbərləri AzTU-da olublar

Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər

Jerald Darmanənin təqdim etdiyi cinayət ədaləti islahatı ilə bağlı qanun layihəsi rədd edilib

İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir

Rəşad Hüseynov: Bitkiçilik sahəsində inkişaf heyvandarlığa nisbətən üstünlük təşkil edir

Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir

Rusiya Prezidentinə Novruz bayramına ümummilli status verilməsi təklif olunub

Azərbaycanın xarici siyasəti balanslı, çoxşaxəli və milli maraqlara əsaslanan praqmatik yanaşma ilə xarakterizə olunur - ŞƏRH

Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib

Tarix Muzeyində mədəniyyətlərarası səyahət: uşaqlar Meksika və Azərbaycanı necə tanıdılar?

“Reuters”: ABŞ ilə İran arasında dondurulmuş vəsaitlər üstündə mübahisə gedir

Komitə sədri: 2026-2030-cu illər üzrə Dövlət Proqramı aqrar sahənin inkişafı üçün aydın yol xəritəsidir

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiahdan

Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq

Azərbaycan və İran arasında yükdaşımaların artırılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb

Balıqçılıq və akvakultura sahəsində qüvvədə olan qanunvericiliyin yenilənməsi planlaşdırılır