Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRİ GENERAL-LEYTENANT ELDAR MAHMUDOVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Cənab Ali baş komandan!

Hörmətli qonaqlar!

Bu gün Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti və hər birimiz üçün böyük sevinc və iftixar doğuran gündür. Çünki bu gün xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Akademiyada ulu öndərımizin nəsillərə örnək olan titanik fəaliyyətini əks etdirən “Şöhrət” muzeyinin və onun xatirəsinə ucaldılmış abidənin açılış mərasimidir. Bu gün bizim üçün həm də onunla önəmlidir ki, muzeyin açılışında ümummilli liderimizin siyasi varisi, Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi, Ali baş komandanımız cənab İlham Əliyev iştirak edir.

Ömrünün 25 ilini xüsusi xidmət orqanında fəaliyyətə həsr etmiş, daim milli qurtuluş duyğuları ilə yaşamış Heydər Əliyevin həyat yolunu nümayiş etdirən “Şöhrət” muzeyi, həm də Azərbaycanın milli təhlükəsizlik orqanlarının, eləcə də ölkəmizin inkişaf tarixini özündə əks etdirir.

Dövlətçilikdə varislik prinsipinə xüsusi önəm verən ümummilli liderimiz Heydər Əliyevin 1997-ci ilin 23 mart tarixli Sərəncamı ilə martın 28-i Azərbaycanın təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi hər il böyük təntənə ilə qeyd olunur.

Ümummilli liderimizin təhlükəsizlik orqanlarına və ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycanda görülmüş işlərin miqyası barədə söhbət açmaq sözün əsil mənasında böyük vaxt tələb edir. Ancaq mən bu tarixi xidmətlərin arasında bizim orqanlara bilavasitə aidiyyəti olan bir məsələni xüsusi qeyd etmək istərdim. Məhz onun müstəsna yüksək vətənpərvərliyi və vətəndaş cəsarəti nəticəsində həmin illərdə təhlükəsizlik orqanlarının milli kadr potensialı formalaşmağa başlamışdır. Heydər Əliyev SSRİ-nin mövcudluğu dövründə Azərbaycanın görkəmli elm, mədəniyyət, ictimai xadimlərini siyasi təqiblərdən, amansız repressiyalardan qorumaqla milli maraqların müdafiəsi sahəsində hələ o illərdə xalqa tarixi xidmətlər göstəribdir.

Ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatının elə bir sahəsi yoxdur ki, onun təşəkkül tapmasında, inkişafında və yüksəlməsində ümummilli lider Heydər Əliyevin rolu olmasın. Bu baxımdan, dövlətçiliyimizin möhkəmlənməsində, ümumən milli maraqların etibarlı qorunmasında önəmli yeri olan milli təhlükəsizlik orqanlarının inkişaf yolu istisna təşkil etmir.

Bu gün biz qürurla bəyan edirik ki, milli maraqların qorunmasında Heydər Əliyev ənənələrinin, amallarının yaşadılması, ən başlıca uğurumuz və hazırda fəaliyyətimizin əsas prioritet istiqamətidir. Onların ən əsasları aşağıdakılardır: Azərbaycanda sabitliyin, dövlət müstəqilliyinin əbədiliyinin və dönməzliyinin qorunması, Ermənistanın işğal etdiyi ərazilərin azad olunması, Azərbaycan Respublikasının hərtərəfli inkişaf etdirilməsi.

Dönməz müstəqillik və dövlətçilik xətti bu gün dövlət quruculuğunun müasirləşmə və yeniləşmə mərhələsində möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl surətdə və uğurla davam etdirilir.

Milli Təhlükəsizlik Nazirliyində baş verən ciddi dəyişikliklər, maddi-texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması və sair vacib məsələlər ölkə başçısının göstərdiyi xüsusi qayğının nəticəsidir. Son vaxtlar digər müsbət dəyişikliklərlə yanaşı, əməkdaşların sosial müdafiəsi gücləndirilmiş, nazirlikdə əmək haqları, habelə hərbi rütbəyə görə maaş artırılmış, xeyli əməkdaş yeni mənzillərlə təmin edilmişdir.

Bununla yanaşı, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına xalqımızım ümummilli lideri Heydər Əliyevin adının verilməsi, Akademiyanın Döyüş bayrağı haqqında Əsasnamənin və onun təsvirinin təsdiq edilməsi şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Son vaxtlar nazirlikdə hər bir sahədə işlərin daha da canlanması üçün mühüm stimul olmuş, terror-təxribat fəaliyyətlərinin qarşısının alınmasında və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizədə uğurlu nəticələr əldə edilmişdir.

Nazirliyin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində beynəlxalq terrorçu təşkilatlarla əlaqələri olan, yerli və xarici vətəndaşlardan ibarət təhlükəli cinayətkar qruplar ifşa edilərək zərərsizləşdirilmişlər. Eyni zamanda, təcavüzkar separatçılığa və dini ektremizmə qarşı mübarizəyə də xüsusi diqqət yetirilir. Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ciddi təhdid mənbəyi olan Ermənistanın dövlət orqanları və erməni diasporu tərəfindən Azərbaycan ərazisində təxribat-pozuculuq aksiyalarının keçirilməsi cəhdlərinin qarşısının alınması üçün müvafiq tədbirlər görülmüşdür. Ermənistanla informasiya mübarizəsində nazirliyin son vaxtlar əldə etdiyi nailiyyətlər xüsusi əhəmiyyət daşıyır.

Hörmətli mərasim iştirakçıları!

Bütün bu nailiyyətlər və nəticələr, hələ ictimaiyyətə məlumat verilməmiş digər uğurlu tədbirlər bizi qətiyyən arxayın etmir, əksinə, milli təhlükəsizlik naminə səylərimizi daha da artırmağa məsul edir.

Biz bu gün Ali baş komandanın qarşımızda qoyduğu tələbləri başa düşürük və onu öz fəaliyyətimizdə rəhbər tuturuq. Bizim qarşımızda duran ən ümdə vəzifə gəncləri dövlətçilik və vətənpərvərlik, Heydər Əliyev amallarına sədaqət ruhunda tərbiyə etməkdir. Hazırda kadrların seçilib yerləşdirilməsi və təlim-tərbiyəsində bu prinsiplər rəhbər tutulur, eyni zamanda, gənclərimizin fiziki və peşə hazırlığına, müasir bilik səviyyəsinin və dünyagörüşünün formalaşmasına böyük önəm verilir.

Hörmətli qonaqlar!

Cənab zabitlər və kursantlar!

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ümummilli liderimizin abidəsinin, “Şöhrət” muzeyinin açılışı və Akademiyaya Döyüş bayrağının verilməsi münasibətilə sizin hamınızı bir daha təbrik edirəm. Əminəm ki, əməkdaşlarımız xalqımızın inamı, möhtərəm Prezidentimizin göstərdiyi yüksək qayğı müqabilində bütün qüvvə və imkanlarını milli maraqlarımızın və təhlükəsizliyimizin layiqincə təmin edilməsinə yönəldəcəklər!

Möhtərəm cənab Prezident!

Peşə bayramı ərəfəsində imzaladığınız Sərəncamla nazirliyimizin bir qrup əməkdaşının mükafatlandırılması bütün şəxsi heyət tərəfindən böyük iftixar hissi ilə qarşılanmışdır. İcazə verin, bu yüksək etimad və qayğıya görə bütün şəxsi heyət adından Sizə bir daha minnətdarlığımı bildirim. Sizə məruzə etmək istərdim ki, ölkənin hərtərəfli təhlükəsizliyi, Heydər Əliyev ideyalarının həyata keçirilməsi naminə milli maraqların qorunması, ərazi bütövlüyümüzün bərpası yolunda təhlükəsizlik orqanlarının əməkdaşları üzərlərinə düşən vəzifəni dərindən dərk edir, onu böyük peşəkarlıq və fədakarlıqla yerinə yetirməyə qadirdirlər.

Möhtərəm Prezident, əmin ola bilərsiniz ki, biz daim milli maraqlarımızın, dövlətçiliyimizin və müstəqilliyimizin təhlükəsizliyi keşiyində ayıq-sayıq dayanırıq.

Cənab Ali baş komandan!

Bütün əmr və göstərişlərinizi hər an, dönmədən və fədakarlıqla yerinə yetirməyə hazırıq!

Diqqətinizə görə sağ olun.

X X X

Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev mərasimdə nitq söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib