Mingəçevirdə dövlət qulluqçuları üçün regional təlim keçirilmişdir
Mingəçevir, 9 may (AZƏRTAC) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın BMT-nin İnkişaf Proqramı (UNDP) ilə birgə Mingəçevir şəhərində yerli icra hakimiyyəti orqanlarının, mərkəzi icra hakimiyyəti orqanlarının yerli və regional bölmələrinin və məhkəmə hakimiyyəti orqanlarının dövlət qulluqçuları üçün etik davranış qaydaları və etik müvəkkilin fəaliyyəti, dövlət qulluğu vəzifələrinin tutulması, dövlət qulluqçularının vəzifə təlimatları, iş bölgüsünün aparılması və dövlət qulluqçularının reyestrinin aparılması qaydaları ilə bağlı təşkil etdiyi regional təlim başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, təlimə Mingəçevir şəhər, Yevlax, Ağdaş, Bərdə, Tərtər, Göyçay, Ucar və Zərdab rayonlarının yerli icra hakimiyyəti orqanlarında və mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində çalışan rəhbər vəzifəli dövlət qulluqçuları cəlb edilmişlər.
Üç günlük təlimdə hər bir vəzifəli şəxs və dövlət qulluqçusunun vətəndaşlarla münasibətdə etik davranış qaydalarına əməl etməsi, dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, bu sahədə çalışanların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması sahəsində maarifləndirmə işləri aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]