Minifutbol üzrə Ağdam rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Ağdam, 4 may, AZƏRTAC
Ağdam Olimpiya İdman Kompleksində ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə minifutbol üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda idarə, müəssisə və təşkilatların, kənd və qəsəbələrin komandaları iştirak edib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Quzanlı köçkün qəsəbəsinin komandası birinci, Sarıcalı kənd komandası ikinci, Ağdam Sosial-İqtisad Kollecinin komandası üçüncü yeri tutub.
Qalib komandalara kubok, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.