ELM VƏ TƏHSİL
Mirzə Şəfi Vazehin 230 illik yubileyinə həsr olunmuş respublika konfransı keçiriləcək
![](/files/galleryphoto/2024/1/1200x630/1706701531532156831_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17067015312210238469_1200x630.jpg)
Bakı, 31 yanvar, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində şair və mütəfəkkir, pedaqoq və xəttat Mirzə Şəfi Vazehin anadan olmasının 230 illik yubileyinə həsr edilmiş “Mirzə Şəfi Vazeh və Azərbaycan ədəbiyyatı Şərq-Qərb əlaqələri kontekstində” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, iyun ayında keçiriləcək konfrans “Mirzə Şəfi irsi Azərbaycan və Qərb ədəbi əlaqələri kontekstində”, “Mirzə Şəfi şeirləri musiqidə və poeziya-musiqi əlaqələri problem”, “Mirzə Şəfi Azərbaycan boyakarlığında və klassik irsin incəsənətdə əksi problemləri”, “Mirzə Şəfinin ədəbi mirası və mətnşünaslıqda atribusiya məsələləri” və “Mirzə Şəfi irsinin poetikası və ədəbi məclislər ənənəsi” bölmələrini əhatə edir.
Konfrans haqqında əlavə məlumat və məqalələrin tərtib olunması qaydaları Ədəbiyyat Muzeyinin saytında yerləşdirilib. Konfransda iştirak etmək istəyənlər məqalələrini mayın 15-dək [email protected] ünvanına göndərə bilərlər.