Misir Fransadan 30 hərbi təyyarə alacaq
Qahirə, 4 may, AZƏRTAC
Misir 30 “Rafale” qırıcı təyyarəsinin alınmasına dair Fransanın “Dassault Aviation” şirkəti ilə saziş imzalayıb. Bu barədə Misir Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, 4,5 milyard dollar dəyərindəki sazişin şərtlərinə görə, Misir təyyarələrin alınması üçün ödənişi on il ərzində həyata keçirəcək.
Bundan başqa, Qahirə Fransanın raket istehsal edən MDBA və hərbi elektron avadanlığı istehsalçısı “Safran Electronics & Defence” şirkətləri ilə 241 milyon dollar dəyərində sazişlər imzalayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]