Misir portalı: Ermənistan müharibə zamanı qadağan olunmuş silahlardan istifadə edib
Qahirə, 23 noyabr, AZƏRTAC
Misirin “Aldiplomasy” informasiya portalı Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin sabiq müavini, Müdafiə Nazirliyinin (MN) Hərbi Nəzarət Xidmətinin sabiq rəisi general-leytenant Movses Akopyanın etirafı barədə xəbər yayıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Anadolu agentliyinə istinadla yayılmış xəbərdə erməni generalın 44 günlük müharibədə “İsgəndər” operativ-taktiki raket kompleksindən istifadə edildiyi barədə jurnalistlərə açıqlaması diqqətə çatdırılıb. Qeyd olunub ki, Akopyan raketlərin hansı istiqamətdə istifadə edildiyini deməyib.
Xəbərdə vurğulanıb ki, hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələri qadağan olunmuş silahlardan istifadə etməklə Azərbaycanın yaşayış məntəqələrinə hücumlar həyata keçirib. Azərbaycanın Baş Prokurorluğu bununla bağlı bildirib ki, işğalçı ölkə “Skad” və “Smerç” raket qurğularından yalnız döyüş meydanında deyil, eləcə də mülki şəxslərə qarşı istifadə edib. Bu faktlar “Human Rights Watch” və “Amnesty International” kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qeydə alınmaqla həmin əməllər “qəddar və ağlasığmaz” kimi qiymətləndirilib. Eyni zamanda, Ermənistanın raket hücumları nəticəsində 93 mülki şəxsin həlak olması, 400-dən çox insanın yaralanması ilə bağlı cinayət işi açılıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [09:48]
Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
Qızıl və gümüş bahalaşıb
- [10:20]
Birjalarda neft ucuzlaşıb
- [10:16]
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [20:00]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:53]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [19:39]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [19:34]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [19:05]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [19:04]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [19:02]
"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı
- 30.09.2026 [18:41]
Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək
- 30.09.2026 [18:41]