MİSİRDƏ MÜƏZZİNLƏRİN SƏS-SƏSƏ VERMƏSİNƏ SON QOYULACAQDIR
Misirdə 90 mindən artıq məscid var. Təkcə Qahirədə onların sayı üç mindən çoxdur. Müəzzinlər gün ərzində səs-səsə verərək müsəlmanları namaza çağırırlar. Çox vaxt eyni vaxtda bir neçə müəzzinin səsucaldanlarla qat-qat gücləndirilmiş səsi eşidilir və təəssüf ki, onların səsi heç də həmişə xoşagələn, məlahətli olmur. Nazirin fikrincə, xüsusilə səhər vaxtı uşaqlar, qocalar, xəstələr bu çoxsəsli hay-küydən əzab çəkirlər. Buna görə də o, camaat namazına çağırışın ən yaxşı xoşavaz bir müəzzinin səsi ilə yayımlanmasını məqsədə uyğun sayır. O hesab edir ki, əzan bütün reproduktorlardan sinxron şəkildə səslənməlidir. Eksperiment kimi, əvvəlcə Qahirə, sonra isə bütün ölkə məscidlərində əzanı birləşdirmək təklif edilir.
Lakin nazirliyin bu təşəbbüsü Misir cəmiyyətində mübahisələrə səbəb olmuşdur. Əzanın birləşdirilməsinin əleyhdarlarının fikrincə, həmin layihəni Misirdə həyata keçirmək mümkün deyil. Sübh namazına çağırış zamanı “səsi azaltmaq” niyyəti isə şəriət baxımından qorxuludur.
Misirliləri 200 mindən artıq müəzzinin iş yerindən məhrum ola biləcəyi narahat edir. Nazir isə onların heç birinin işdən azad edilməyəcəyinə, məsciddə başqa bir işlə məşğul olacağına təminat verir.