Misirdə son sutkada koronavirusdan 21 nəfər ölüb
Qahirə, 16 may, AZƏRTAC
Misirdə son sutka ərzində COVID-19 virusuna 399 yoluxma halı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Misirin Səhiyyə Nazirliyinin məlumatında ölkədə koronavirusa yoluxanların ümumi sayının 11 min 228 nəfərə çatdığı qeyd olunur. Koronavirusa yeni yoluxanların 6 nəfəri məhkəmə hakimi və prokurordur. Misirdə 15 gün əvvəl karantin rejiminin yumşaldılması ilə əlaqədar məhkəmələrin fəaliyyəti bərpa olunub və bu səbəbdən yoluxma halları artıb.
Məlumatda mayın15-də COVID-19 virusundan 21 nəfərin öldüyü, həyatını itirənlərin ümumi sayının 592 nəfərə çatdığı bildirilib. Əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 173 nəfər sağalıb, ümumilikdə isə ölkədə fəaliyyət göstərən 17 karantin xəstəxanasında 2 min 799 pasiyent tam müalicə olunub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]