Misli Premyer Liqasında XVI tura iki oyunla start veriləcək
Bakı, 7 dekabr, AZƏRTAC
Bu gün Misli Premyer Liqasında XVI tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, əvvəlcə meydana “Səbail” və “Araz-Naxçıvan” komandaları çıxacaq. “ASCO Arena”da keçiriləcək görüş saat 15:00-da başlayacaq.
Qonaqlar 36 xalla 2-ci, meydan sahibləri isə 8 xalla sonuncu – 10-cu yerdə qərarlaşıb.
Günün ikinci matçında isə “Sabah” “Qarabağ”ı qəbul edəcək. “Bank Respublika Arena”da təşkil ediləcək qarşılaşma saat 18:00-da start götürəcək.
Rəqiblərindən 1 oyun az keçirən Qurban Qurbanovun başçılıq etdiyi komanda 37 xalla turnir cədvəlinə başçılıq edir. Paytaxt təmsilçisi isə 22 xalla 5-ci sıradadır.
Qeyd edək ki, XVI turun digər görüşləri dekabrın 8-9-da reallaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]