Misli Premyer Liqasının 5 klubu cərimələnib, “Səbail”ə xəbərdarlıq edilib
Bakı, 24 sentyabr, AZƏRTAC
AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Misli Premyer Liqasının VII turunun “Turan Tovuz”la oyununda 5 futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” 700 manat cərimə edilib. Görüş vaxtı meydançaya kənar əşyalar atıldığına görə Tovuz təmsilçisi 800 manat ziyana düşüb.
“Səbail” – “Sabah” matçında ev sahibi komandanın 7, qonaqların isə 4 futbolçusu sarı vərəqə aldığı üçün klubların hər ikisi 700 manat cərimələnib. Bundan başqa, “Səbail”in azarkeşlər tərəfindən hakimlərin və qonaq komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “dənizçilər”ə xəbərdarlıq edilib.
“Zirə” oyunda Əsasnamənin tələbləri pozulduğuna görə “Sumqayıt” 500 manat cərimə ödəyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]