MOLDOVA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VLADİMİR VORONİNƏ
Yubileyiniz – anadan olmağınızın 65 illiyi münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Moldovanın dövlətçiliyi və suverenliyinin möhkəmlənməsinə, demokratiyanın və hüquq qaydasının inkişafına, sosial-iqtisadi dəyişikliklər aparılmasına yönəldilmiş çoxşaxəli fəaliyyətiniz Sizə layiqli nüfuz və hörmət qazandırmışdır.
Əminəm ki, Azərbaycanla Moldova arasındakı ənənəvi dostluq münasibətləri bundan sonra da möhkəmlənəcək və xalqlarımızın mənafelərinə, regionda sülh, sabitlik və tərəqqi işinə xidmət edəcəkdir.
Əziz Vladimir Nikolayeviç, bu əlamətdar gündə səmimi qəlbdən Sizə, bütün ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 may 2006-cı il.