“MOLLA NƏSRƏDDİN” JURNALININ 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLMİŞDİR
Universitetin rektoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov çıxış edərək, Prezident İlham Əliyevin “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyi haqqında” Sərəncamının əhəmiyyətini vurğulamışdır.
1906-cı ildə böyük yazıçı, dramaturq və publisist Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşrə başlamış jurnalın fəaliyyətindən danışan rektor onun Azərbaycanda milli təfəkkürün, ictimai-siyasi fikrin, mətbuatın formalaşmasında mühüm rolunu nəzərə çarpdırmışdır.
Sonra “Molla Nəsrəddin-100”: nə dəyişib, nə qalıb”, “Molla Nəsrəddin”in dili məsələsi”, ”Molla Nəsrəddin” jurnalı XX əsr kontekstində”, “Molla Nəsrəddin” və mühiti”, “Molla Nəsrəddin” və ədəbiyyat məsələləri”, “Molla Nəsrəddin” jurnalistika məktəbi: ənənə və novatorluq” mövzularında məruzələr dinlənilmişdir.
Məruzələrdə milli təfəkkürün inkişafında, insanların maariflənməsində “Molla Nəsrəddin” jurnalının və onun fəal əməkdaşlarının - M.Ə.Sabirin, Ə.Haqverdiyevin və digər ədiblərin müstəsna xidmətlərindən bəhs olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]