Monakoda trası modernləşdirməkdən qəti imtina ediblər
Bakı, 31 may, AZƏRTAC
Formula 1-in baş direktoru Stefano Domenikali Monako Qran-Prisinin promouterlərini trası modernləşdirməyə razı sala bilməyib.
AZƏRTAC xəbər verir ki, əfsanəvi şəhər dairəsinin Formula 1 yarışlarının müasir tələblərinə cavab vermədiyi barədə diskussiyalar artıq bir neçə ildir davam edir. Mövcud olan narazılıqları əsaslı adlandırmaq olar; məsələn, 2021-ci ildə keçirilən bütün yürüş ərzində heç bir ötmə əməliyyatının olmaması bunun əyani sübutudur. Ötən həftə ötmə əməliyyatları olub, lakin onların sayı çox az - cəmi 13-dür.
İnsayderlərin məlumatına görə, Domenikali təşkilatçılara çempionatın keçmiş idman direktoru Ross Braun tərəfindən hazırlanmış trasın modernləşdirilməsi planını təqdim edib. Monakoda bu təklifdən qəti surətdə imtina ediblər.
Formula 1-in nümayəndəsi “Daily Mail” nəşrinə müsahibəsində bununla bağlı deyib: “Biz əvvəllər də trasın konfiqurasiyasının dəyişdirilməsində israr edirdik və hazırda təşkilatçıları buna inandırmağa çalışırıq. Lakin təəssüf ki, vəziyyət belə alınır və bir çox maneələr mövcuddur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.09.2026 [15:48]
Formula 1: Corc Rassell liderliyini qoruyur
- 24.09.2026 [17:21]
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir
- 21.09.2025 [20:46]
Bakıda Formula 1 həyəcanı – FOTOREPORTAJ
- 21.09.2025 [16:41]
Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub
- 21.09.2025 [08:00]