MOSKVA BAZARLARINDA TİCARƏTLƏ MƏŞĞUL OLAN HƏMVƏTƏNLƏRİMİZ HAQQINDA MƏLUMAT TOPLANILIR
Ümumrusiya Azərbaycan Konqresi Moskva regional şöbəsinin (ÜAK MRŞ) sədri İlqar Hacıyev bildirmişdir ki, həmvətənlərimizin sayı və problemləri barədə daha səhih məlumat toplamaq üçün nazirliyin nümayəndəsi ilə birlikdə böyük iş görülmüşdür. Moskvanın iri bazarlarında Azərbaycan və Rusiya vətəndaşları olan həmvətənlərimizlə Rusiya hökumətinin qərarları ilə əlaqədar nə kimi problemlərin yaranacağı barədə söhbət etmişik. Azərbaycanın Moskvadakı səfirliyinin konsulu və ÜAK rəhbərliyi ilə də görüşlər olmuşdur”.
İlqar Hacıyev demişdir ki, daha ətraflı məlumat almaq üçün ÜAK MRŞ Moskva bazarlarında sosioloji sorğu keçirmişdir. Sorğunun nəticələri həmvətənlərimizin vəziyyətini yüngülləşdirə biləcək təklif və tövsiyələr hazırlamağa imkan verəcəkdir. Onun sözlərinə görə, araşdırılmış məlumat və tövsiyələr Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı hökumətlərarası sazişin əsasını təşkil edəcəkdir. Nəzərdə tutulduğuna görə, bu sənəd ilin sonunadək imzalanacaqdır.