Moskva Satira Teatrı fevralın 4-dək bütün tamaşaları ləğv edib
Bakı, 1 fevral, AZƏRTAC
Moskva Akademik Satira Teatrı son yanğınla əlaqədar fevralın 4-dək bütün tamaşaları ləğv edib.
AZƏRTAC xəbər verir ki, bu barədə teatrın mətbuat xidməti məlumat yayıb.
Dəyişikliklər bu tamaşalara təsir edəcək: “Üç mərtəbə yuxarı”, “Bu uşaq”, “Əzizlərim”, “Damda yaşayan uşaq və Karlson”, həmçinin “Bir milyonluq tanqo”.
Teatr rəhbərliyi sözügedən tamaşalara bilet alan tamaşaçılara pulun qaytarılacağını və ya başqa əlverişli tarixlərə keçirilməsinə şərait yaradacağını vəd edib.
Qeyd edək ki, yanvarın 28-də günorta saatlarında Moskva Satira Teatrında yanğın baş verib. Yanğın 350 kvadratmetr sahəni əhatə edib. İlkin məlumata görə, yanğına səbəb müəssisədə aparılan təmir işləri zamanı təhlükəsizlik qaydalarının pozulması olub .
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]