Moskva vilayətinə pilotsuz uçan aparat düşüb
Moskva, 28 fevral, AZƏRTAC
Moskva vilayətinin Kolominsk rayonuna pilotsuz uçan aparat düşüb.
AZƏRTAC xəbər verir ki, “UJ-22 Airborne” aparatı qaz kompressor stansiyasının 100 metrliyində yerə çırpılıb. Vilayətin qubernatoru Andrey Vorobyov hadisə nəticəsində dağıntı və xəsarət alanların olmadığını bildirib.
Federal təhlükəsizlik xidməti və digər müvafiq orqanlar vəziyyəti araşdırırlar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]