MOTSARTIN MUSİQİSİ YENİ DOĞULMUŞ KÖRPƏLƏRƏ KÖMƏK EDƏCƏKDİR
Bu ideya ilk dəfə şərqi Slovakiya xəstəxanalarının birində meydana gəlmişdir. Həmin tibb müəssisəsində təzə doğulmuş körpələr xüsusi qulaqlıqlarla Motsartın və digər klassik bəstəkarların sonatalarını dinləyirlər. Klinika mütəxəssislərinin fikrincə, musiqi dünyaya gələrkən körpələrin keçirdiyi sarsıntıdan sonra onların sağlamlığını qorumağa imkan verir.
AZƏRTAC xarici tibb nəşrlərinə istinadla xəbər verir ki, yeni üsula Kornell Universitetinin Veyla tibb kollecinin mütəxəssisləri maraq göstərmişlər. Onlar klassik bəstəkarların əsərlərinin körpələrin stress səviyyəsinə, ürək döyüntüsünün tezliyinə və hərəki fəallığına təsirini öyrənmək üçün tammiqyaslı araşdırma aparmağı qət etmişlər.
Kim bilir, bəlkə də, tezliklə bütün dünyanın körpələri Motsartın simfoniyalarının valehedici sədaları altında böyüyəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]