M.S.SƏNANİNİN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsi, xalq artisti Möhsün Sadıq oğlu Sənaninin xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:
Bakı Şəhər İcra Hakimiyyəti Möhsün Sadıq oğlu Sənaninin Bakı şəhərində yaşadığı binaya (Mehdi Hüseyn küçəsi, 45) xatirə lövhəsinin vurulmasını təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 mart 2006-cı il.