MÜƏLLİMİN ŞƏXSİ KİTABXANASI VƏ EV MUZEYİ ZƏNGİNLƏŞİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Tərtər şəhər 2 nömrəli orta məktəbin tarix müəllimi Qələndər Quliyevin şəxsi kitabxanasında 8 mindən çox müxtəlif ədəbiyyat toplanmışdır. Ziyalılar, şagirdlər, müxtəlif peşə sahibləri şəxsi kitabxananın xidmətindən lazımınca istifadə edirlər.
Qələndər müəllim 1000-dən çox müxtəlif tarixi mədəniyyət nümunəsi toplayaraq zəngin ev muzeyi yaratmışdır. Tərtərin qədim yaşayış məskəni olduğunu sübut edən əşyalar muzeyin ən qiymətli eksponatlarıdır.
Müəllimin ev muzeyi və şəxsi kitabxanası ilbəil zənginləşir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]
Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti
- 15.06.2026 [10:57]