Müəllimlər üçün TOEFL iBT üzrə praktiki təlim keçiriləcək
Bakı, 17 noyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi 16, 18, 19 dekabr tarixlərində “ETS Global” ilə birgə ESL (ingilis dili ikinci dil kimi) müəllimləri üçün TOEFL iBT®️ Propell®️ praktiki təlimini təşkil edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, bu, ingilis dili müəllimlərinin akademik ingilis dilini öyrətməkdə qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq üçün nəzərdə tutulmuş üçgünlük peşəkar inkişaf proqramıdır. Təlimin spikeri “ETS Global”da akademik əlaqələr və ELT koordinatoru Yasemin Arşindir. Təlim zamanı müəllimlər dilin öyrədilməsi zamanı inteqrasiya olunmuş bacarıqlar yanaşması, bununla bağlı təlimat üsulları və strategiyalarını öyrənəcək, eyni zamanda, TOEFL iBT testinin oxuma, dinləmə, danişiq və yazı bölmələrindən praktiki nümunələr ilə tanış olacaqlar.
Təlim ödənişsizdir və hər üç sessiyada iştirak edən iştirakçılara sertifikat veriləcək.
İştirak etmək istəyənlər qeydiyyat üçün [email protected] ünvanına müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]