MUĞAM MÜSABİQƏSİ QALİBLƏRİNİN YEKUN KONSERTİ
Bakı Musiqi Akademiyasının Opera Studiyasında keçirilən tədbirdə müsabiqənin ilkin mərhələsinə yekun vurulmuşdur. MMTM-in sədri Arif Mədətov, münsiflər heyətinin üzvləri, xalq artistləri Arif Babayev, Canəli Əkbərov, Xan Şuşinskinin ailəsi adından tarzən Fikrət Verdiyev müsabiqənin təşkilatçılarını və qaliblərini təbrik etmişlər. Birinci və ikinci yerlərin qalibi müəyyən olunmadığından konsertdə yalnız üçüncü yerlərin qalibləri çıxış etmişlər. Birinci və ikinci yerlərin qaliblərini müəyyənləşdirmək üçün yenidən müsabiqə təşkil olunacaqdır. Üçüncü yerə 3 nəfər - Mirzə Rzaxanzadə, Şəmsəddin İbrahimov, Rəna Əmrahova layiq görülmüşlər. Onların və digər ifaçıların oxuduqları muğam, təsnif və xalq mahnılarını muğamsevərlər hərarətlə qarşılamışlar. Müsabiqə qaliblərinə mükafatlar təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]