Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Hörmətli şeyx həzrətləri.

Hörmətli din xadimləri.

Xanımlar və cənablar.

Əziz dostlar.

İlk növbədə, şeyx həzrətləri, mənim haqqımda dediyiniz xoş sözlərə görə sizə minnətdaram. Eyni zamanda, digər çıxışlarda səslənən fikirlərə görə də minnətdarlığımı bildirmək istəyirəm.

Əslində, bu çıxışlar və səslənən bu fikirlər bir daha bizim birliyimizi Azərbaycan cəmiyyətinin birliyini göstərir. Bizim birliyimiz reallıqdır. Müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biri də ondan ibarətdir ki, Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycan tarixində dini, milli zəmində ayrı-seçkilik, yaxud da qarşıdurma olmamışdır və əminəm ki, olmayacaqdır.

İctimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanda yaşayan bütün xalqlar bir yerdə olmuşlar və bugünkü mərasim bunun əyani sübutudur. Əminəm ki, bundan sonra da Azərbaycanda millətlərarası, dinlərarası münasibətlər bu sağlam zəmində inkişaf edəcək və bizim birliyimiz, gücümüz artacaqdır.

Bu gün Azərbaycan güclü dövlətdir və bizim gücümüz təkcə iqtisadi nailiyyətlərlə ölçülmür. Cəmiyyətimizin çox sağlam dayaqları vardır. Bu dayaqlar tarix, dərin mənəviyyat, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək üzərində qurulubdur. Hesab edirəm ki, bizim təcrübəmiz bir nümunə olaraq artıq dünyada öyrənilir. Azərbaycanda vaxtaşırı keçirilən mötəbər beynəlxalq tədbirlər, xüsusilə dini və milli dözümlülüklə bağlı olan tədbirlər bir daha bunu göstərir, müxtəlif bölgələrdən, diyarlardan gələn qonaqlar vurğulayırlar ki, Azərbaycanda bu münasibətlər ən yüksək səviyyədə qurulmuşdur. Bizim üçün isə bu, təbiidir. Çünki bu, bizim həyat tərzimizdir, başqa cür ola da bilməz. Ancaq bəzi hallarda başqa ölkələrdə yaşanan olaylara nəzər salaraq görürük ki, heç də hər yerdə belə deyildir. Ona görə bir daha əldə edilmiş bütün bu nailiyyətləri düzgün təhlil edərək deyə bilərik ki, bu, bizim böyük sərvətimizdir, böyük xoşbəxtliyimizdir. Biz bu dəyəri qorumalıyıq və qoruyacağıq. Dövlət öz tərəfindən öz üzərinə düşən vəzifələri icra edir. Çox şadam ki, bütün dini icmalar, dini konfessiyalar da bu sahədə vahid mövqedən çıxış edirlər.

Bugünkü iftar mərasimimiz ənənəvi xarakter daşıyır. Mən artıq onuncu dəfədir ki, Prezident kimi bu mərasimdə iştirak edirəm. Bu ənənəni ulu öndər Heydər Əliyev və şeyx həzrətləri qoymuşlar. Artıq şeyx həzrətləri dediyi kimi, bu da nadir bir təcrübədir. Çünki Azərbaycanda din-dövlət münasibətlərinin düzgün istiqamətdə inkişafı üçün bu mərasimlər çox lazımdır. Hər bir sahədə olduğu kimi, Ulu Öndərin o cümlədən bu sahədə qoyduğu ənənələr yaşayır, davam edir.

Din-dövlət münasibətlərinin düzgün zəmində qurulması hər bir dövlət, xüsusilə gənc dövlətlər üçün önəmlidir. Xüsusilə tam başqa bir ictimai quruluşda, ateizm şəraitində yaşamış dövlət üçün bu münasibətlər demək olar ki, sıfırdan qurulmalı idi və quruldu da. Əlbəttə ki, bu münasibətlərin düzgün istiqamətdə inkişafı bizim gücümüzü daha da artırdı, cəmiyyətdə mövcud olan sağlam ab-havanı və gələcək üçün gözəl imkanları yaratdı.

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Biz bu sərvəti qoruyuruq və qoruyacağıq. Ulu öndər Heydər Əliyevin bu sahədəki təşəbbüsləri xalq tərəfindən, dindarlar tərəfindən yüksək qiymətləndirilmişdir.

Şeyx həzrətlərinin fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. Şeyx həzrətlərinin Azərbaycanda, Qafqazda çox böyük hörməti vardır. Mən Şimali Qafqaz respublikalarının müftiləri ilə vaxtaşırı görüşlər əsnasında bir daha görürəm ki, şeyx həzrətlərinə nə qədər böyük inam və hörmət vardır. Şeyx həzrətləri nəinki Qafqazda, MDB məkanında tanınmış dini liderdir. Təsadüfi deyil ki, o, MDB Dinlərarası Əlaqələndirmə Şurasına həmsədrlik edir. Dünya miqyasında, bizim bölgədə şeyx həzrətlərinin fəaliyyəti çox uğurludur və dövlətimizin maraqlarını təmin edir.

Bax bu nadir vəziyyət bir daha onu göstərir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir. Azərbaycanda hər bir istiqamət üzrə düşünülmüş siyasət vardır. Hər bir məsələ ilə bağlı konkret yanaşma mexanizmləri, yanaşma prinsipləri vardır, o cümlədən ictimai proseslərlə, dini siyasətlə bağlı.

Təsadüfi deyildir ki, müstəqillik dövründə Azərbaycanda 2 minə yaxın məscid tikilmişdir. Son 10 il ərzində 140-a yaxın məscid tikilmiş, 80 məscid isə əsaslı təmir edilmişdir. Digər dinlərin dini ocaqları, məbədləri təmir edilir, tikilir, artıq burada deyildi. Yəni, bu sahədə heç bir ayrı-seçkilik yoxdur. Mən tam əminəm ki, insanlarda başqa dinlərə olan hörmət öz dininə hörmətdən başlayır. Bu nadir atmosferi biz düzgün qiymətləndirməliyik, qorumalıyıq, eyni zamanda, dünyada təbliğ etməliyik. Azərbaycan haqqında dolğun məlumatları dünya ictimaiyyətinə çatdırmalıyıq.

Deyə bilərəm ki, son illər ərzində Azərbaycan ilə bağlı olan reallıqlar dünya ictimaiyyətinə çatdırılır. Dünyada Azərbaycan ilə bağlı olan fikirlər müsbətdir. Bizim beynəlxalq nüfuzumuz artır. Əgər belə olmasaydı, dünya birliyi bizə böyük etibar göstərib BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. 155 ölkə bizə inandı, bizi dəstəklədi. Bu, beynəlxalq aləmin mütləq əksəriyyəti deməkdir.

Əlbəttə, əminəm ki, gələcəkdə də Azərbaycanda bütün ictimai proseslər, o cümlədən dini siyasət düzgün istiqamətdə inkişaf edəcəkdir. Biz elə etməliyik ki, bizdən sonra gələn nəsil də milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alsın. Milli mənəvi dəyərlər gələcək nəsillər üçün əsas olmalıdır. Çünki dövlətimiz milli dəyərlər üzərində qurulubdur. Biz müstəqil, demokratik dövlətik, dünyəvi ölkəyik. Eyni zamanda, bizim dövlətimiz çox güclü əsaslar, ənənələr, milli dəyərlər üzərində qurulubdur. Bu dəyərlər bizi xalq kimi qoruyub saxlaya bildi əsrlər boyu. Biz başqa dövlətlərin tərkibində yaşamışıq. Bu dəyərlər - öz dini bayramlarımıza olan münasibət, öz adət-ənənələrimizə olan hörmət, bütün bu amillər nəsildən-nəslə keçməli və davam etməlidir. Mən çox şadam ki, bizim gənclərimiz də milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alırlar. Vətən sevgisi hər bir insan üçün, xüsusilə gənclər üçün əsas olmalıdır.

Burada qeyd edildiyi kimi, Azərbaycanda multikulturalizmlə bağlı keçirilən tədbirlər artıq dünyanın diqqətini cəlb etdi. Multikulturalizm anlayışı nisbətən yeni anlayışdır. Ancaq bu anlayışın mahiyyəti əsrlər boyu Azərbaycanda mövcud olmuşdur. Yəni, bu, bizim normal həyat tərzimizdir, başqa cür ola da bilməz. Ona görə Azərbaycanda bu mövzu ilə bağlı keçirilən mötəbər tədbirlər təbiidir. Azərbaycanda şeyx həzrətlərinin təşəbbüsü ilə bir neçə il bundan əvvəl dünya dinlərinin liderlərinin zirvə görüşü keçirilmişdir. Humanitar forumlar keçirilir. İkinci dəfə Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi də çox əlamətdar hadisə idi. Çünki bu, artıq yeni ənənəyə çevrilmişdir. Bu tədbirlərin keçirilməsi və açıq fikir mübadiləsinin aparılması özlüyündə müsbət haldır. Çünki ilk növbədə Azərbaycanın timsalında dinlərarası, millətlərarası münasibətlərin necə uğurla tənzimlənməsini hər kəs müşahidə edə bilər. Eyni zamanda, bu forumlarda açıq şəkildə aparılan fikir mübadiləsi insanları birləşdirir, yaxınlaşdırır. Bəzi hallarda mövcud olan anlaşılmazlıqları da aradan götürür. Eyni zamanda, göstərir ki, bütün xalqlar, bütün dinlər birlikdə yaşaya bilər. Əgər radikalizmə yol verilməsə, əgər radikalizmin qarşısı alınarsa, əgər diskriminasiya, ksenofobiya, islamofobiya, rasizm, faşizm kimi XXI əsr üçün məqbul olmayan anlayışlar aradan götürülərsə və əgər dünya siyasətçiləri bu məsələlərlə bağlı öz qəti mövqeyini ortaya qoyarlarsa qısa müddət ərzində bu sahədə sağlamlaşma gedə bilər.

Ancaq əfsuslar olsun ki, bəzi hallarda biz bunun əksini görürük. Görürük ki, bəzi hallarda daha çox ayrı-seçkiliyə rəvac verilir. Milli, dini zəmin üzərində qərarlar qəbul edilir. Bəzi xalqlar diskriminasiyaya məruz qalırlar. Multikulturalizmlə bağlı fikirlər səslənir ki, multikulturalizm iflasa uğradı. Multikulturalizmin gələcəyi yoxdur. Bu, çox zərərli fikirlərdir. Mən bu barədə bir neçə dəfə fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm ki, multikulturalizmin dünyada çox müsbət təcrübəsi, müsbət əlamətləri, ünvanları vardır. Onların biri də Azərbaycandır. Biz Azərbaycanın timsalında bu münasibətlərin necə düzgün həll edilməsini görə bilirik. Ona görə gələcəkdə də Azərbaycanda bu kimi forumlar keçiriləcəkdir.

Azərbaycan bu gün bölgənin iqtisadi mərkəzinə çevrilmişdir. Siyasi proseslərin gedişatında bizim böyük rolumuz, təsir imkanlarımız vardır. Eyni zamanda, Azərbaycan bu gün humanitar sahədə də bölgənin mərkəzidir. Xüsusilə, dinlərarası münasibətlərin qurulması ilə əlaqədar bizim təcrübəmiz çox müsbətdir.

“Bakı prosesi” haqqında şeyx həzrətləri öz çıxışında söylədi. Bu da Bakıda baş vermiş hadisədir. Bu proses 2008-ci ildə başlamışdır. İlk dəfə olaraq İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasına üzv olan ölkələrin nazirləri bir araya gəldilər və birgə sənəd qəbul edildi. Ondan sonra müxtəlif tədbirlər keçirilmişdir. Əlbəttə ki, Azərbaycanın nadir, siyasi imkanları da bu prosesin Bakıda həyata keçirilməsinə xidmət etmişdir. Çünki biz həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüyük. Hər iki təşkilatda çox fəalıq və dinlərarası, mədəniyyətlərarası, qitələrarası körpü rolunu oynayırıq. Ancaq bu coğrafi vəziyyət əgər ciddi siyasət olmasa əlbəttə ki, çox böyük əhəmiyyətə malik deyildir. İş burasındadır ki, Azərbaycanda reallaşan böyük layihələr, energetika, nəqliyyat, infrastruktur sahələrində reallaşan layihələr, humanitar sahədə reallaşan təşəbbüslər Azərbaycanı bu bölgənin mərkəzinə çevirmişdir. Bu, böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Çünki artıq dediyim bu məsələlərlə bağlı Azərbaycanın mövqeyindən, yanaşmasından və addımlarından çox şey asılıdır. Biz bu məsuliyyətə hazırıq, bunu öz üzərimizə götürmüşük və əminəm ki, bu məsuliyyəti böyük şərəflə aparacağıq.

Əziz dostlar, bu müqəddəs Ramazan ayında görüşməyimizi mən bir daha qeyd etmək istəyirəm. Bu ənənə yaşamalıdır və yaşayacaqdır. Bu ənənənin yaşadılması üçün hər bir Azərbaycan vətəndaşı öz səylərini qoymalıdır və biz cəmiyyətdə formalaşmış çox gözəl ab-havanı qorumalıyıq, müstəqil inkişafımızı təmin etməliyik. Biz müstəqilliyin üstünlüklərini görürük. Bugünkü mərasim və bu mövzu ilə bağlı burada səslənən fikirlər bir daha müstəqilliyin üstünlüyünü təsdiqləyir. Çünki müstəqilliyə qədər olan dövrdə belə mərasimlərdən söhbət gedə bilməzdi. Biz öz dini bayramlarımızı evlərdə, yaxınların əhatəsində qeyd edirdik. Bu gün bizim dini bayramlarımız dövlət səviyyəsində qeyd edilir. Ramazan bayramı, Qurban bayramı, əsrlər boyu yaşatdığımız, ürəyimizdə saxladığımız Novruz bayramı bizim böyük sərvətimizdir, Azərbaycan xalqının böyük sərvətidir.

Qarşıdan gələn bayram münasibətilə sizi, bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik etmək istəyirəm, hər birinizə uğurlar, cansağlığı arzulayıram. Sağ olun.  

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb