Musa Qurbanlı: Son oyunlardakı gərginliyə baxmayaraq, inamımızı itirməmişdik
Bakı, 14 avqust, AZƏRTAC
Qələbə qazandığımız üçün çox şadıq, çünki son matçlar bizim üçün bir qədər gərgin keçmişdi.
AZƏRTAC xəbər verir ki bu sözləri “Qarabağ”ın futbolçusu Musa Qurbanlı UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə cavab oyunundan (2:0) sonra jurnalistlərə açıqlamasında deyib.
Hücumçu komanda olaraq, heç vaxt inamı itirmədiklərini bildirib: "Çünki belə çətin məqamlarda xarakter nümayiş etdirdiyimiz anlar az olmayıb".
O, pley-off mərhələsində rəqibləri olan Niderland "Tvente"si barədə də fikirlərini bölüşüb: “Növbəti oyunda meydana əsas heyətdə çıxmağa çalışacağam. Hər gün öz üzərimdə işləyir, inkişaf etməyə çalışıram. İnşallah, baş məşqçimiz şans verəcəyi təqdirdə, özümü doğrultmağa çalışacağam”.
Qeyd edək ki, “Qarabağ” iki oyunun nəticəsinə əsasən “Dinamo”nu 2:1 hesabı ilə məğlub edərək, UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Ağdam təmsilçisinin növbəti mərhələdəki rəqibi Niderlandın "Tvente" komandası olacaq. Pley-offun ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [11:15]
“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır
- 23.09.2026 [11:11]
“Sabah”ın gənc qapıçısı: Milli komandadan gələn dəvət gözlənilməz oldu
- 23.09.2026 [11:04]
Azərbaycan klubu misirli voleybolçunu heyətinə qatıb
- 23.09.2026 [10:37]
Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq
- 23.09.2026 [10:31]
"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək
- 23.09.2026 [10:24]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası Füzulidə start götürəcək
- 23.09.2026 [10:17]
Şahmat Olimpiadası: Azərbaycan yığmaları Yunanıstan və Ermənistana qarşı
- 23.09.2026 [09:46]