Musiqi məktəbinin şagirdləri “Qələbə günü” festival-müsabiqədə mükafatlara layiq görülüblər
Bakı, 13 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Baş İdarənin təşkilatçılığı ilə keçirilən 9 may - faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş “Qələbə günü” adlı I onlayn festival-müsabiqəsində uğur qazanıblar.
İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqənin nəticələrinə əsasən “Simli alətlər” nominasiyasında violin ixtisası üzrə təhsil alan Lalə Bəhramlı II yer, “Xanəndə” nominasiyası üzrə Miyasə Qədirova III yer və yenə bu nominasiyada Riyad Səlimov fəxri fərmanla, “Xalq çalğı alətləri” nominasiyasında nağara ixtisası üzrə Əliabbas Musayev III yer və “Fortepiano” nominasiyası üzrə Fidan Abbasova müsabiqədə fəxri fərmana layiq görülüblər.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd sosial izolyasiya şəraitində musiqi təhsilinin inkişafdan qalmaması, istedadlı uşaq və gənclərin böyük səhnəyə çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensiallarının yüksəldilməsidir.