Muxtar respublikada əhaliyə göstərilən rabitə xidmətlərinin keyfiyyəti artırılıb
Naxçıvan, 18 yanvar, AZƏRTAC
2020-ci ildə Culfa və Kəngərli rayonlarında telekommunikasiya sistemləri və rabitə evləri, “Naxtel” müştəri xidmətləri, “Naxçıvanpoçt” publik hüquqi şəxsin rayon filiallarının fəaliyyəti üçün zəruri iş şəraiti yaradılıb.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən il ərzində Naxçıvan şəhərində, muxtar respublikanın ayrı-ayrı yaşayış məntəqələrində rabitə evləri istifadəyə verilib, avtomat telefon stansiyaları yeni istifadəyə verilən rabitə evlərinə köçürülüb. “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikasında yeni təşkil olunan taksi xidməti üçün üçrəqəmli prefiks ayrılıb. Fiber-optik kabel şəbəkəsinin genişləndirilməsi işi davam etdirilib, 49 mənzilə fiber-optik xətt çəkilib.