Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muxtar respublikanın sosial-iqtisadi inkişafı davamlı xarakter alıb - İCMAL

Naxçıvan, 3 fevral, AZƏRTAC

Muxtar respublikanın sosial-iqtisadi inkişafı Dövlət Proqramı
uğurla icra edilir

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının ötən dövrdə muxtar respublikada ardıcıl şəkildə həyata keçirilməsi, bütövlükdə, sosial-iqtisadi inkişafı təmin edib, eyni zamanda, muxtar respublikada yeni iş yerlərinin açılması, əhalinin gəlirlərinin artırılması, sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində bir sıra uğurlu və məqsədyönlü islahatlar aparılıb. Əldə edilən nailiyyətlərin əsasında dayanan mühüm faktorlardan biri də Dövlət proqramlarının uğurla icra edilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən edilən tapşırıqlar muxtar respublika əhalisinin sosial rifahına və iqtisadi sahədə səmərəli təşəbbüskarlığa yönəlib. Proqramın icrasına uyğun olaraq 2020-ci ildə də kompleks tədbirlər həyata keçirilib.

İxracyönümlü məhsul istehsalı üçün geniş imkanlar yaradılıb

Kənd təsərrüfatı və sənayenin inkişafı ilə bağlı görülən işlər bir çox sahələrdə daxili tələbatın yerli məhsullar hesabına ödənilməsinə gətirib çıxarmaqla yanaşı, ixracyönümlü məhsul istehsalı üçün də geniş imkanlar yaradır. Bu istiqamətdə tədbirlər Dövlət Proqramının icrasına uyğun olaraq 2020-ci ildə də davam etdirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 13-də Ordubad rayonunun Darkəndində su dəyirmanının, həmin ayın 28-də Babək Rayon Baytarlıq İdarəsinin yeni binasının, aprelin 9-da Naxçıvan şəhərində “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni kompleksin, mayın 22-də Şahbuz rayonunun Badamlı qəsəbəsində “Badamlı” Mineral Sular Zavodunun istifadəyə verilməsi ilə bağlı tədbirlərdə, noyabrın 7-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları” yarmarkasında iştirak edib. Həmçinin Ali Məclisin Sədri martın 18-də və mayın 21-də proqramın icrasına uyğun olaraq yeni alınmış kənd təsərrüfatı texnikalarına baxıb, həmin ayın 12-də Süni Mayalanma Mərkəzində görülən işlərlə maraqlanıb.

Yeni təsərrüfat subyektləri fəaliyyətə başlayıb

Muxtar respublikada dövlət maliyyə dəstəyi hesabına 1 tingçilik sahəsinin, 3 bağçılıq, 68 heyvandarlıq, 1 quşçuluq təsərrüfatının yaradılması, 1 bağçılıq, 28 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, 1 quşçuluq təsərrüfatının fəaliyyətinin yenidən qurulması, 1 üzüm və 1 bağçılıq təsərrüfatının fəaliyyətinin stimullaşdırılması başa çatdırılıb. Aqrar sahədə 3 min 932 sığorta müqaviləsi bağlanıb, “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətində 336 texnika və texnoloji avadanlıq alınaraq ehtiyat yaradılıb. Dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına 4 soyuducu anbarın yaradılması, 1 soyuducu anbarın tutumunun 120 ton genişləndirilməsi, 1 soyuducu anbarda qurğuların quraşdırılması başa çatdırılıb, Naxçıvan şəhərində ümumi tutumu 800, Şərur rayonunda ümumi tutumu 250 ton olan soyuducu anbarların yaradılması davam etdirilib. Ailə təsərrüfatları 7 min 609 tara ilə təmin olunub, 48 təsərrüfata 12 min 266 etiketin hazırlanmasında metodik köməklik göstərilib. Ordubad rayonunun Dəstə kəndində Dəstə Un Dəyirmanı və Babək rayonunun Sirab kəndində “İlham” Məhdud Məsuliyyətli Cəmiyyətinin süd emalı sahəsinin fəaliyyətinin bərpası məqsədilə araşdırma aparılıb, Şərur Sənaye Məhəlləsində 3 istehsal korpusunun tikintisi davam etdirilib. Həmçinin “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni müəssisənin və Duzdağda yeni şaxtanın tikintisi də davam etdirilməkdədir.

Meliorativ tədbirlər kənd təsərrüfatının inkişafına stimul verib

Aqrar sahədə yüksək məhsuldarlığa nail olmaq üçün torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, əkin sahələrinin suvarma suyu ilə vaxtında təmin edilməsi, meliorasiya və irriqasiya sistemlərinin normal istismarı da əsas şərtlərdəndir. 2020-ci ildə Dövlət Proqramının icrası istiqamətində şoranlaşmış torpaqların meliorativ vəziyyətinin öyrənilməsi məqsədilə 408 torpaq nümunəsində analiz aparılıb. Muxtar respublikada həyata keçirilmiş monitorinqlər nəticəsində əkin dövriyyəsindən kənarda qalan sahələr müəyyənləşdirilib, 8 min 583 hektar torpaq sahəsinin eksplikasiyası tərtib edilərək planları hazırlanıb.

Proqramda nəzərdə tutulan meliorasiya və irriqasiya tədbirləri çərçivəsində Ali Məclisin Sədri aprelin 4-də Araz Su Anbarından qidalanan nasos və təzyiqli boru xəttinin, noyabrın 28-də Araz çayında inşa olunacaq nasos stansiyasının layihəsinə, əkin dövriyyəsinə qatılacaq əraziyə baxıb, iyunun 10-da Ordubad rayonunun Biləv kəndində yenidən qurulacaq nasos stansiyasının mövcud vəziyyəti ilə maraqlanıb. Həmçinin Ali Məclisin Sədri avqustun 28-də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə yeni texnikaların təqdim olunması, oktyabrın 9-da Şahbuz rayonunun Sələsüz, Türkeş, Mərəlik, noyabrın 16-da Kəngərli rayonunun Böyükdüz kəndində yeni qapalı suvarma şəbəkələrinin istifadəyə verilməsi ilə bağlı tədbirlərdə iştirak edib. 2020-ci ildə torpaqların su təminatını yaxşılaşdırmaq məqsədilə 32,69 kilometr suvarma boru xətlərində təmir işləri aparılıb, 7,68 kilometr yeni suvarma boru xətləri çəkilib.

Nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində işlər
uğurla davam etdirilir

Muxtar respublikamızın hərtərəfli inkişafında nəqliyyat sektorunun da xüsusi yeri var. Dövlət Proqramının icrası istiqamətində Naxçıvanda yol infrastrukturunun təkmilləşdirilməsi diqqətdə saxlanılır, müasir tələblərə cavab verən avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır. Bu tədbirlər çərçivəsində Ali Məclisin Sədri yanvarın 13-də Xanağa-Ağrı-Dizə-Vənənd, mayın 18-də Qarxun-Muğancıq-Mehrab-Məmmədsabir, sentyabrın 15-də Camaldın-Ərəzin, oktyabrın 5-də Nəcəfəlidizə, noyabrın 11-də Qarabürc kənd avtomobil yollarının istifadəyə verilməsi, iyunun 22-də Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 6 yeni avtobusun təqdim olunması ilə bağlı tədbirlərdə iştirak edib. Həmçinin Ali Məclisin Sədri aprelin 12-də Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi kənd avtomobil yolunda aparılan yenidənqurma işləri ilə maraqlanıb, noyabrın 26-da Culfa şəhərində yenidən qurulan 11 yaşayış binasının ətrafındakı yolların təmir olunması ilə bağlı görülən işlərlə tanış olub. 2020-ci ildə muxtar respublikada 39,42 kilometr uzunluğunda avtomobil yollarının yenidən qurulması, 3,5 kilometr uzunluğunda avtomobil yollarında asfalt-beton işləri başa çatdırılıb. Naxçıvan Beynəlxalq Hava Limanında 1 baqaj konveyeri, 1 teleskopik platforma, 1 yanacaqdaşıyan, 1 yanğınsöndürən avtomobil alınıb istifadəyə verilib, Xətt Polis Şöbəsinin binası bərpa olunub, tikintisi başa çatdırılan yeni uçuş-enmə zolağında quşlardan mühafizə və termal videomüşahidə sistemləri quraşdırılıb.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Culfa Lokomotiv Deposunda lokomotivlər 44 dəfə texniki baxışdan keçirilib, 26 dəfə cari təmir işləri aparılıb. Naxçıvan stansiyası ərazisində sərnişin vaqonlarının yuyulması üçün uzunluğu 50 poqonmetr olan yolun çəkilişi və hər iki tərəfdən estakada-körpünün quraşdırılması başa çatdırılıb. Yararsız vəziyyətdə olan 3 min 708 ağac şpal yeni, 975 ağac şpal yarımyararlı ağac, 218 ağac şpal isə yarımyararlı dəmir-beton şpallarla əvəz olunub. Rels dövrələrində yarana biləcək nasazlıqların vaxtında qarşısının alınması məqsədilə stansiyalarda 588 mis relsbirləşdiricisi, 35 yoldəyişənin izolyasiyası dəsti, 3 min 500 rezin altlıq, 38 yanlıq, 356 dəmir altlıq dəyişdirilib, 39 izolyasiya calaqları yenisi ilə əvəz olunub. Naxçıvan, Culfa və Nehrəm stansiyalarında əsaslı təmir və yenidənqurma işləri başa çatdırılıb.

Bərpaolunan enerji mənbələrindən istifadəyə üstünlük verilir,
mövcud təbii potensial dəyərləndirilir

Enerji təhlükəsizliyi muxtar respublikada daim diqqətdə saxlanılan sahələrdəndir. Çünki bu sahə sosial-iqtisadi inkişafı şərtləndirən əsas amillərdəndir. Bərpaolunan enerji mənbələrindən istifadəyə üstünlük verilməsi isə mövcud olan təbii potensialın dəyərləndirilməsi deməkdir. Dövlət proqramında nəzərdə tutulan enerji təchizatının yaxşılaşdırılması tədbirləri çərçivəsində Ali Məclisin Sədri aprelin 12-də Şərur şəhərində “Çomaxtur” yarımstansiyasının, iyulun 8-də Kəngərli rayonunda yeni Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi ilə bağlı tədbirlərdə iştirak edib, həmin gün, eləcə də sentyabrın 3-də Dövlət Energetika Xidmətinə təqdim olunan avtomobil, texnika və avadanlıqlara, iyunun 10-da Ordubad rayonunun Tivi kəndində yeni su elektrik stansiyasının layihəsinə baxıb, noyabrın 26-da Culfa rayonu ərazisində tikilən 1 meqavatlıq Külək-Günəş Hibrid Elektrik Stansiyasında görülən işlərlə tanış olub. Muxtar respublikanın şəhər və rayonlarında 2020-ci ildə 87,9 kilometr uzunluğunda yeni elektrik verilişi xətləri çəkilib, 307 kilometr uzunluğunda elektrik xətləri təmir edilib, 31 transformator yarımstansiyası quraşdırılıb, 22,7 kilometr uzunluğunda hava elektrik verilişi xətləri yeraltı kabel xətləri ilə əvəz olunub, 501 smartkart tipli qaz sayğacı quraşdırılıb.

İnformasiya-kommunikasiya texnologiyaları inkişaf etmiş
iqtisadiyyatın mühüm tərkib hissəsidir

İnformasiya-kommunikasiya texnologiyaları inkişaf etmiş iqtisadiyyatın mühüm tərkib hissəsidir. Naxçıvanda müasir dövrün tələblərinə uyğun rabitə əlaqələrinin inkişaf etdirilməsi, dayanıqlı telekommunikasiya infrastrukturunun formalaşdırılması, internetdən istifadənin genişləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Dövlət Proqramının icrası məqsədilə rabitə xidmətlərinin yaxşılaşdırılması tədbirləri 2020-ci ildə də davam etdirilib, Ali Məclisin Sədri yanvarın 13-də Ordubad rayonunda Dəstə Radio-Televiziya Verici Stansiyasının, mayın 15-də Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evinin, sentyabrın 18-də “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binasının, dekabrın 12-də Kəngərli rayonunda telekommunikasiya sistemi və Rabitə Evinin istifadəyə verilməsi ilə bağlı tədbirlərdə iştirak edib. Bu dövrdə muxtar respublikamızda 35 min 61 metr, o cümlədən “Evədək optika” layihəsi çərçivəsində 49 fərdi mənzilə fiber-optik kabel xətti çəkilib, 8 min 761 abonent internetlə təmin olunub.

Kommunal xidmətlərin səviyyəsi hər il daha da yaxşılaşdırılır

Proqramda nəzərdə tutulan və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edən tədbirlər mütərəqqi əhəmiyyətə malikdir. Bu sahədə fəaliyyət səmərəliliyinə və yüksək xidmət səviyyəsinə nail olmaq üçün genişmiqyaslı tədbirlər 2020-ci ildə də davam etdirilib. Ali Məclisin Sədri aprelin 23-də Sədərək, mayın 27-də Kəngərli, oktyabrın 29-da Ordubad rayonlarında yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması layihələrinə baxıb, iyulun 24-də Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin və Cəlilkənddə içməli su şəbəkəsinin açılışı ilə bağlı tədbirlərdə iştirak edib. Dövlət Proqramının icrasına uyğun olaraq, 2020-ci ildə 170,97 kilometr içməli su, 81,32 kilometr kanalizasiya xəttinin çəkilməsi təmin olunub.

Abadlıq-quruculuq işləri şəhər, kənd və qəsəbələrin
görkəmini tamamilə dəyişib

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetirilməsi iqtisadi inkişafı təmin etməklə yanaşı, yeni infrastrukturun qurulmasına, eləcə də təmir, tikinti və yenidənqurma işlərinin sürətlənməsinə zəmin yaradır. Muxtar respublikada aparılan abadlıq-quruculuq işləri şəhər, kənd və qəsəbələrin simasına əlavə yaraşıq gətirir. Dövlət Proqramında müəyyən olunan mənzil təsərrüfatı və abadlıq-quruculuq tədbirləri 2020-ci ildə də davam etdirilib. Belə ki, Ali Məclisin Sədri yanvarın 8-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 3-cü, avqustun 22-də 8-ci Sərhəd Zastavasında, oktyabrın 16-da Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taborunda, noyabrın 26-da Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsində xidmət və yaşayış, dekabrın 17-də Babək şəhərində bazar, dekabrın 29-da Naxçıvan şəhərində “Gənclər şəhərciyi” yaşayış komplekslərinin istifadəyə verilməsi ilə bağlı tədbirlərdə iştirak edib, həmin gün yeni tikiləcək “Gənclər Yaşayış Kompleksi”nin təməlini atıb. Həmçinin Ali Məclisin Sədri aprelin 12-də Şərur şəhərində Mərasim Evi və dini icma üçün iş otaqlarının, mayın 15-də Culfa şəhərində əsaslı yenidənqurma işlərindən sonra Heydər Əliyev prospektinin, həmin ayın 27-də “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Kəngərli, iyulun 2-də Şərur rayon filiallarının, oktyabrın 29-da Ordubad şəhərində yeni yaşayış binasının istifadəyə verilməsi və şəhidlərin xatirəsinə yaradılan Bayraq Meydanının açılışı ilə bağlı tədbirlərdə iştirak edib. Ali Məclisin Sədri yanvarın 13-də Ordubad rayonunun Vənənd, mayın 18-də Şərur rayonunun Muğancıq-Mehrab, Məmmədsabir, noyabrın 11-də Qarabürc, sentyabrın 15-də Culfa rayonunun Camaldın, oktyabrın 5-də Babək rayonunun Nəcəfəlidizə kəndlərində xidmət və kənd mərkəzlərinin açılışını edib, aprelin 12-də Şərur şəhərində inşa olunacaq avtovağzalın layihəsinə və tikinti aparılacaq əraziyə baxıb, həmin ayın 23-də Sədərək rayonunun Heydərabad qəsəbəsində əsgəri-yaşayış kompleksində, noyabrın 26-da Culfa şəhərində yerləşən 11 yaşayış binasında yenidənqurma işləri ilə tanış olub.

Sağlamlıq imkanları məhdud şəxslərin və şəhid ailələrinin
sosial-məişət şəraiti yaxşılaşdırılır

Dövlət Proqramında sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə fərdi mənzillərin tikintisinin davam etdirilməsi nəzərdə tutulub. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Ali Məclis Sədrinin 2020-ci ilin 14 yanvar, 14 mart, 15 iyun və 8 oktyabr tarixlərində, ümumilikdə, 2 şəhid ailəsinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi uğrunda, eləcə də hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 8 nəfərə fərdi yaşayış evləri və mənzillərin orderini təqdim etməsi muxtar respublikada insan amilinə verilən dəyərin mühüm göstəricisidir.

Sosial infrastrukturun gücləndirilməsi insan amilinə verilən
yüksək qiymətin nümunəsidir

Naxçıvanda tikinti-quraşdırma işlərinin mühüm istiqamətlərindən birini sosial infrastrukturun yaxşılaşdırılması tədbirləri təşkil edir. Təhsil və səhiyyə müəssisələrinin əsaslı təmiri və yenidən qurulması muxtar respublika üçün sosial əhəmiyyətli ənənəyə çevrilib. Ali Məclisin Sədri yanvarın 13-də Ordubad rayonunun Vənənd, mayın 18-də Şərur rayonunun Muğancıq-Mehrab, noyabrın 11-də Qarabürc, sentyabrın 15-də Culfa rayonunun Camaldın, oktyabrın 5-də Babək rayonunun Nəcəfəlidizə kəndlərində yeni məktəb binalarının, noyabrın 26-da Culfa Rayon Təhsil Şöbəsinin yeni binasının açılışını edib. Həmçinin Məmmədsabir, Camaldın, Vənənd kəndlərində həkim ambulatoriyaları, Vənənd kənd Uşaq Musiqi Məktəbi istifadəyə verilib. Ali Məclisin Sədri iyulun 2-də Şərur şəhərində Təqaüdçülər Klubunun, oktyabrın 29-da Ordubad Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin, noyabrın 20-də Duzdağ Fizioterapiya Mərkəzinin inzibati binasının istifadəyə verilməsi ilə bağlı tədbirlərdə iştirak edib, sentyabrın 25-də Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının yeni kompleksinin inşası, mayın 27-də Şahtaxtı kəndindəki Şərq hamamında, aprelin 15-də Yusif Küseyir oğlu türbəsində aparılan bərpa işləri ilə maraqlanıb, həmin gün Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpa layihəsinə baxıb. Bu istiqamətdə görülən işlər, onu deməyə əsas verir ki, Naxçıvanda sosial infrastrukturun yaxşılaşdırılması çərçivəsində həyata keçirilən tədbirlər əsas etibarilə insan amilinə xidmət edir.

Turizmin inkişafı üçün hərtərəfli şərait yaradılıb

Muxtar respublika böyük turizm potensialına malik diyardır. Dövlət Proqramında nəzərdə tutulan abadlıq-quruculuq işləri turizmin inkişafına da müsbət təsir göstərir. Bu tədbirlər çərçivəsində Ali Məclis Sədrinin iştirakı ilə mayın 5-də Naxçıvan şəhər buzxanasının, həmin ayın 10-da Sahil Parkının istifadəyə verilməsi muxtar respublikamızda turizm infrastrukturunun beynəlxalq tələblər səviyyəsində qurulmasının göstəricisidir. Naxçıvan şəhər buzxanasında “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi üçün iş şəraitinin yaradılması isə bu tarixi məkanda milli dəyərlərimizin qorunmasına, eyni zamanda, təbliğinə xidmət edir, buraya gələn qonaqlarda tarixi abidəmiz fonunda zəngin milli mətbəximizlə xoş və yaddaqalan təəssürat yaradır.

Ötən il sahibkarlara 7 milyon 923 min manatdan çox həcmdə
kreditlər verilib

2020-ci ildə sahibkarlığın inkişafı diqqət mərkəzində olub, Rusiya Federasiyası, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya və Türkiyə kimi ölkələrdə keçirilmiş 7-si onlayn olmaqla, 10 beynəlxalq tədbirdə 14 sahibkarlıq subyektinin 27 nümayəndəsinin iştirakı təmin edilib. Eyni zamanda, muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən kiçik və orta sahibkarlara 7 milyon 923 min 750 manat həcmində kreditlər verilib.

Naxçıvan şəhərində 57 nəqliyyat infrastrukturu obyektinə 663 ünvan lövhəsi, 3 min 622 giriş nömrə nişanı quraşdırılıb. Torpaqların kadastr uçotu informasiya sistemi ilə bağlı Şərur, Sədərək, Kəngərli və Şahbuz rayonlarının bütün bələdiyyələri üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülüb.

Sərhəd-buraxılış məntəqəsində beynəlxalq standartlara
cavab verən kompleks tikilib

Sədərək gömrük sərhəd-buraxılış məntəqəsi üçün beynəlxalq standartlara cavab verən kompleksin tikinti işləri həyata keçirilib, 12 köşk, 36 kamera və 12 şlaqbaumdan ibarət “Sərhədkeçmə vaxtının ölçülməsi” sistemi quraşdırılıb. Sədərək Gömrük İdarəsi 4 qapıtipli maqnoskaner, 15 əl radiostansiyası ilə təmin edilib, idarədə 6 maşınaltı izləmə sistemi, 60 tonluq 2 tərəzi, 26 istiqamətverici monitor, 7 elektron bəyanetmə köşkü, 5 məlumat lövhəsi quraşdırılıb.

Culfa və Sədərək gömrük idarələrində minik avtonəqliyyat vasitələrinin müayinəsi üçün nəzərdə tutulan “Haimann Smiths” şirkətinin istehsal etdiyi “CİB-300” markalı stasionar rentgen yoxlama-baxış qurğusu, stasionar dezinfeksiya baryerləri, Sədərək, Şahtaxtı və Naxçıvan Hava Nəqliyyatında Gömrük idarələrində, ümumilikdə, məsafədən istilikölçən 5 termal kamera quraşdırılıb. Gömrük sərhəd-buraxılış məntəqələrində yüksək görüntü keyfiyyətinə malik 106 əlavə kamera quraşdırılaraq, müşahidə sistemi daha da təkmilləşdirilib.

Dövlət Proqramının icrasının davam etdirilməsi
iqtisadiyyatın daha da inkişafına səbəb olacaq

Dövlət əmlakının özəlləşdirilməsindən 265 min 958,25 manat vəsait daxil olub, tоrpaq və qeyri-yaşayış sahələri üzrə bağlanmış icarə müqavilələrindən 162 min 237 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qeyd olunduğu kimi, sosial-iqtisadi inkişaf sahəsində qəbul edilmiş Dövlət proqramlarının uğurla icrası muxtar respublika iqtisadiyyatının daha da güclənməsini, makroiqtisadi göstəricilərin bütün parametrləri üzrə inkişaf dinamikasının qorunub saxlanmasını təmin edib. Cari ildə Dövlət Proqramının icrası muxtar respublika iqtisadiyyatının yeni mərhələdə daha da inkişafına səbəb olacaq.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO