Naomi Osaka "US Open" turnirinin qalibi olub
Bakı, 9 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 8-də "US Open" turnirinin final oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, mükafat fondu 53 milyon dollar təşkil edən turnirin finalında yaponiyalı Naomi Osaka amerikalı Serena Vilyams ilə üz-üzə gəlib. Bir saat iyirmi bir dəqiqə davam edən görüşdə N.Osaka qələbə qazanıb (6:2, 6:4). Naomi Osaka ilk dəfədir "Böyük dəbilqə" seriyası yarışlarında qalib gəlir.
Serena Vilyams isə axrıncı dəfə 2014-cü ildə finalda iştirak edib.