NARKOTİKLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MÜBARİZƏ DİQQƏT MƏRKƏZİNDƏDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan hökumətinin narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində apardığı islahatlar donor ölkələrin və beynəlxalq donor təşkilatlarının daim diqqət mərkəzindədir. Respublikamıza bu istiqamətdə edilən yardımları gücləndirmək məqsədilə Ərəb körfəzi ölkələrinin İnkişafa Yardım Fondu əlavə maliyyə vəsaiti ayırmışdır. Bu vəsait Azərbaycanın cənub bölgəsində sərhədlərin möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur.