“Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının ikinci günü maraqlı qarşılaşmalarla yadda qalacaq
Naxçıvan, 2 may, AZƏRTAC
“Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının ikinci günü maraqlı qarşılaşmalarla yadda qalacaq.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “A” qrupunda azərbaycanlı qrossmeyster, turnirin ən reytinqli şahmatçılarından olan Eltac Səfərli iranlı şahmatçı Musəvi Seyid Xəlillə, digər qrossmeysterimiz Qədir Hüseynov isə türkiyəli qrossmeyster Sanal Vahapla qarşılaşacaq. Qrossmeyster Nicat Məmmədov iranlı Tahbaz Araşla, qadın qrossmeysterimiz Zeynəb Məmmədyarova isə Xəzər Babazadə ilə üz-üzə gələcək.
“B” qrupunda bakılı şahmatçı Ümid Aslanov iranlı həmkarı Cəfər Xamisi ilə, Şahin Vəliyev Samir Davidovla, Cəfər Cəfərov Emil Bayramovla, FIDE ustası Aynur Kətanova isə Elcan Qulamzadə ilə qarşılaşacaq.
Beynəlxalq Şahmat Festivalının “C” qrupunda Niyazi Qafarov Murad İsmayılzadə ilə, Tunar Davudov Rəsul Tarverdiyevlə, Zahid Allahverdiyev Aydın Xamedovla, Nəsrin Cəfərli isə Ziya Həsənli ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:59]
Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında
- 11.06.2026 [18:55]
Culfada yanğında xəsarət alan uşaq həyatını itirib - YENİLƏNİB-2 VİDEO
- 11.06.2026 [17:57]