Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyur - ŞƏRH

Naxçıvan iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyur -  ŞƏRH

Bakı, 12 avqust, AZƏRTAC

Uzun illər Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsi olmayan Naxçıvan Muxtar Respublikası (MR) sosial-iqtisadi inkişafının, nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsinin və strateji əhəmiyyətinin daha da artdığı yeni mərhələyə qədəm qoyaraq gələcəyə doğru inamla addımlayır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvana səfəri çərçivəsində açılışı olan və təməli qoyulan obyektlər muxtar respublikanın sosial-iqtisadi inkişafına, infrastruktur imkanlarının genişləndirilməsinə və əhalinin rifahının daha da yüksəldilməsinə hesablanıb.

Bu layihələr muxtar respublikanın gələcək inkişafı üçün mühüm əhəmiyyət daşımaqla yanaşı, onun nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və regional əhəmiyyətinin artırılması baxımından da yeni perspektivlər yaradır. Həmin layihələr yalnız bu günün ehtiyaclarının qarşılanmasına deyil, həm də Naxçıvanın uzunmüddətli və dayanıqlı inkişafına, əhalinin rifahının yüksəldilməsinə, yeni iş yerlərinin yaradılmasına, investisiya imkanlarının genişləndirilməsinə və regionun iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına xidmət edir.

Naxçıvan Sənaye Parkı iqtisadi potensialı daha da gücləndirəcək

Dövlətimizin başçısı Naxçıvan əhalisinin sosial-iqtisadi vəziyyətini daim diqqətdə saxlayıb. Səfər çərçivəsində Naxçıvan Sənaye Parkının təməlinin qoyulması yaxın gələcəkdə yüzlərlə iş yerinin açılmasına və ümumi iqtisadi inkişafa verilən böyük töhfə olacaq.

Sənaye parkı muxtar respublikada biznesin inkişafı üçün yaradılır. Bu gün Azərbaycanda dövlət əhalinin sosial vəziyyətinin daha da yaxşılaşması üçün iş adamları və biznes qurumlarına şərait yaradır, iqtisadi dövriyyənin artması üçün layihələr həyata keçirir. Həmin işlərin məqsədi özəl sektorun inkişafına nail olmaqdan ibarətdir.

İqtisadi potensialın daha da gücləndirilməsi məqsədilə 2024-cü il 5 dekabr tarixində Azərbaycan Prezidentinin imzaladığı Fərmanla Naxçıvan Sənaye Parkı yaradılıb. Sənaye parkının fəaliyyətinin təşkili məqsədilə ilkin olaraq ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, növbəti mərhələdə isə xarici və daxili infrastrukturun, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat, istehsal, inzibati, sosial və digər obyektlərin yaradılması nəzərdə tutulur.

Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda yerləşən bu sənaye parkı 310 hektar ərazini əhatə edəcək. Artıq sənaye parkına potensial sahibkarların cəlb olunması istiqamətində bir sıra layihələr üzrə danışıqlar aparılır. Sənaye Parkı rezidentlərə hazır infrastruktur və güzəştlər hesabına yeni istehsal sahələrinin qurulmasına, investisiyaların cəlbinə və ixrac imkanlarının genişlənməsinə şərait yaradacaq.

Sənaye Parkının yaradılması Naxçıvanda istehsal imkanlarının genişləndirilməsi və yeni iqtisadi dəyər zəncirlərinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Layihənin reallaşdırılması yerli xammal və resurslardan daha səmərəli istifadə etməyə, yeni müəssisələrin fəaliyyətə başlamasına və məşğulluğun artırılmasına imkan verəcək. Bu isə öz növbəsində Naxçıvanın iqtisadi fəallığının yüksəlməsinə və muxtar respublikanın investisiya baxımından cəlbediciliyinin daha da artmasına şərait yaradacaq.

Muxtar respublikada şaxələndirilmiş enerji infrastrukturu formalaşdırılır

Naxçıvanda enerji sektorunda həyata keçirilən layihələr muxtar respublikanın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Muxtar respublikanın dayanıqlı inkişafının və iqtisadi təhlükəsizliyinin strateji dayaqlarından biri enerji təminatının şaxələndirilməsi və müasir enerji infrastrukturunun formalaşdırılmasıdır. Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində inşa edilən, ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar.

25 MVt-lıq “Şəms 1” layihəsi müəyyən edilmiş bərpaolunan enerji mənbələri ərazisində 52 hektar sahədə həyata keçirilir. “CEİ Naxçıvan” MMC tərəfindən artıq 10 MVt gücündə Günəş panellərinin quraşdırılması başa çatdırılıb. Tikinti-quraşdırma işlərinin bu ilin noyabrında yekunlaşdırılması planlaşdırılır. Şəbəkə infrastrukturunun inşası yekunlaşdıqdan sonra stansiya istismara veriləcək. Hazırda layihənin icrasında 218 nəfər işçi çalışır. Stansiyanın istismara verilməsindən sonra illik təxminən 57 milyon kilovat-saat elektrik enerjisinin istehsal olunacağı və 19 minə yaxın ev təsərrüfatının enerji ilə təmin ediləcəyi planlaşdırılır. Bununla da ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısı alınacaq və 12 milyon kubmetr təbii qaza qənaət ediləcək.

Gücü 25 MVt olan “Qərbi Üfüq” Günəş Elektrik Stansiyasının inşası “Enerso” MMC tərəfindən aparılır, topoqrafik işlər artıq tamamlanıb, geoloji tədqiqat işləri isə davam edir. Cari ilin sonunadək tikinti işlərinə başlanılması nəzərdə tutulur. Layihənin bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyənləşdirilmiş 50 hektar sahədə həyata keçirilməsi nəzərdə tutulur. Stansiyanın istismara verilməsindən sonra illik təxminən 61 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq və bu, 21 minə yaxın ev təsərrüfatının enerji ilə təmin olunmasına imkan verəcək. Eyni zamanda, ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısının alınacağı və 12 milyon kubmetr təbii qaza qənaət ediləcəyi proqnozlaşdırılır.

Ümumilikdə Naxçıvanda 688 hektar sahə Günəş elektrik stansiyalarının tikintisi məqsədilə bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyən edilib. Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücü 2070 MVt-dır. Bunun da 108 MVt-ı, yəni 5.2 faizi Naxçıvanın payına düşür. “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarının istifadəyə verilməsi ilə bu rəqəm 158 MVt olacaq. Bundan başqa, hazırda gücü 36 meqavat olan “Ordubad” və 15,6 meqavat gücündə “Tivi” su elektrik stansiyalarının, eləcə də “Çevirici” yarımstansiyalarının tikintisi davam etdirilir. “Naxçıvan Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının və Regional Rəqəmsal İdarəetmə Mərkəzinin, həmçinin “Çeşməbasar”, “Qapalı tipli Naxçıvan” və “Babək” yarımstansiyalarının inşası başa çatdırılıb.

Bu işlərin davamlılığının təmin edilməsi məqsədilə 2024-cü il 23 dekabr tarixində imzalanmış Sərəncamla muxtar respublikada yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər müəyyən edilib. 2025-ci il 5 avqust tarixində təsdiq olunmuş Sərəncamla isə paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpasına dair 2026–2030-cu illəri əhatə edən Tədbirlər Planı qüvvəyə minib. Tədbirlər Planı şəbəkədə itkilərin azaldılmasına, enerji təchizatının fasiləsizliyinin və keyfiyyətinin yüksəldilməsinə hesablanıb.

Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi həm enerji təminatının dayanıqlılığını artıracaq, həm də Naxçıvanın yaşıl enerji potensialının reallaşdırılmasına imkan verəcək. Bu layihələr iqtisadiyyatın şaxələndirilməsi, yeni istehsal sahələrinin enerji təminatı və ətraf mühitin qorunması baxımından da mühüm nəticələr vəd edir.

Enerji təhlükəsizliyinin təmin edilməsində tarixi əhəmiyyət daşıyan mühüm layihələrdən biri İğdır-Naxçıvan təbii qaz boru kəməridir. 2025-ci il martın 5-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə istifadəyə verilən kəmər muxtar respublikanın qaz təchizatını şaxələndirərək etibarlı enerji təminatının daha da gücləndirilməsinə imkan yaradıb.

Naxçıvanda müasir dəmir yolu infrastrukturu yaradılır

Nəqliyyat infrastrukturunun inkişafı Naxçıvanın iqtisadi potensialının reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Dəmir yolu bağlantısının bərpası və müasir nəqliyyat infrastrukturunun yaradılması yük və sərnişin daşımalarının daha səmərəli təşkilinə, regionun logistika imkanlarının genişlənməsinə şərait yaradacaq.

Eyni zamanda, yeni nəqliyyat bağlantıları Naxçıvanın tranzit imkanlarını artırmaqla onun regional iqtisadi əlaqələrdə mövqeyini daha da gücləndirəcək. Bu layihələrin reallaşdırılması sahibkarlıq fəaliyyəti, turizm və ticarətin inkişafına, yeni investisiyaların cəlb olunmasına əlavə imkanlar yaradacaq. Beləliklə, nəqliyyat sahəsində görülən işlər Naxçıvanın uzunmüddətli sosial-iqtisadi inkişafının mühüm dayaqlarından birinə çevriləcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar. Zəngəzur dəhlizi üzrə dəmir yollarının tikintisi layihələri yekunlaşdıqdan sonra dəmir yolunun buraxılış qabiliyyəti illik 15 milyon ton nəzərdə tutulur. Horadiz-Yuxarı Mərcanlı-Soltanlı stansiyalarını əhatə edən 30 kilometrlik hissə müvəqqəti istismara verilib və 2024-cü ilin mayından “Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkına yükdaşımalar həyata keçirilir. Bu günədək həmin istiqamət üzrə ümumilikdə 43 min ton yük daşınıb.

Naxçıvan dəmir yolu xəttinin layihələndirilməsinə və tikinti işlərinin icrasına 2025-ci ildən başlanılıb. Hazırda xəttin uzunluğu 188 kilometrdir, yeni layihəyə əsasən isə bu göstərici 194,2 kilometr təşkil edəcək. 10 stansiyanın və 3 sərnişin dayanacağı platformasının yenidən qurulması nəzərdə tutulur.

Hazırda Naxçıvan dəmir yolu xəttinin Salamməlik stansiyasından Ermənistanla dövlət sərhədinədək olan 7 kilometrlik hissəsi üzrə layihələndirmə işləri tamamlanıb və tikinti işlərinə başlanılıb. Ərazidə mühəndislik və infrastrukturun yaradılması işlərinin bir qismi yekunlaşıb, digər hissəsi isə davam edir.

Əraziyə hazırda 7 kilometrlik rels və 7 min ədəd şpal daşınıb. Burada sentyabrın sonunadək yolun üst quruluşunun 6,3 kilometrlik hissəsinin quraşdırılması planlaşdırılır. Sərhəddən 700 metr məsafədə yerləşən qalan hissədə isə minatəmizləmə işləri tamamlandıqdan və layihələrin uzlaşdırılması məqsədilə TRIPP marşrutu üzrə layihə hazır olduqdan sonra tikinti-quraşdırma işlərinə başlanılması nəzərdə tutulur. Eyni zamanda, Sədərək stansiyasından Türkiyə ilə dövlət sərhədinədək olan hissənin gələcəkdə Türkiyə tərəfindən icra edilən Qars-İğdır-Dilucu dəmir yolu ilə texniki və layihə baxımından uyğunlaşdırılması planlaşdırılır. Hazırda qeyd olunan dəmir yolu xətti üzrə Türkiyə tərəfindən layihələndirmə işləri aparılır.

Bütün bunlar Naxçıvanın mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün geniş imkanlar yaradır. Dəmir yolu layihələrinin reallaşdırılması yük və sərnişin daşımalarının artmasına, ticarət əlaqələrinin genişlənməsinə və yeni iqtisadi imkanların formalaşmasına mühüm töhfə verəcək.

Şəhər nəqliyyatında xidmətlərin keyfiyyəti yüksəldilir

Naxçıvanda şəhər nəqliyyatının müasirləşdirilməsi və ekoloji dayanıqlılığın təmin olunması istiqamətində də mühüm layihələr həyata keçirilir. Yeni elektrik mühərrikli avtobusların istifadəyə verilməsi sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, ictimai nəqliyyatın yenilənməsinə və ətraf mühitə mənfi təsirin azaldılmasına xidmət edəcək. Bu addım muxtar respublikada müasir və ekoloji cəhətdən daha təmiz nəqliyyat sisteminin formalaşdırılması baxımından əhəmiyyətlidir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəfər çərçivəsində Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıblar. “Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncama əsasən, şəhərin ictimai nəqliyyat sistemində sərnişindaşımanın yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə ölkəmizdə yığılan və uzunluğu 8,7 metr olan, hər biri 53 sərnişin tutumuna malik “BYD” markalı 60 avtobus alınıb, enerjidoldurma cihazları quraşdırılıb, avtobuslara xidmət göstərilməsi üçün depo infrastrukturu təkmilləşdirilib.

Hərəkətin idarə olunması üçün rəqəmsal dispetçer və monitorinq sistemi quraşdırılıb, həmçinin avtobuslarda bank kartları, QR kod, “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş imkanları yaradılıb. Bu layihənin icrası ilə Naxçıvan şəhərində 9 marşrut xətti üzrə il ərzində 4,5 milyon sərnişinə yüksək səviyyədə xidmət göstərilə bilər. Monitorinq mərkəzi vasitəsilə avtobusların hərəkəti real vaxt rejimində izləniləcək. Bu da sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasına nəzarəti təmin edəcək. “BakuBus” MMC-nin Naxçıvan şəhərində fəaliyyətə başlaması ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və ödəniş proseslərinin tam nağdsız formata keçirilməsinə mühüm töhfə verəcək. Üç hektara yaxın ərazisi olan depoda zəruri infrastruktur yaradılıb, o cümlədən texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli elektrikdoldurma stansiyası və saatda 15 avtobusun yuyulmasına imkan verən kompleks quraşdırılıb. Depo ikinövbəli iş rejimində fəaliyyət göstərəcək və 200 sürücü, 22 inzibati heyət işlə təmin ediləcək. Sürücülərin aylıq əməkhaqqı isə 1000 manatdan çox olacaq.

2023-cü ildən indiyədək Naxçıvan Muxtar Respublikasında ümumilikdə 183,6 kilometr uzunluğunda avtomobil yolu əsaslı təmir edilib. Bu göstərici Naxçıvanda yol infrastrukturunun yenilənməsi istiqamətində son illərdə mühüm işlər görüldüyünü göstərir. Avtomobil yollarının əsaslı təmiri nəqliyyatın rahatlığını və təhlükəsizliyini artırmaqla yanaşı, muxtar respublikanın sosial-iqtisadi inkişafına da müsbət təsir edir.

Göründüyü kimi, Naxçıvanda həyata keçirilən genişmiqyaslı layihələr muxtar respublikanın sosial-iqtisadi inkişafının yeni mərhələyə keçdiyini göstərir. Sənaye, enerji və nəqliyyat sahələrində reallaşdırılan layihələr həm mövcud imkanların genişləndirilməsinə, həm də gələcək inkişaf üçün dayanıqlı infrastrukturun formalaşdırılmasına xidmət edir. Bu proses Naxçıvanın iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına, investisiya və məşğulluq imkanlarının artırılmasına, eləcə də muxtar respublikanın regional nəqliyyat-logistika və enerji məkanında rolunun gücləndirilməsinə geniş imkanlar yaradır.

Müəllif – Rabil Kətanov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Professor Abdulla Sofiyev beynəlxalq elmi reytinqdə Azərbaycan üzrə birinci olub

Bakıda “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB

“Vitol Group”: Hörmüzdən sutkada 10 milyon barel neft və neft məhsulları daşınır

Çempionlar Liqası: “Mançester Yunayted” – “Sabah” oyununun hakimləri açıqlanıb

Türkiyə Beynəlxalq Şagird Qiymətləndirmə Proqramında ən çox irəliləyiş göstərən ölkə olub

ADRA ağacların üzərinə vurulmuş yüzlərlə reklam qurğusunu demontaj edib

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının təqdimat videoçarxı hazırlanıb

Emin Əmrullayev: Təhsil ekosistemi dəyişəndə nəticələr də artacaq

Rumıniya hərbi imkanlarını genişləndirir

Dövlət İdarəçilik Akademiyasında “Çin Araşdırmalar Mərkəzi”nin açılışı olub

Bakı Olimpiya Stadionunda işlərə start verilib, ot örtüyü oktyabrın 5-dək tam hazır olacaq - EKSKLÜZİV

Vətəndaşların pensiya, ünvanlı dövlət sosial yardımı və təqaüdlə bağlı müraciətləri dinlənilib

Nazir: Problemlərin həlli üçün cəmiyyətin birgə səyi vacibdir

Azərbaycanda əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində atılan yeni addımlar barədə danışılıb

Məcnun Məmmədov: Proseslərin rəqəmsallaşdırılmasından kənd təsərrüfatı məlumatlarından intellektual istifadəyə keçirik

Pedaqoji Universitetdə SİP-ə uyğun hazırlanmış yeni iş planı modeli təqdim edilib

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub

Emin Əmrullayev: Dil bilikləri ilə oxu savadlılığı fərqli sahələrdir, bunları qarışdırmaq olmaz

Misin qiyməti rekord göstəriciyə çatıb

Nazir: Kənd təsərrüfatında süni intellektdən istifadə genişləndirilir VİDEO

Nazir: Kənd təsərrüfatında süni intellektdən istifadə genişləndirilir VİDEO

FAO nümayəndəsi: Azərbaycanda fermer təsərrüfatlarının dayanıqlılığının ölçülməsi sisteminin yaradılması üzərində işləyirik

ADPU-nun baş müəllimi: Tarix dəqiqliyi sevir, ona kənardan yazılar yazmaq olmaz

Məcnun Məmmədov: Azərbaycanda fermer reytinqi tətbiq olunmağa başlayır VİDEO

Məcnun Məmmədov: Azərbaycanda fermer reytinqi tətbiq olunmağa başlayır VİDEO

Norveçdə kral V Haraldın dəfn mərasiminə hazırlıq işləri yekunlaşır

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkarlanıb

ADPU-CVU ikili diplom proqramının tələbələri Qarabağ Universitetində olublar

Xəyyam Məmmədov: Biz atmosferdə və çay hövzələrində baş verən prosesləri real vaxt rejimində izləməliyik

Nazir: İqlimə yönəlik siyasətlər gələcəkdə də nəzərə alınacaq VİDEO

Nazir: İqlimə yönəlik siyasətlər gələcəkdə də nəzərə alınacaq VİDEO

Nazir: Azərbaycanda riyazi savadlılıq üzrə qızlar ilk dəfə oğlanları qabaqlayıb

Azərbaycan İnvestisiya Holdinqinin rəhbərliyində dəyişiklik edilib

Nazir: Subsidiya mexanizmində əsas diqqət məhsuldarlığın artırılmasına yönəldilib VİDEO

Nazir: Subsidiya mexanizmində əsas diqqət məhsuldarlığın artırılmasına yönəldilib VİDEO

Şuşa Dövlət Musiqili Dram Teatrı 153-cü mövsümünə başlayıb

Emin Əmrullayev: Bəzi bölgələrdə oxu savadlılığı üzrə ciddi problemlər var

Yay mövsümündə Azərbaycanın hava məkanında uçuşlar 11 faiz artıb

ABŞ Prezidentinin yaydığı yeni xəritə suallar doğurub

Nazir PISA 2025-də oxu savadlılığı üzrə nəticələr barədə məlumat verib

Nyu-Yorkda 11 sentyabr terrorundan sonra havanın keyfiyyəti ilə bağlı yeni faktlar üzə çıxıb

Vüqar Süleymanov: Yağıntıların artması minatəmizləmə fəaliyyətinə mənfi təsir göstərir VİDEO

Vüqar Süleymanov: Yağıntıların artması minatəmizləmə fəaliyyətinə mənfi təsir göstərir VİDEO

Azərbaycan qlobal ekoloji və iqlim gündəliyində fəal rolunu davam etdirir

PISA 2025-in təbiət elmləri üzrə nəticələri: Azərbaycan 69-cu, Bakı 47-ci yerdədir

Mişel Leviston: Azərbaycan müstəqil siyasət yürüdür və Mərkəzi Asiya ilə inteqrasiyanı dərinləşdirir

Jordi Xucla: Cənubi Qafqazda sülh möhkəmlənir və regional inteqrasiya prosesi irəliləyir

Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir

Tolqaxan Bəxtiyar: Kənd təsərrüfatı iqlim dəyişmələrinin təsirlərinin ən çox hiss olunduğu sahələrdən biridir

Türkiyə XİN-i Ratko Mladiçin dəfn mərasimi ilə bağlı ictimai narazılığa münasibət bildirib

UNEP nümayəndəsi: Azərbaycanda kənd təsərrüfatının inkişafı proqramının həyata keçirilməsi mühüm imkanlar yaradır

PISA 2025 – Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramının nəticələri açıqlanıb VİDEO

PISA 2025 – Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramının nəticələri açıqlanıb VİDEO

Bu saata olan əsas xəbərlər

Dosent: Qırğız akınlığı və Azərbaycan aşıq sənəti ənənə ilə yeniliyin qarşılıqlı əlaqəsi şəraitində inkişaf edir

Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Qordana Silyanovska-Davkovaya

Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilir

ABADA: İlin sonunadək elektron CMR üzrə ilk daşımanın həyata keçirilməsi gözlənilir

Fərid Şəfiyev: Azərbaycanın regionda artan rolu Avropa ölkələrinin diqqətini cəlb edir

İcraçı direktor: Bakı İqlim Fəaliyyəti Həftəsində aparılan müzakirələr COP31 üçün mühüm əhəmiyyət daşıyır

Sədr müavini: Xırda və ortaölçülü təsərrüfatların da aqrar sığortaya əlçatanlığı artacaq

Nazir müavini: İqlim stansiyaların ümumi sayı 181-ə çatdırılacaq

Emin Əmrullayev: PISA nəticələri təhsil islahatlarının qiymətləndirilməsi üçün vacibdir

Ölümsüzlük həsrəti, yoxsa tarixlə təkəbbürlü dialoq?

FAO-nun nümayəndəsi: Kənd təsərrüfatının dayanıqlı inkişafı üçün inteqrasiya olunmuş yanaşmanın tətbiqi vacibdir

Qay Bonvin : Azərbaycan regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi üçün böyük imkanlara malikdir

Formula 1 Azərbaycan Qran-Prisi: Marşal proqramı üçün 10 ildə 35 mindən çox müraciət olub

İdarə Heyətinin sədri: Vətən müharibəsindən sonra 261 min 705 mina və digər partlayıcı sursat zərərsizləşdirilib

ANAMA sədri: Ərazilərin minalanması ekosistemin təhlükəsizliyinə təsir edən problemdir

Yeni subsidiya mexanizminə subtropik bitkilərin də daxil edilməsi gözlənilir

Bu il Aqrar Sığorta Fonduna 383 fermerdən 776 müraciət daxil olub

® “Bakcell Peerstack Academy” tələbələri üçün hakaton keçirib

Musiqi müəllimi: Süni intellekt müəllimi tamamilə əvəz edə bilməz

Atanın kitab rəfləri arasından gələn səsi: Yusif Səmədoğlunun xatirələri

Əmək müqaviləsi işçini hansı hüquqlarla təmin edir?

İlhamə Qədimova: İqlim dəyişikliklərinə həssas regionlarda erkən xəbərdarlıq sistemlərinin yaradılması nəzərdə tutulur

Sərdar Yaylalı: Dəmir yolu infrastrukturuna daha çox diqqət yetirməliyik

Nasar Hayat: Azərbaycan iqlim dialoqu və beynəlxalq əməkdaşlıq üçün mühüm platformaya çevrilib

Fransada məktəblərinin 69 faizi yeni tədris ilinə kadr çatışmazlığı ilə başlayıb

Selesta Saulo: Çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemləri mühüm ictimai infrastrukturdur

Nigar Arpadarai: “Harmoniya” təşəbbüsü dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verən texnologiyalara xüsusi önəm verib

Çinin xarici ticarəti 17,6 faiz artıb

Xocavənd artıq dünənin həsrətini deyil, sabahın ümidini yaşadır VİDEO

Xocavənd artıq dünənin həsrətini deyil, sabahın ümidini yaşadır VİDEO

BTQ: Fransa Dənizaşırı ərazilərə səfər üçün viza qaydalarını sərtləşdirir

Yaponiya Nepala 3 milyon dollar yardım ayırıb

® SİMA yeni maskotu “Simi”ni təqdim edib VİDEO

® SİMA yeni maskotu “Simi”ni təqdim edib VİDEO

“Goldman Sachs” neft qiymətlərinə dair proqnozunu artırıb

Ötən gün 44 cinayətin açılması təmin olunub

Gürcüstanda 4 bal gücündə zəlzələ olub

Komitə sədri: Hüquqi çərçivə texnoloji innovasiyaların sürətini məhdudlaşdırmamalıdır

“Sabah” amerikalı basketbolçu ilə yollarını ayırıb

Tahir Rzayev: Fermerlər üçün əlverişli mühitin və imkanların yaradılması həlledici rol oynayır

Ulrix Şmid: Cənubi Qafqazda sülh təşəbbüslərinin regional əməkdaşlığa təsiri xüsusi maraq doğurur

Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

ADY: Qərbdən Şərqə doğru olan yükü Orta Dəhlizə cəlb etmək üçün avropalı tərəfdaşlarla əməkdaşlığa başlamışıq

Nazir müavini: İqlim dəyişmələrinin fəsadları təhlükəli hadisələrin artması və şiddətlənməsi ilə müşahidə edilir

Kənd təsərrüfatı naziri: Transformasiya fermeryönümlü və inklüziv olmalıdır

“Səbail” yeni futbolçu transfer edib

Texnologiya müəllimi: Müasir təlim şagirdlərin yaradıcılıq imkanlarını genişləndirir

Muxtar Babayev: Artıq iqlim dəyişikliyini müşahidə etmirik, onu birbaşa yaşayırıq

BMT rəsmisi: Xəzərin problemlərinin həlli üçün sahilyanı ölkələrin birgə fəaliyyəti vacibdir VİDEO

BMT rəsmisi: Xəzərin problemlərinin həlli üçün sahilyanı ölkələrin birgə fəaliyyəti vacibdir VİDEO

Fransanın Baş naziri büdcə layihəsi ilə bağlı yayılan məlumatları təkzib edib

Məcnun Məmmədov: Meteoroloji məlumatların əldə olunması üçün 180-dan çox iqlim stansiyasının qurulmasına başlanılıb

Fərid Şəfiyev: Azərbaycan Şimal və Cənubdakı münaqişələr arasında mühüm geosiyasi bağlantı rolunu oynayır