Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin konfransı keçirilib

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin konfransı keçirilib

Naxçıvan, 4 may, Rauf Əliyev, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov konfransın gündəliyində duran məsələlər barədə məlumat verib.

Bildirilib ki, konfransın gedişi zamanı əvvəlcə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 5 illik fəaliyyətinə dair hesabatı dinləniləcək, daha sonra təşkilatın yeni İdarə heyətinin üzvləri və qurumun sədri seçiləcək, Nəzarət-Təftiş Komissiyasının tərkibi müəyyənləşəcək.

Konfransın gündəliyi yekdilliklə qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva bildirib ki, 1971-ci ildən fəaliyyət göstərən Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı 2000-ci ildə müstəqil yaradıcılıq qurumuna - Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinə çevrilib. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi konfranslararası dövrdə yaradılan şəraitdən səmərəli istifadə etməyə çalışıb. Hesabat dövründə muxtar respublikada beynəlxalq festivalların təşkili də diqqətdə saxlanılıb. Belə ki, 2012-ci ildə “Naxçıvan - bəşəriyyətin beşiyi” I Beynəlxalq Rəsm Festivalı, 2014-cü ildə isə II Beynəlxalq Rəsm Festivalı keçirilib. Yüksək səviyyədə keçirilən festivallarda müxtəlif ölkələrdən rəssamlar iştirak ediblər.

Ülviyyə Həmzəyeva diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri son beş il ərzində bir çox xarici ölkələrdə keçirilən sərgilərdə, festivallarda və müsabiqələrdə iştirak ediblər. Bu ölkələrin siyahısına Bolqarıstan, Fransa, İran, Türkiyə, ABŞ, Portuqaliya, Çin, Avstriya, Rusiya və başqa ölkələr daxildir.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri muxtar respublika rəssamlarına göstərdiyi diqqət və qayğıya görə bütün rəssamlar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

İdarə heyətinin yeni tərkibi seçildikdən sonra çıxış edən birliyin İdarə heyətinin üzvü, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Telman Abdinov deyib ki, ötən 5 il ərzində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə sədrlik etmiş tanınmış rəssam Ülviyyə Həmzəyeva bu müddətdə özünü fəal, işgüzar bir şəxs kimi göstərib. Onun rəhbərliyi ilə son 5 ildə 150-dən çox müxtəlif mövzulara həsr olunmuş festival, sərgi və müsabiqələr keçirilib, Rəssamlar Birliyinin sıraları genişlənərək 52 nəfərə çatıb, üzvlərin tərkibində gənclərə üstünlük verilib. Telman Abdinov Ülviyyə Həmzəyevanın bacarığını, işgüzar qabiliyyətini, təşkilatçılığını nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri vəzifəsinə namizədliyini irəli sürüb, birliyin üzvlərini təklifi dəstəkləməyə çağırıb.

Təklif yekdilliklə dəstəklənib.

Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva ona göstərilən etimada görə birliyin üzvlərinə minnətdarlığını bildirib, etimadı doğrultmaq üçün səylə çalışacağını qeyd edib.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Nəzarət-Təftiş Komissiyasının say tərkibi müəyyənləşdirildikdən və komissiya üzvləri seçildikdən sonra konfransın qərar layihəsi oxunub və yekdilliklə qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov konfransda çıxış edərək deyib ki, Azərbaycanda mədəniyyətin, incəsənətin, o cümlədən təsviri sənətin inkişafı ulu öndər Heydər Əliyevin adı və dövlətçilik fəaliyyəti ilə sıx şəkildə bağlıdır. Ümummilli Liderimizin Azərbaycana rəhbərliyinin istər birinci, istərsə də ikinci dövründə milli mədəniyyətin və təsviri sənətin inkişafında yeni mərhələ başlanıb, incəsənətin inkişafına dövlət qayğısı artıb, yaradıcılıq prosesi geniş vüsət alıb.

Vurğulanıb ki, Ulu Öndərimizin əsasını qoyduğu ənənələrin hazırda Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilməsi nəticəsində rəssamlığın və təsviri sənətin inkişafı sahəsində də ardıcıl tədbirlər görülüb. 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Bəhruz Kəngərli adına Sərgi Salonu yeni bina ilə təmin olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 40 illik yubileyinin keçirilməsi haqqında” 2011-ci il iyulun 23-də imzaladığı Sərəncam ilə birliyin 40 illik yubileyi keçirilib. Bəhruz Kəngərli Muzeyi yaradılıb, hazırda da Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı yaradılır. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən rəssamların fərdi yaradıcılıqlarını davam etdirmələri üçün onlar hər cür şəraiti olan emalatxanalarla təmin olunub, öz fəaliyyəti ilə seçilən rəssamlar fəxri adlarla təltif edilib, rəssamların albom-kataloqları nəşr olunub.

Rəhman Məmmədov qeyd edib ki, bütün bunlarla yanaşı, Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsində təsviri incəsənət və rəsmxətt, Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət müəllimliyi ixtisasları açılıb, məktəbdənkənar təhsil müəssisələrində isə rəsm dərnəklərinin fəaliyyəti üçün zəruri şərait yaradılıb. Bu qeyd olunanlar bir daha sübut edir ki, muxtar respublikada rəssamlığın inkişafı istiqamətində mühüm işlər görülüb, rəssamların fəaliyyəti üçün zəruri şərait yaradılıb, onlar tam olaraq dövlət qayğısı ilə əhatə olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri bildirib ki, Rəssamlar Birliyi bundan sonra da göstərilən diqqət və qayğının müqabilində fəaliyyətini, xüsusən də rəssamlarla işi daha da gücləndirməli, may ayında keçiriləcək “Naxçıvan - bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalını yüksək səviyyədə təşkil etməli, müxtəlif müsabiqələr keçirməklə gənc istedadların aşkara çıxarılmasına, onların yaradıcılıq potensialının inkişaf etdirilməsinə, Naxçıvan reallıqlarının rəssamlarımızın yaradıcılıqlarında öz əksini dolğun şəkildə tapa bilməsinə çalışmalı, ustad dərslərin keçilməsini davam etdirməlidir. Ümid edirik ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi bundan sonrakı dövrdə fəaliyyətini daha da gücləndirəcək, göstərilən etimadı doğruldacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sənətə sevgi, gələcəyə inam: İlknurun rəngli dünyası

Turizm və Menecment Universitetinin 20 illik uğur yolu: formalaşmadan davamlı inkişafa MÜSAHİBƏ

Azərbaycanın göndərdiyi enerji avadanlıqları İrpen şəhərində təhvil verilib

Ağaclar karbon qazı emissiyalarını artırır - TƏDQİQAT

Yüksək qan təzyiqinin gözlənilməz səbəbi müəyyən edilib

NASA-nın arxivlərində Yerə iki naməlum ulduzlararası obyektin düşməsi barədə qeydlər aşkar edilib

Rubio Münxendə Zelenski ilə görüşə biləcəyini açıqlayıb

Saymon Stil: İqlim əməkdaşlığı dünyada sabitliyin mənbəyidir

BMT-nin insan hüquqları üzrə Ali komissarı Ukraynanın enerji infrastrukturuna zərbələrə son qoymağa çağırıb

Bakıda onsəkkizmərtəbəli binada yanğın olub

Moskvada Rusiya-Azərbaycan əməkdaşlığının aktual məsələləri müzakirə olunub

Bundesver indiyədək 25 mindən çox ukraynalı hərbçiyə təlim keçib

“Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycanda rəqəmsallaşma istiqamətində hansı işlər görüləcək? VİDEO

Azərbaycanda rəqəmsallaşma istiqamətində hansı işlər görüləcək? VİDEO

Lyonda xəstəxana işçiləri təcili yardım şöbələrində vəziyyətin pisləşməsinə etiraz edirlər

Tramp: İranla razılaşma əldə etməsək nəticəsi çox travmatik olacaq

Unudulmaz sənətkarın izi: Amaliya Pənahovanın 80 illiyi VİDEO

Unudulmaz sənətkarın izi: Amaliya Pənahovanın 80 illiyi VİDEO

Rusiya Gürcüstan ilə dəmir yolu nəqliyyatını bərpa etmək istəyir

Ayxan Abbasov: C Liqasına qayıdacağımıza inanıram

Qahirədə WUF13-lə bağlı növbəti seminar keçirilib

Beynəlxalq Muğam Mərkəzində Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib VİDEO

Beynəlxalq Muğam Mərkəzində Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib VİDEO

Bakıda Küveytin Milli Günü qeyd olunub VİDEO

Bakıda Küveytin Milli Günü qeyd olunub VİDEO

Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibləri müəyyənləşib

Harvardın Beynəlxalq İnkişaf Mərkəzi Azərbaycanın əmək bazarı göstəricilərini təhlil edir

ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Azərbaycanın tolerantlıq modeli barədə məlumatlandırılıb

Natiq Rəsulzadə: Elmira Axundovanın əsərlərinin tədris proqramlarında istifadə edilməsi məqsədəuyğun olar

Premyer Liqa: "Neftçi" - "Qarabağ" oyunu təxirə salınıb

Azərbaycanın İsrail və ABŞ ilə iqtisadi əməkdaşlığının möhkəmləndirilməsi perspektivləri nəzərdən keçirilib

Uşaq evinin sakinlərinin Bakı Avropa Liseyinə ekskursiyası təşkil edilib

Rusiya ilə Ermənistan Azərbaycan və Türkiyəyə gedən dəmir yolu xətlərinin bərpasını müzakirə edəcək

Elmira Axundova: Hazırda yeni layihə üzərində çalışıram

İstanbulda COP31-ə hazırlıq üzrə ilk strateji planlama iclası keçirilib

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı tərk edib

Gürcüstan Aşıqlar Birliyinin sədri Xəlil Hüseynovun 85 illik yubileyi keçirilib

“Qarabağ”ın diyetoloqu: Sağlam və balanslı qidalanma ən azı məşq qədər vacibdir

Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib

Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan və ABŞ arasında yeni iqtisadi perspektivlər yaradır - ŞƏRH

İsmayıllıda zəlzələ olub

Mədəniyyət naziri tərəfindən Qaxda nəzərdə tutulan vətəndaşlarla görüşün tarixi dəyişdirilib

Gürcü politoloq: “Zəngəzur dəhlizi Orta Dəhlizə rəqibdir” deyənlər yanılırlar

Parlamentlərarası münasibətlər və əməkdaşlıq imkanları Lyublyanada müzakirə olunub

Qəmzə Yusubova: “Şəhərsalma və Memarlıq İli”ndə həyata keçiriləcək layihələr ətraf mühitin qorunmasına diqqəti artıracaq

Emre Diner: TRIPP layihəsi Cənubi Qafqazda yeni iqtisadi imkanlar açır

Sədr müavini: “Qarabağ”ın menyusu və qidalanma rejimi AQTİ mütəxəssisi tərəfindən idarə olunur VİDEO

Sədr müavini: “Qarabağ”ın menyusu və qidalanma rejimi AQTİ mütəxəssisi tərəfindən idarə olunur VİDEO

Qurban Qurbanov: Sağlam qidanın nəticələrimizdə çox böyük rolu var VİDEO

Qurban Qurbanov: Sağlam qidanın nəticələrimizdə çox böyük rolu var VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Ordusunda cüdo, yunan-Roma və sərbəst güləş üzrə birincilik keçirilir

İnsanlıq əleyhinə və müharibə cinayətləri törətmiş heç kəs cəzasız qalmayacaq - ŞƏRH

Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurasının iclaslarına hazırlıq müzakirə edilib

BDU-da milli məhkəmələrin rolu müzakirə olunub

Türk politoloq: Cənubi Qafqazda iqtisadi inteqrasiya sülhün əsas təminatına çevrilir

Şirvanda 4 nəfərə dəqiqləşdirilməmiş virus mənşəli bağırsaq infeksiyası diaqnozu qoyulub, azyaşlı həyatını itirib VİDEO

Şirvanda 4 nəfərə dəqiqləşdirilməmiş virus mənşəli bağırsaq infeksiyası diaqnozu qoyulub, azyaşlı həyatını itirib VİDEO

Avropa sənayesi enerji riskləri qarşısında: Yunanıstan enerji qiymətlərinin aşağı salınmasını Aİ-nin prioritetinə çevirir

Azərbaycan iqlim dəyişmələri və şəhərsalma ilə bağlı qlobal çağırışların həllində etibarlı tərəfdaş kimi tanınır

Azərbaycan alimləri məqalələrini “Cambridge University Press”də ödənişsiz dərc etdirə biləcəklər

Azərbaycanın yeni rəqəmsal arxitekturası: məktəbdən süni intellektə uzanan yol

Brüsseldə Avropa Komissiyasının binalarında axtarış aparılıb

Bakı və Əbu-Dabi arasında şəhər nəqliyyatının inkişafı sahəsində əməkdaşlıq müzakirə olunub

Çin bir raketlə orbitə 7 peyk çıxarıb VİDEO

Çin bir raketlə orbitə 7 peyk çıxarıb VİDEO

Çin XİN: Prezident Donald Trampın səfəri ilə bağlı danışıqlar aparılır

Zəngilanın Məmmədbəyli kəndində torpaqlar əkin məqsədilə istifadəyə verilir

İŞİD məhbuslarının Suriyadan İraqa köçürülməsi prosesi yekunlaşıb

Amerikalı ekspert:  Azərbaycan Cənubi Qafqazın gələcəyində həlledici rol oynayır

BDU-da Birinci Türkoloji Qurultayın simulyasiya konfransı keçiriləcək

® “OBA” FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib

Professor: Azərbaycan florası botaniki-coğrafi baxımdan bir neçə əsas rayona bölünür

Qurban Qurbanov: Artıq sıx qrafikdə oynamağa öyrəşmişik VİDEO

Qurban Qurbanov: Artıq sıx qrafikdə oynamağa öyrəşmişik VİDEO

Astanada Azərbaycan–Qazaxıstan münasibətlərinin inkişafı müzakirə olunub

Qəbələyə ən çox hansı ölkədən turist gəlir?

Angela Merkel Almaniya Prezidentliyinə namizəd olacağı barədə iddiaları təkzib edib

Qurban Qurbanov: “Nyukasl”ın zəif tərəfləri yoxdur VİDEO

Qurban Qurbanov: “Nyukasl”ın zəif tərəfləri yoxdur VİDEO

BANM ilə ADAU arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb VİDEO

BANM ilə ADAU arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb VİDEO

® “Nar”ın “Çoox Şanslı” lotereyası möhtəşəm finalla yekunlaşdı – “Li L9 Ultra” avtomobili sahibini tapdı

“Sumqayıt” yeni transferini açıqlayıb

Mixeil Kavelaşvili: Mövcud geosiyasi şərait Orta Dəhlizin əhəmiyyətini daha da artırıb

Bu ay gənc əsgərlərlə görüşlər fevralın 15-i və 22-si keçiriləcək

Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq mərhələsində - ŞƏRH

Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəni Avrasiya nəqliyyat və logistika sisteminin vacib halqasına çevirib - RƏY

Göyçayın İkinci Ərəbcəbirli kəndində içməli su təminatı yaxşılaşdırılıb

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AQTİ-də olub VİDEO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AQTİ-də olub VİDEO

Türkiyə Prezidenti İslam ölkələrini nəqliyyat əlaqələrini gücləndirməyə çağırıb

Azərbaycanəsilli gimnastlar ABŞ-da uğurla çıxış ediblər

Hindistan və Çinin neftə tələbatının artması “qara qızıl”ı bahalaşdırıb

Birləşmiş Ştatların regionla bağlı siyasətində Azərbaycan xüsusi yer tutur - ŞƏRH

Banqladeşdə parlament seçkisi baş tutub

Folklor İnstitutunda Milli Rəqəmsal Folklor Verilənlər Bazası yaradılır

Siyasi mühacirlərin I Ümumittifaq Türkoloji Qurultaya münasibətləri: Mustafa Şokay (II hissə)

Xalq yazıçısı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirilib VİDEO

Xalq yazıçısı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirilib VİDEO

Türkiyənin TPAO şirkəti bp ilə İraq yataqlarının işlənməsi üzrə əməkdaşlıq edəcək

Azərbaycanın işgüzar və lüks turizm potensialı BƏƏ-də tanıdılıb

Aeroport yolunda məhdudiyyət tətbiq ediləcək yerləri xəritə vasitəsilə müəyyənləşdirmək mümkün olacaq

Fermerlərə subsidiya ödənişlərinə başlanılır

Prezident Ərdoğan: Türkiyə böhranların həllində açar dövlətə çevrilib

BMU-da süni intellekt texnologiyalarının aqrar sahədə tətbiqinə dair elmi seminar

“Azərxalça”nın Şuşa məscidi üçün hazırladığı dairəvi əl xalçasının kəsilməsi mərasimi olub

Gənc yazıçı: İlk romanıma hələ ad qoymamışam VİDEO

Gənc yazıçı: İlk romanıma hələ ad qoymamışam VİDEO

Qırğızıstan parlamentinin yeni spikeri seçilib

Kənd təsərrüfatında Süni İntellekt layihəsi - Fermerlərin işi asanlaşacaq

AI agentləri üçün kriptopulqabı təqdim olunub

Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçiləri təltif ediliblər SƏRƏNCAM