Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda Bilik Günü yeni məktəb binasının açılışı ilə qeyd olunub

Culfa rayonunun Camaldın kəndində yeni sosial obyektlər istifadəyə verilib

Culfa, 15 sentyabr, AZƏRTAC

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sürətli sosial-iqtisadi inkişaf strategiyası yaranmasının 90 illiyi tamam olan Culfa rayonunu da əhatə edib. Bu il rayonun Camaldın kəndi abadlaşan kəndlər sırasına qoşulub. Aparılan kompleks quruculuq işləri, yaradılan müasir infrastruktur, iş və xidmət şəraiti sakinlərin rahat yaşayışına səbəb olub.

Bilik Günündə Camaldın kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 15-də - Bilik Günündə Camaldın kənd tam orta məktəbinin yeni binasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın bütün ümumtəhsil, ali, orta ixtisas və peşə məktəblərinin şagird və tələbələrini, pedaqoji kollektivləri, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını yeni tədris ilinin başlanması, Camaldın kənd tam orta məktəbinin kollektivini isə həm də yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Hər bir cəmiyyətin tərəqqisinin başlıca amili təhsildir. Bu, ölkələrin inkişafına münasibətdə də belədir. O ölkə irəli gedir, inkişaf edir ki, orada təhsil dövlət səviyyəsində qayğı ilə əhatə olunur. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı sahəsində görülən işlər gələcəyimiz üçün etibarlı əsaslar yaradır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Hər bir gənc üçün istədiyi, arzu etdiyi sənət üzrə, ixtisas üzrə təhsil almaq böyük xoşbəxtlikdir”. Bu gün Ulu Öndərin müəllifi olduğu və ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən təhsil strategiyası ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında gənclər üçün geniş təhsil imkanları açıb. Ən son texnologiyaların tədrisdə tətbiqi, bütün təhsil pillələri üzrə müasir infrastrukturun yaradılması ixtisaslı kadr hazırlığı sahəsində yeni mərhələnin əsasını qoyub. Gənc nəslin fiziki və zehni inkişafı, öz bilik və bacarıqlarını artırmaları üçün bütün imkanlar vardır.

“Muxtar respublikanın ən ucqar kəndində də, şəhərində də gənclərimiz eyni şəraiti olan məktəblərdə təhsil alırlar. Hər bir gənc üçün təhsil əlçatandır. Əsl vətəndaş yetişdirməyin, gələcəyimiz üçün əsaslı təminat yaratmağın yolu da məhz bundan ibarətdir”, - deyən Ali Məclisin Sədri bildirib ki, müstəqillik, sabitlik və inkişaf şəraitində yaşamaq böyük xoşbəxtlikdir. Bütün bunları qorumağın yolu isə yaxşı təhsil almaqdan, əsl vətəndaş kimi yetişməkdən keçir. Məktəblərdə yaradılan şəraitdən, yeni texnologiyalardan lazımi səviyyədə istifadə olunmalı, hər bir gənc qabiliyyətinə və bacarığına uyğun peşəyə yönəldilməli, müəllim-şagird münasibətləri qarşılıqlı tələbkarlıq və hörmət əsasında qurulmalıdır. Müəllimlər ölkəmizin gələcəyini hazırlamaq kimi mühüm bir vəzifənin məsuliyyətini, gənclərimiz isə ölkəmizin gələcək təminatçıları olduqlarını bilməlidirlər. Təhsil sağlam cəmiyyət formalaşdırır. Ona görə də dünyada hansı proseslərin baş verməsindən asılı olmayaraq, mütləq təhsil inkişaf etdirilməlidir. Təhsilin əsas məqsədi isə gənclərə düzgün qərarlar qəbul etmək sənətini öyrətmək olmalıdır. Düzgün qərarlar qəbul etməklə insanlar şəxsiyyətə, ölkələr isə qüdrətli dövlətə çevrilir.

Ali Məclisin Sədri bu yolda bütün təhsil sistemində çalışanlara, tələbə, kursant və şagirdlərə uğurlar arzulayıb, bir daha Bilik bayramlarını təbrik edib.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, 2019-2020-ci tədris ilində muxtar respublikada 10 məktəb binası tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Hazırda 6 məktəb binasının, Culfa rayon məktəbdənkənar tərbiyə müəssisələri və Culfa Rayon Təhsil Şöbəsi üçün binaların tikintisi və ya əsaslı şəkildə yenidən qurulması davam etdirilir. 2020-2021-ci tədris ilində muxtar respublikanın 211 ümumtəhsil məktəbində məktəbəhazırlıq qruplarında 3584 uşaq, birinci siniflərdə 5224 şagird olmaqla, ümumilikdə, 53 minə yaxın şagird təhsil alacaq, onların təhsili ilə 7729 müəllim məşğul olacaq. Ümumtəhsil məktəblərinin infrastrukturunun yenilənməsi, təhsil müəssisələrində 650-dən yuxarı elektron lövhənin, 5700-dən artıq kompüterin quraşdırılması, 3 milyona yaxın yeni dərslik və metodik vəsaitin, 600 mindən çox bədii ədəbiyyatın olması cari tədris ilinin yüksək səviyyədə təşkilinə geniş imkanlar yaradır. Rəhman Məmmədov göstərilən hərtərəfli diqqət və qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Camaldın kənd tam orta məktəbin müəllimi Şəbnəm Abdullayeva deyib ki, muxtar respublikada təhsilin yüksək səviyyədə himayə edilməsinin nəticəsidir ki, ardıcıl olaraq yeni təhsil ocaqları istifadəyə verilir. Bilik Günündə Camaldın kəndinin əhalisinə hədiyyə olunan məktəb binası da yeni quruculuq ünvanlarından biri, məktəb kollektivinə ən gözəl hədiyyədir. Muxtar respublikada müəllim əməyinə həmişə yüksək qiymət verilir. Yaradılan şəraitin nəticəsidir ki, gənclər müsabiqə yolu ilə işlə təmin olunur. Mən özüm Naxçıvan şəhərində yaşayıram. Müəllimlərin işə qəbulu müsabiqəsində yüksək nəticə göstərərək artıq ikinci ildir ki, Camaldın kənd tam orta məktəbində ingilis dili fənnini tədris edirəm. Məktəbimizdə yaradılan şərait heç də şəhər məktəblərindən geri qalmır. Şəbnəm Abdullayeva göstərilən hərtərəfli qayğıya görə müəllim və şagird kollektivi adından minnətdarlıq edib.

Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 252 şagird yerlik məktəbdə 16 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı yerləşir. Məktəbin kitabxana fondunda 1600-ü dərslik və 2555-i bədii ədəbiyyat olmaqla, 4155 kitab vardır.

Müasir dövrdə yeni texnologiyaların tədrisdə tətbiqi hər bir ölkənin intellektual inkişafının vacib göstəricilərindən sayılır. Camaldın kənd tam orta məktəbində də internetə çıxışı olan 22 kompüter və 3 elektron lövhə quraşdırılıb.

Ali Məclisin Sədri elektron lövhəli sinifdə Heydər Əliyev Muzeyi ilə ümumtəhsil məktəbləri arasında keçirilən interaktiv dərsi izləyib. 200-dən yuxarı təhsil müəssisəsinin qoşulduğu interaktiv dərsdə şagirdlərə ümummilli liderimiz Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verilib.

Kimya-biologiya və fizika laboratoriyalarına baxış zamanı qeyd olunub ki, məktəbdə dəqiq elmlərin tədrisinə xüsusi diqqət yetirilir. Müasir tədris-təcrübə avadanlıqları ilə təchiz olunan laboratoriyalarda yaradılan şərait şagirdlərin keçilən dərsləri daha yaxşı mənimsəməsinə kömək edəcəkdir. Şahmat sinfinin bütün lazımi avadanlıqlarla təchiz olunması isə dərslərin daha yaxşı tədrisinə imkan yaradır.

Ali Məclisin Sədri birinci sinifdə təhsil alan şagirdlərin dərs prosesi ilə maraqlanıb. Bildirilib ki, bu il Camaldın kənd tam orta məktəbinə 19 şagird qəbul olunub.

Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların ilkin hərbi vərdişlərə yiyələnməsi də tədris proqramının tərkib hissəsi kimi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə kənd məktəbində hərbi kabinə yaradılıb, kabinədəki stendlərdə ilkin hərbi biliklər haqqında məlumatlar öz əksini tapıb. Məktəbin idman zalı da hər cür şəraitlə təchiz olunub.

Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub.

Təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısının nəticəsidir ki, Camaldın kənd tam orta məktəbinin nəticələri uğurlu olub. Son 5 ildə məzunların 63 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Muxtar respublikada müəllim əməyinə verilən qiymətin nəticəsidir ki, məktəbin müəllimlərindən 1-i Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülüb. Məktəbdə yaradılan şərait bundan sonra da təhsilin yüksək səviyyədə təşkilinə, interaktiv və nümunəvi dərslərin keçirilməsinə, daha yüksək nəticələrin əldə olunmasına, eləcə də bilikli və vətənpərvər gənclərin yetişdirilməsinə imkan verəcəkdir.

Məktəbin gənc müəllimi Aysel Kərimova minnətdarlıq edərək deyib: Bu gün Camaldın kəndi də müasir kəndlər sırasına qoşulur. Məktəbimiz yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilir. Ali Məclisin Sədri çıxışlarının birində deyib ki, “Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir”. Bu səbəbdən də muxtar respublikada təhsil quruculuğuna xüsusi diqqət yetirilir. Təhsil müəssisələrində tədris üçün müasir şərait yaradılır. Buna görə məktəbimizin müəllim və şagirdləri, eləcə də valideynlər adından minnətdarlığımızı bildiririk. Söz veririk ki, yradılanları qorumaqla yanaşı, həm də əsl vətənpərvər gənclər yetişdirəcəyik.

Ali Məclisin Sədri deyib: Bu gün istifadəyə verilən məktəb Camaldın kəndinin həyatında xüsusi əhəmiyyətə malikdir. Ona görə ki, kənddə yaşayan hər bir ailənin övladı məktəbdə təhsil alacaqdır. Məktəbdə yeni texnologiyalar qurulmuş, müasir tədrisin tələblərinə uyğun sinif otaqları, lazımi tədris avadanlıqları və kitabxana kollektivin istifadəsinə verilmişdir. Məktəbin pedoqoji kollektivi işini tədrisin tələbləri səviyyəsində qurmuşdur. Təhsil ocağında müəllim tələbkarlığı, şagird çalışqanlığı vardır. Son 5 ildəki nəticələr bunu bir daha təsdiq edir.

Qazanılan uğurlara görə məktəb kollektivinə təşəkkür edən Ali Məclisin Sədri deyib: Məktəb ümumxalq işi olmalıdır. Təhsil təkcə müəllimlərin üzərinə düşən vəzifə deyil. Hər bir şagirdin, hər bir gəncin hazırlanması ümumxalq, ümumdövlət işidir. Dövlət üzərinə düşən vəzifələri yerinə yetirir. Müasir tədrisin tələblərinə uyğun məktəb binası tikilərək istifadəyə verilir. Pedaqoji kollektivin qarşısında duran əsas vəzifə isə gələcəyimizi hazırlamaqdır. Məktəbin tam fəaliyyət göstərməsi, uğur qazanması üçün hər cür şəraiti, eləcə də bütün fənlər üzrə müəllim heyəti vardır. Ona görə də məktəbdə tələbkarlıq olmalı, müəllimlər şagirdləri bacarıqlarına uyğun peşələrə yönəltməli, təhsilli və vətənpərvər nəsil yetişdirməlidirlər.

Binanın həyətində bufet və fərdi qazanxana tikilib, açıq idman qurğuları qurulub, abadlıq işləri aparılıb, yaşıllıq sahəsi salınıb.

Camaldın-Ərəzin kənd avtomobil yolu istifadəyə verilib

Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, həm də ölkəmizin iqtisadi qüdrətinin mühüm göstəricisidir. Muxtar respublikamızda müasir və təhlükəsiz yol şəbəkələri yaradılır, kənd yollarının yenidən qurulması diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Camaldın-Ərəzin kənd avtomobil yolu yenidən qurulub.

Sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Camaldın-Ərəzin kənd avtomobil yolunun açılışını edib.

Bildirilib ki, ümumi uzunluğu 12,9 kilometr olan avtomobil yolu yenidən qurulub, asfalt örtük salınıb. Eyni zamanda 9 kilometrlik kənddaxili yollar da təmir olunaraq qum-çınqıl qatı verilib, 262 metr məsafədə sahilbərkitmə işləri aparılıb. Yolun üzərində 144 su keçidi qoyulub, 1710 metr beton kanal çəkilib, 1 körpü təmir edilib.

Camaldın Kənd Mərkəzinin açılışı olub

Sentyabrın 15-də Camaldın kənd mərkəzinin açılışı olub.

Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, mədəniyyət evi, poçt bölməsi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal yerləşir. Kitabxana fondunda 10 min 675 kitab vardır. Rabitə evində poçt bölməsinin fəaliyyəti üçün bütün tədbirlər görülüb, eyni zamanda 320 nömrə tutumlu yeni nəsil ATS quraşdırılıb. Kənddə 166 internet istifadəçisi vardır.

Yeni Azərbaycan Partiyası Camaldın kənd ərazi ilk təşkilatının 192 üzvü vardır ki, onlardan da 67-i gənc, 81-i isə qadındır.

Yeni Azərbaycan Partiyası Camaldın ərazi ilk təşkilatının sədri Ayaz Novruzov minnətdarlıq edərək deyib: “Tarix sübut etdi ki, Azərbaycan xalqını işıqlı gələcəyə aparan bir yol vardır. Bu da ulu öndər Heydər Əliyevin yoludur. Bizim yeganə amalımız isə Ulu Öndərimizin ideyalarına sədaqətlə xidmət etməkdir. Bu sədaqətin nəticəsidir ki, göstərilən diqqət və qayğı nəticəsində kəndimiz müasirləşib, abad kəndlər sırasına qoşulub. Bu gün burada yaşamaq, fəaliyyət göstərmək və təhsil almaq üçün hər cür şərait yaradılıb. Kəndimizin tarixinə yeni səhifə yazılıb. Tarix qurub yaradanları heç vaxt unutmur. Camaldın kəndinin sakinləri də Qurucu Rəhbəri ilə fəxr edirlər”.

Bildirilib ki, kənddə əsas diqqət yetirilən sahələrdən biri də baytarlıq işinin təşkilidir. Xəstəliklərə qarşı vaxtında dərmanların vurulması, dezinfeksiya işlərinin aparılması sağlam heyvandarlıq məhsullarının istehsalına imkan verir.

Binada fərdi istilik sistemi quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb.

Həkim ambulatoriyası əhalinin sağlamlığına xidmət göstərən ünvandır

Bu gün muxtar respublikada səhiyyənin inkişafı diqqət mərkəzindədir. Müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. İnsan amilinə verilən dəyərin ifadəsi olan bu tədbirlər muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edib.

Sentyabrın 15-də Camaldın kəndində həkim ambulatoriyasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tibbi xidmətin təşkili ilə maraqlanıb.

Bildirilib ki, lazımi tibbi avadanlıqlarla təchiz edilmiş ambulatoriyada 8 otaq - baş həkim, stomatoloq, palata, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat otağı və aptek vardır. Həkim ambulatoriyasında stomatoloji qurğu, elektroterapiya və ultrasəslə, ultrayüksək tezlikli cərəyanla müalicə aparatları, solyuks lampası və digər tibbi avadanlıqlar qoyulub.

Ali Məclisin Sədri sakinlərin sağlamlığının daim diqqət mərkəzində saxlanılması, həkim briqadalarının cəlb olunması, peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi barədə tapşırıqlar verib.

Sakinlərin gündəlik tələbatı xidmət mərkəzində ödəniləcək

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Camaldın kəndində xidmət mərkəzinin də açılışını edib.

Məlumat verilib ki, xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, dərzi, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar yerləşir. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 6 sakin işlə təmin olunub.

Mağazada əsasən yerli məhsullar satışa çıxarılır. Xüsusilə də kənddəki ailə təsərrüfatlarında istehsal olunan məhsullara daha çox üstünlük verilir.

Sonra sakinlərlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Camaldın kəndində aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək deyib: Bu gün Camaldın kəndinin həyatında əlamətdar gündür. Ona görə ki, kəndin bütün infrastrukturu yenilənib, Camaldın müasir Azərbaycan kəndinə çevrilib. Bütün bunların hamısı ölkəmizdə Heydər Əliyev yolunun uğurla davam etdirilməsinin nəticəsidir. Bunun bəhrəsini Camaldın kəndində yaşayan əhali də görür. Kənddə maldarlıq, heyvandarlıq, əkinçilik inkişaf etdirilir. Camaldın kəndinin inkişafı bundan sonra da diqqətdə saxlanılacaq, ailə təsərrüfatlarına kreditlər veriləcəkdir. İnkişafın təmin olunmasında əhalinin üzərinə də mühüm vəzifələr düşür. Ona görə də yaradılan şəraitdən düzgün istifadə edilməli, təsərrüfatlar genişləndirilməlidir.

Camaldın kənd sakinləri adından minnətdarlıq edən Yaqub Tağıyev deyib: “Bu gün kəndimiz muxtar respublikamızın hər yeri kimi abadlaşıb, gözəlləşib. Buna uşaqlı-böyüklü hamımız sevinirik. Yeni tikilən müasir məktəb, kənd mərkəzi, ambulatoriya, xidmət mərkəzi, yenidən qurulan yol böyük qayğının ifadəsidir. İndi Naxçıvan kəndləri yaradılan şəraitlə şəhərdən seçilmir. Kəndimizdə bir neçə il bundan əvvəl su dəyirmanı da tikilib istifadəyə verilib. Bütün bunlar dövlətimizin insan amilinə verdiyi dəyərin ifadəsidir”.

***

Camaldın kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülüb. Kənddə 100 metr yeni fiberoptik kabel, 980 metr yeraltı, 150 metr hava rabitə xətti çəkilib. Həmçinin 790 metr uzunluğunda izolyasiyasız, 4723 metr uzunluğunda izolyasiyalı, 3 min 200 metr yüksəkgərginlikli, 13 min 800 metr aşağı gərginlikli hava elektrik xətləri çəkilib, 3 transformator yarımstansiyası əsaslı təmir edilib. Bundan başqa 4581 metr qaz xəttində təmir-bərpa işləri aparılıb. Camaldın - Ərəzin avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar içməli su xəttinin 400 metrlik hissəsinin yeri dəyişdirilib, 350 metr boru yenisi ilə əvəz olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Orta Dəhliz dövlətlə yanaşı, özəl sektora da gəlir gətirir

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetində olub

Mikayıl Cabbarov: Biz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetiririk

Baş katib: Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir

® “Bank of Baku”da hüquqi şəxslərə özəl depozit – 11 faizədək gəlir!

Mikayıl Cabbarov: Biz öhdəlikləri real istehsala çevirməyə çalışırıq

Prezident: Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir

Azərbaycan Prezidenti: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Fövqəladə Hallar Nazirliyi elektrikdoldurma qurğularının təhlükəsiz istismarı ilə bağlı əhaliyə müraciət edib

Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

Prezident: AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

AQEM Media Forumunun iştirakçılarına

Kürdəmirdə 91 nəfərin zəhərlənmə şübhəsilə xəstəxanaya hospitalizasiya olunduğu açıqlanıb, araşdırma aparılır – YENİLƏNİB 2

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb

Nazir: Rəqəmsallaşma və süni intellektin tətbiqi nəticəsində iqtisadi imkanların artdığını müşahidə edirik

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu işə başlayıb YENİLƏNİB

Ümumi istifadədə olan avtomobil yollarında daha 3 elektron tərəzi quraşdırılıb

Azərbaycan nefti 119,26 dollara satılır

“AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Frederik Star: Trans-Xəzər marşrutu regional əməkdaşlığın inkişafına töhfə verir

“Rumsfeld Fondu”nun icraçı direktoru: CAMCA regionu beynəlxalq birliyin mühüm hissəsidir

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir

“Birliyin Gücü-2026”: 3 500-dən çox hərbçi və 130 PUA təlimdə

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak ediblər

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu

Masallıda ağır yol qəzası olub, iki nəfər ölüb

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Bakıda CAMCA Regional Forumu işə başlayıb VİDEO

Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub

Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir

Bu gün Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramıdır

Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib

CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

“ADEX 2026”: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Milli Məclisin 2026-cı ilin payız sessiyasında ilk plenar iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub