Naxçıvanda ötən il İşsizlikdən Sığorta Fondunun gəlirləri 51 faiz artıb
Naxçıvan, 31 yanvar, Gülməmməd Əliyev, AZƏRTAC
Naxçıvanda 2023-cü ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri 5,1 milyon manat, xərcləri isə 2,1 milyon manat təşkil edib. Gəlirlər proqnozdan təxminən 10 faiz, 2022-ci ilə nisbətdə isə 51 faiz çox olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri 2023-cü ilin yekunlarına dair mətbuat konfransında Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov səsləndirib.
O qeyd edib ki, ötən ilin əvvəlində Əmək və Məşğulluq altsistemində (ƏMAS) qeydiyyatdakı işsiz və işaxtaranların sayı 394, ilin sonunda isə 6187 (990 işsiz) nəfər olub. Artım yeni iş yerlərinin yaranması, işsiz və işaxtaran şəxslərin reyesterə əlavə olunmasının sistemləşdirilməsi ilə əlaqədardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:09]
Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO
- 10.10.2026 [17:03]
Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib
- 10.10.2026 [16:46]
Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB
- 10.10.2026 [13:44]