Naxçıvanda Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən festival-konqresin iştirakçıları Ordubadda olublar
Naxçıvan, 24 noyabr, Gülməmməd Əliyev, AZƏRTAC
Ötən gün Naxçıvan şəhərində işə başlayan “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı konqresin iştirakçıları Ordubada səfər ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Ordubad şəhər stadionunda təşkil olunan tədbirdə qonaqlar Qərbi azərbaycanlılarla görüşüblər. Burada Qərbi Azərbaycana xas mətbəx nümunələri, yeməklər, şirniyyat növləri təqdim olunub.
Qərbi azərbaycanlıların özləri ilə gətirdikləri sənədlər, geyimlər, xalçalar və müxtəlif məişət əşyaları festival iştirakçılarında böyük maraq yaradıb.
İfaçıların vətənpərvərlik ruhunda səsləndirdiyi bir-birindən rəngarəng mahnılar qonaqlara xoş ovqat bəxş edib.
Qeyd edək ki, festival-konqres bu gün öz işini başa vuracaq.