Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda sahibkarlarla görüş olub

Naxçıvan, 4 fevral, AZƏRTAC

Fevralın 4-də Naxçıvan Biznes Mərkəzində muxtar respublika sahibkarları ilə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edib, ümummilli liderimiz Heydər Əliyevin “Biz sahibkarlığın inkişafına dövlət siyasətimiz kimi baxırıq. Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq” fikirlərini xatırladaraq deyib: “Dahi şəxsiyyət ölkəmizə ikinci rəhbərliyi dövründə sahibkarlığın inkişafını Azərbaycanın strateji yolu kimi müəyyənləşdirmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Bu gün ölkə Prezident İlham Əliyevin Ulu Öndərin yolunu uğurla davam etdirməsi sahibkarlığın inkişafında da yeni mərhələnin əsasını qoymuş, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Bütün bunların nəticəsidir ki, muxtar respublikada sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənmiş, ərzaq və enerji təhlükəsizliyi təmin edilmiş, yerli istehsalın həcmi artmışdır. Digər bir tərəfdən kənd təsərrüfatına dövlət dəstəyi aqrar sahədə sahibkarlığın inkişafına geniş imkanlar açmışdır. Torpaq mülkiyyətçilərinə və fermerlərə güzəştli kreditlərin və subsidiyaların verilməsi, lizinq xidmətinin təşkili, texnika və avadanlıqlarla təminat özəl mülkiyyətə əsaslanan təsərrüfatların sayını artırmışdır. Hazırda muxtar respublikada aqrar sahədə məhsul istehsalının 100 faizə yaxını özəl mülkiyyətə əsaslanır”.

“Sahibkarlığın inkişafından danışarkən ailə təsərrüfatları modeli xüsusilə qeyd olunmalıdır”, - deyən Ali Məclisin Sədri bildirib ki, bu gün muxtar respublikada ailə təsərrüfatlarının inkişafı özünüməşğulluğu təmin etməklə yanaşı, həm də kiçik və orta sahibkarlığın inkişafına zəmin yaradır. Eyni zamanda, özünüməşğulluq tədbirləri sırasında əhalinin aztəminatlı təbəqəsi aktiv əməyə cəlb edilir, dövlət tərəfindən bu kateqoriyadan olan ailələrə dəstək göstərilir. Muxtar respublikada sahibkarların maliyyə resurslarına çıxış imkanları da sadələşdirilmiş, aid qurumlar və banklar tərəfindən səmərəli icra mexanizmi müəyyənləşdirilmişdir. 2021-ci ildə muxtar respublikada sahibkarlara 38 milyon manatdan artıq kredit verilmiş, 142 yeni istehsal və xidmət sahəsi yaradılmışdır. Xidmət sektorunda sahibkarlıq fəaliyyətinin təşviqi isə nəticə etibarı ilə, turizmin, xüsusilə də daxili turizmin inkişafına səbəb olmuşdur.

Ali Məclisin Sədri deyib: “Muxtar respublikada sahibkarlığın inkişafında yerli məhsulların istehsalı qədər onların satışının təşkili də mühüm əhəmiyyət daşıyır. Yaşayış məntəqələrində iri ticarət mərkəzlərinin və bazarların fəaliyyət göstərməsi, mövsüm ərzində yarmarkaların təşkili, yerli məhsullara üstünlük verilməsi və istehsaldan birbaşa satışa prinsipinin dəstəklənməsi məhsul istehsalçılarının marağını artırmışdır. Bu, bir həqiqətdir ki, sahibkarlığın inkişafı məşğulluğun təmin olunmasına və sosial rifaha birbaşa təsir edir. Muxtar respublikada dövlətin sahibkarlar üçün yaratdığı şərait, görülən işlər və əldə olunan nəticələr bunu bir daha təsdiq edir. Müstəqillik illərində muxtar respublikada özəl sektor üzrə 70 minə yaxın yeni iş yeri açılmışdır. Hazırda muxtar respublikada məşğul əhalinin 85 faizi özəl sektorda çalışır”.

Qeyd olunub ki, sənayenin uğurlu inkişafı da birbaşa sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Məhz bu səbəbdəndir ki, muxtar respublikada istehsal edilən sənaye məhsulunun 93 faizi özəl bölmənin payına düşür. Sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması üçün 2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilmiş, bununla bağlı Tədbirlər Planı təsdiq olunmuşdur. “Sənaye ili”ndə muxtar respublikanın aidiyyəti dövlət qurumları və sahibkarlıq müəssisələri qarşısında mühüm vəzifələr durur.

Ali Məclisin Sədri qarşıda duran vəzifələrlə bağlı müvafiq tapşırıqlar verərək deyib: “Muxtar respublikada daxili bazar təhlil edilməli, İqtisadiyyat Nazirliyi tələbata uyğun yeni istehsal sahələrinin yaradılmasını dəstəkləməli, biznes-planlar tərtib olunarkən rentabellik amili əsas götürülməlidir. Nazirlik 2022-ci ildə sənaye müəssisələrinin fəaliyyətinin genişləndirilməsini, xüsusilə yerli xammala və innovativ layihələrə əsaslanan müəssisələrin qurulmasını, emal sənayesi müəssisələrinin yaradılmasını davam etdirməli, Şərur Sənaye Məhəlləsində işlər başa çatdırılmalıdır. Sahibkarlıq sahəsində maliyyə-kredit işi səmərəli mexanizm üzrə tənzimlənməli, kreditlərdən təyinatı üzrə istifadəyə diqqət artırılmalı, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Sahibkarlığın İnkişafı Fondu ehtiyac meyarlarını düzgün qiymətləndirməli, maliyyə riskləri araşdırılmalıdır. Dövlət Vergi Xidməti xüsusi razılıq tələb edən sahibkarlıq subyektlərini vergi ödəyicisi kimi qeydiyyata alarkən sənədlərin düzgünlüyünü yoxlamalı, zərurət yarandıqda səlahiyyətli orqanlarla birlikdə araşdırılmalıdır. Sahibkarlıq fəaliyyətinə dövlət nəzarəti həmin sahənin işinə maneələr yaratmamalıdır. İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarət tədbirlərini qanunvericiliyin tələblərinə uyğun aparmalı, əsassız yoxlamaların qarşısı alınmalıdır”.

Ali Məclisin Sədri deyib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin məşğulluğu ilə bağlı işləri davam etdirməli, sahibkarlıq müəssisələrində əməyin təşkili və mühafizəsi qaydalarına nəzarət olunmalıdır. Dövlət Gömrük Komitəsi yerli məhsulların daxili bazarda mövqeyinin gücləndirilməsi və xarici rəqabətin təsirindən qorunması istiqamətində müvafiq tədbirlər görməli, ixracyönümlü məhsul istehsal edən sahibkarlar üçün lazımi şərait yaratmalı, gömrük yoxlamaları sadələşdirilməlidir. İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri aqrar sahədə sahibkarlıq fəaliyyətinin genişlənməsinə bundan sonra da diqqəti artırmalı, yerli icra hakimiyyətləri ailə təsərrüfatlarının inkişafına dəstək göstərməli, ailə təsərrüfatları isə istehsal etdikləri məhsulların növ və çeşidini artırmalı, məhsulların keyfiyyətinə və standartlara uyğun qablaşdırılmasına diqqət yetirməlidirlər. Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti kateqoriyasına və təyinatına uyğun olaraq torpaqlardan düzgün istifadəni təmin etməli, yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu məsələyə nəzarət artırılmalı, torpaq mülkiyyətçiləri və fermerlər məlumatlandırılmalıdır. Sahibkarlıq sahəsində risklər düzgün dəyərləndirilməli və könüllü sığortaya üstünlük verilməli, Dövlət Sığorta Xidməti sahibkarlarla işə diqqəti artırmalıdır.

Ali Məclisin Sədri əlavə edib: “Kadr hazırlığı sahibkarlığın inkişafında əsas məsələ olmalı, təhsil və istehsalat müəssisələri arasında əlaqələr genişləndirilməli, tələbata uyğun peşə kursları açılmalı, işçilərin təcrübə və bacarıqları artırılmalıdır. Özəl sektor o zaman səmərəli inkişaf edir ki, dövlət dəstəyi ilə yanaşı, sahibkarlıq məsuliyyəti də ön planda saxlanılır. Bu mənada sahibkarların üzərinə mühüm vəzifələr düşür. Hər bir sahibkar istehsal prosesində müasir texnologiyaların tətbiqinə, rentabelliyin və keyfiyyətin artırılmasına çalışmalı, vergilər vaxtında ödənilməli, marketinq araşdırmaları aparılmalı, istehsal və xidmət müəssisələrində təhlükəsiz və sağlam əmək şəraiti yaradılmalıdır”.

“Dövlətin məqsədi aydındır: sahibkarlıq inkişaf etdirilməli, yeni iş yerləri açılmalı və yerli istehsalın həcmi artırılmalıdır. Hər bir sahibkar da ölkəmizdəki sabitlikdən, özəl sektora göstərilən dövlət qayğısından bəhrələnərək iqtisadi inkişafa öz töhfəsini verməlidir”, - deyən Ali Məclisin Sədri bu yolda və qarşıya qoyulan vəzifələrin icrasında sahibkarlara uğurlar arzulayıb, muxtar respublikada sosial-iqtisadi inkişafın təmin olunmasında və özəl bölmədə uğurlu nəticələrin qazanılmasında əməyi olanlara, eləcə də bütün sahibkarlara təşəkkürünü bildirib.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək deyib ki, muxtar respublikanın davamlı inkişafının və iqtisadi dayanıqlığının təmin olunmasında sosial-iqtisadi inkişaf proqramlarının müstəsna əhəmiyyəti vardır. Uğurla icra olunan bu proqramlar iqtisadi potensialın artmasına, investisiya mühitinin yaxşılaşdırılmasına və əhali rifahının yüksəlməsinə şərait yaradıb. Ötən il sosial-iqtisadi inkişafı xarakterizə edən ümumi daxili məhsul istehsalının həcmi bir il öncəyə nisbətdə 2,4 faiz artaraq 3 milyard 16 milyon 315 min manat təşkil edib. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27 faizlə sənaye sahəsi tutub, 2020-ci illə müqayisədə 1,7 faiz çox sənaye məhsulu istehsal olunub. Kənd təsərrüfatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən 76 ailə təsərrüfatına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1 milyon 221 min manat dövlət maliyyə dəstəyi göstərilib, ailə təsərrüfatları 5000 ədəd 27 çeşiddə tara ilə təmin olunub. 2021-ci ildə sosial-iqtisadi inkişafın mühüm amillərindən olan infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər görülüb, 355 müxtəlif təyinatlı obyekt istifadəyə verilib. Müəssisələrin və məhsulların təbliği, beynəlxalq tədbirlərdə tanıdılması məqsədilə 39 ixrac potensiallı müəssisənin və ailə təsərrüfatlarının məhsullarını əks etdirən “İxrac kataloqu” hazırlanaraq çap olunub. Tapdıq Əliyev göstərilən diqqət və qayğıya görə muxtar respublika sahibkarları adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov bildirib ki, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası ötən il fəaliyyətini xeyli təkmilləşdirib, üzvlərlə qarşılıqlı əlaqələr yaradıb. Konfederasiya sənaye, marketinq xidmətləri, tibbi fəaliyyət, kənd təsərrüfatı, tikinti, konsaltinq xidmətləri, nəşriyyat-poliqrafiya, turizm, reklam və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın sahibkarlıq subyektini, o cümlədən ailə təsərrüfatlarını, arıçılar, istixanaçılar və quşçular birliyini özündə birləşdirib. Muxtar respublikaya investisiya axınının genişlənməsi istiqamətində tədbirlər davam etdirilib və bu məqsədlə xarici ölkələrin rəsmi nümayəndələri və iş adamları ilə mütəmadi olaraq görüşlər keçirilib. 2021-ci il Azərbaycan və Naxçıvan Sahibkarlar konfederasiyalarının xətti ilə xarici ölkələrlə iqtisadi əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi və uğurlu layihələrin imzalanması ilə də yadda qalıb. Türkiyənin İstanbul şəhərində keçirilmiş biznes forumunda, Macarıstan və Ukraynada keçirilən görüşlərdə ölkələr arasında ticarət, kiçik və orta biznes, investisiya, tranzit daşımaları, iqtisadi əməkdaşlığın genişləndirilməsi, eyni zamanda, kənd təsərrüfatı, qida sənayesi, sağlamlıq, informasiya və kommunikasiya üzrə müzakirələr aparılıb. Sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi özəl bölmənin inkişafını sürətləndirib. Vüqar Abbasov yaradılan şəraitə görə iş adamları adından minnətdarlıq edib.

Ailə təsərrüfatçısı Mətləb Dünyamalıyev deyib: “Kəngərli rayonunun Çalxanqala kəndində ailə təsərrüfatçısı kimi çaxır emalı ilə məşğul oluruq. Təsərrüfatımıza göstərilən diqqət və qayğı fəaliyyətimizi daha da genişləndirməyə ruhlandırmış, ümumi dəyəri 50 min manat olan yeni çaxır emalı sahəsinin qurulması məqsədilə Sahibkarlığın İnkişafı Fonduna müraciət etmişik. Məhsulun müxtəlif ölçülərdə və dizaynda qablaşdırılması əmtəə görünüşünə də əlavə dəyər qatır. Artıq ailə təsərrüfatımız kiçik sahibkarlıq subyekti kimi formalaşıb, istehsal olunan məhsullarımızın “Xum çaxırı” əmtəə nişanı ilə satışı həyata keçirilir. Bir neçə ildir ki, məhsullarımız Naxçıvan şəhərindəki iri ticarət mərkəzlərində satışa çıxarılır, eləcə də sifariş əsasında Bakı şəhəri və Rusiyaya göndərilir. Ailəmizə məxsus həyətyanı sahədə bir çox meyvə, ceviz, badam ağacları əkmişik. Hazırda ailəmizə məxsus 1 hektardan çox üzüm bağımız var. Ən çox gəlir əldə etdiyimiz sahə üzümçülük olduğundan bu il də üstünlüyü bu sahəyə vermişik və yeni üzüm bağının salınması istiqamətində işlər aparırıq. Ötən il 200 litr üzüm arağı, 1500 litr isə çaxır istehsal etmişik. “Ailə təsərrüfatı məhsulları”nın satış yarmarkasına 200 litrdən çox çaxır çıxararaq satışını həyata keçirmişik. Təsərrüfatımıza ailə üzvlərimiz ilə yanaşı, əlavə işçi qüvvəsi də cəlb etmişik”.

Mətləb Dünyamalıyev ailə təsərrüfatçılarına göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 13 sahibkara güzəştli kreditlərin çeklərini təqdim edib. Bu kreditlər salfetka və araq məhsullarının istehsalı xətlərinin, Avtomobil Xidmət Mərkəzinin yaradılması, mebel istehsalı sahəsinin genişləndirilməsi, meyvə araqlarının, sirkə və çaxır emalı sahələrinin yaradılması, süd məhsullarının emalı və müxtəlif yeyinti məhsullarının qablaşdırılması, göbələk istehsalı, meyvə qurusu, damazlıq ana arı yetişdirmə təsərrüfatının yaradılması, eləcə də maldarlıq, bağçılıq təsərrüfatlarının yaradılması və heyvandarlıq təsərrüfatının genişləndirilməsinə sərf olunacaq.

Güzəştli kreditlə təmin olunanlardan “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin sədri Etibar Məmmədov minnətdarlıq edərək deyib ki, son illərdə yaradılan şəraitin nəticəsində muxtar respublikada arıçılıq sahəsi geniş inkişaf edib, arı ailələrinin sayı 100 minə çatıb. Muxtar respublikada arı yeşiyinin, mum vərəqi, arı yemi istehsalı və arıçılığın sütunu olan damazlıq ana arı təsərrüfatının yaradılması və inkişafı arıçıların bu sahəyə marağını daha da artıracaqdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının 2021-ci ildəki sosial-iqtisadi inkişafından bəhs edən filmə baxış olub.

Ali Məclisin Sədri Naxçıvan Biznes Mərkəzində muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəricilərinə, müəssisələrə, istehsal olunan məhsullardan ibarət sərgiyə və Naxçıvan Avtomobil Zavodunun istehsalı olan yeni avtomobillərə baxıb.

Qeyd olunub ki, mərkəzdə muxtar respublikada fəaliyyət göstərən 102 müəssisənin 171 növdə 1330 çeşiddə, eləcə də 78 ailə təsərrüfatının 27 növdə 198 çeşiddə məhsulu nümayiş olunur. Həmçinin mərkəzdə muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2021-ci ildə istehsalına başlanılan məhsulları da sərgilənir.

Ali Məclisin Sədri 2022-ci ildə də sahibkarlar üçün geniş imkanların yaradılacağını bildirib, muxtar respublikada istehsal olunan məhsulların çeşidinin, keyfiyyətinin və ixrac imkanlarının artırılması, tələbatı idxal hesabına ödənilən məhsulların yerli istehsalının təşviq olunması, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi və daxili bazarın qorunması barədə müvafiq tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Braziliyadakı sarı qızdırma epidemiyasının səbəbi tapılıb

Texasdakı qəzadan sonra ABŞ-də “Apache” helikopterlərinin uçuşları dayandırılıb

İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ baş verib

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub

Qərbi Afrikada iqlim fəlakəti: 32 milyon insan evini tərk edə bilər

ABŞ Bolqarıstana “F-16 “qırıcılarının çatdırılmasını 2030-cu ilə qədər təxirə salır

Qazaxıstandakı beynəlxalq toplantıda Azərbaycanın gənc yol müfəttişləri ölkəmizi təmsil edirlər

Tramp Kamala Harrisin sərhəd siyasətini tənqid edib

Türkiyə Superliqası: "Qalatasaray" mövsümə xal itkisi ilə başlayıb

Kanada İranın 5 yüksəkvəzifəli şəxsini sanksiya siyahısına saldı

Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb YENİLƏNİB

“Kapellhaus Garden Hall”: Ulduzlu səma altında klassik musiqi səslənib

"Bloomberg": ABŞ Kubaya qarşı iqtisadi təzyiqləri gücləndirir

Güclü leysan Tbilisi və ətraf bölgələrdə ciddi fəsadlar törədib

Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində

Rəcəb Tayyib Ərdoğan: AK Parti – Türkiyənin uğurlarının əsas hərəkətverici qüvvəsidir

Almaniyanın altı əyalətində meşə yanğınları baş verib

Böyükşor gölündə yaşıl rəngli kütlə müəyyən edilib – laborator analizlər aparılır

FHN: Qubadakı zəlzələ nəticəsində dağıntı və xəsarət qeydə alınmayıb

Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsinin nəticələri açıqlanıb

“Neftçi” fransalı futbolçu ilə yollarını ayırıb

Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib

Quba rayonunda zəlzələ baş verib

Tacikistanda tərkibində şəkər olan içkilərə vergi tətbiqi imkanları araşdırılır

“Beşiktaş” yeni transferi Duşan Vlahoviçi ictimaiyyətə təqdim edib

Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Almaniya və İtaliya arasında sığınacaq axtaran şəxslərin qəbulu ilə bağlı fikir ayrılığı yaranıb

Binəqədidə ağacların kəsilməsi nəticəsində təbiətə 39 min manatdan çox ziyan dəyib

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub

Bu saata olan əsas xəbərlər

Fransada 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması əngəllənib

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlanıb

Siyasi şərhçi: Naxçıvan blokadadan tranzit və enerji qovşağına çevrilmə mərhələsinə qədəm qoyur

Azərbaycan iyun ayında Türkiyəyə qaz tədarükçüləri siyahısına başçılıq edib

AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olub

Mərkəzi Aran regionunda kibertəhlükəsizlik üzrə təlimlər davam edir

İğdırda Ermənistanın köhnəlmiş AES-i ilə bağlı məsələyə diqqət çəkdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirlər

Ötən ilin büdcəsində “Ətraf mühitin mühafizəsi” sektoru üzrə vəsaitin 67,7 faizini yerli icra hakimiyyəti orqanları xərcləyib

AKİA-nın sədri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib

Nəticəəsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlar üzrə 2025-ci il üçün monitorinqin nəticələri açıqlanıb

Ayxan Abbasov: “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb

Bakı, Sumqayıt və Abşeronda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Vaşinqtonda “Çolpon-Ata Sammiti və Trans-Xəzər əməkdaşlığında növbəti addımlar” mövzusunda tədbir təşkil edilib

Naxçıvan Azərbaycanın siyasi, geostrateji və təhlükəsizlik maraqları baxımından böyük əhəmiyyətə malikdir

Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub

Ötən il kənd təsərrüfatı sektoruna ayrılan vəsait açıqlanıb

Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb

“İdman TV” yeni mövsümdə nüfuzlu futbol yarışlarını yayımlayacaq

Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü təşkil olunub

Bu il baş tutan elektron satınalmalar nəticəsində büdcədə qənaət edilmiş məbləğin həcmi açıqlanıb

Üçüncü ixtisas qrupunda 15 min 553 plan yeri ayrılıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Qazaxıstanda elektrik enerjisinin verilişi bərpa olunur – YENİLƏNİB

Daşınmaz əmlak üzrə texniki pasport və ipoteka müqavilələrinin sayı açıqlanıb

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Yeddi ayda 207 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

İkinci ixtisas qrupunda 500-600 bal arasında nəticə göstərən abituriyentlərin sayı açıqlanıb

“Araz-Naxçıvan” daha 2 futbolçu transfer edib

Naxçıvanın iqtisadi inkişafında yeni mərhələ: investisiyadan regional bağlantılara ŞƏRH

Ekoloq: Şəhər mühitində yaşıllıq sahələrinin artırılması vacibdir

Bakıda badminton üzrə beynəlxalq turnirə start verilib

Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Qazaxıstan XİN-ə təqdim edib

Günay Əfəndiyeva: Azərbaycan ilə Çini qədim tarix və mədəni irsə ehtiram birləşdirir

Rəssamlıq Akademiyası rəqəmsal transformasiya və yaradıcı sənayenin inkişafını prioritet elan edir

İnformasiya və rabitə xidmətləri 10,4 faiz artıb

Naxçıvan - Azərbaycanın regional siyasətində strateji dönüş nöqtəsi

Bakıda Çinin “İrs Keşikçisi” sənədli filminin təqdimatı olub VİDEO

Bakıda Çinin “İrs Keşikçisi” sənədli filminin təqdimatı olub VİDEO

Yeddi ayda nəqliyyat və anbar təsərrüfatı sahəsində 9,2 milyard manatlıq xidmət göstərilib

“Yalama” sərhəd komendantlığı xidməti istifadəyə verilib VİDEO

“Yalama” sərhəd komendantlığı xidməti istifadəyə verilib VİDEO

Naxçıvanda iqtisadi inkişafla yanaşı, şəhid ailələrinə dövlət qayğısı da xüsusi diqqət mərkəzindədir RƏY

Samir Əliyev: “Qarabağ” mərhələ adlayaraq öz işinin öhdəsindən gəldi

Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?

Van Lu: “İrs Keşikçisi” filminin Azərbaycan dilində təqdim olunması iki xalq arasında mədəni dialoqun gözəl nümunəsidir VİDEO

Van Lu: “İrs Keşikçisi” filminin Azərbaycan dilində təqdim olunması iki xalq arasında mədəni dialoqun gözəl nümunəsidir VİDEO

“CITIC Group” şirkətinin Bakıdakı süni intellekt hesablama platforması layihəsində iştirakı dəyərləndirilib

Türkiyə mediası: Antiterror əməliyyatları zonasından hərbi bazaların çıxarılması müzakirə mövzusu deyil

Prezident İlham Əliyevin Naxçıvana səfəri daha geniş siyasi və geostrateji məzmun daşıyır ŞƏRH

Səfir: Çin Radio və Televiziya Mərkəzi Azərbaycan mediasına bir sıra proqramlar təqdim edəcək VİDEO

Səfir: Çin Radio və Televiziya Mərkəzi Azərbaycan mediasına bir sıra proqramlar təqdim edəcək VİDEO

® “Trendyol” "CEV EuroVolley 2026 Women"in titul sponsorudur

“Mançester Siti” Enzo Fernandes üçün “Çelsi”yə 120 milyon avro təklif edib

İkinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

“Qarabağ”ın “Tvente” ilə səfər oyununa hakim təyinatları açıqlanıb

Ekspert: Azərbaycanda metal istehlakında artım 2035-ci ilədək davam edəcək

Abituriyent məsləhət mərkəzləri həftəsonu da fəaliyyət göstərəcək

Alim: Naxçıvanın qapıları açıldıqca onun qədim tarixini dünyaya daha yaxından tanıdacağıq

İkinci ixtisas qrupunda 16 min 30 plan yeri ayrılıb

Əliyar Ağayev Mahir Emrelinin çıxış etdiyi komandanın oyununa təyinat alıb

Naxçıvanın tarixi siması olan Möminə xatun türbəsi keçmişlə gələcək arasında möhkəm körpüdür - REPORTAJ VİDEO

Naxçıvanın tarixi siması olan Möminə xatun türbəsi keçmişlə gələcək arasında möhkəm körpüdür - REPORTAJ VİDEO

Nursu – Məmməd Arazın doğma yurdunda tarixlə gələcək qovuşur

Rəssam və şair Nazim Şahın “13-cü dua” adlı fərdi sərgisi açılıb

Lənkəranda sakinlərin su və kanalizasiya ilə bağlı müraciətləri dinlənilib

Bölgələrdə ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağacaq - PROQNOZ VİDEO

Bölgələrdə ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağacaq - PROQNOZ VİDEO

Naxçıvan dünya əhəmiyyətli logistik mərkəzə və strateji plasdarma çevriləcək ŞƏRH

“Fənərbağça” braziliyalı futbolçu Fredlə yollarını ayırıb

Azərbaycan dilində vikipediya üçün ilk dəfə süni intellektəsaslı alət hazırlanıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub

Heyvan kəsimi məntəqələrində hansı tələblərə əməl olunmalıdır? VİDEO

Heyvan kəsimi məntəqələrində hansı tələblərə əməl olunmalıdır? VİDEO

Naxçıvanın inkişafına yönəlmiş genişmiqyaslı layihələr regionun gələcəyinə verilən önəmin bariz ifadəsidir - MÜSAHİBƏ