Naxçıvanda sürücü səhlənkarlıq edib, avtomobilə ziyan dəyib VİDEO
Naxçıvan, 16 avqust, AZƏRTAC
Naxçıvan şəhərində sürücü avtomobili parklanma edərkən səhvən əyləc əvəzinə qaz pedalını basıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nəticədə nəqliyyat vasitəsi şəhərin “Bazar gölü” adlanan su hövzəsinin yaxınlığına düşüb.
Hadisə zamanı xəsarət alan olmayıb, lakin avtomobilə ziyan dəyib.