REGİONLAR
Naxçıvanda “Türkdilli dövlətlərin mediasiya islahatlarında birgə rolu” mövzusunda konfrans keçiriləcək
Naxçıvan, 4 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Azərbaycan Respublikası Mediasiya Şurası, Türk Dünyası Mediatorlar Birliyi, Naxçıvan Dövlət Universiteti və muxtar respublikanın Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının 100 illiyi: Türkdilli dövlətlərin mediasiya islahatlarında birgə rolu” mövzusunda keçiriləcək konfransın iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, sonra qonaqlar Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.