Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda yüksək bal toplamış məzunlarla görüş olub

Naxçıvan, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərənləri, eləcə də onların timsalında tələbə adı qazanmış bütün məzunları, onların valideynlərini və təhsil ictimaiyyətini təbrik edərək deyib: Hər bir ölkənin gələcəyi təhsilin səviyyəsindən və gənclərin necə yetişməsindən asılıdır. Ümummilli liderimiz Heydər Əliyev gənc nəslin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakını daim ön planda saxlamış, buna nail olmağın yolunu isə elmin və təhsilin inkişafında görmüşdür. Azərbaycanda mütərəqqi təhsil strategiyasının əsasını qoyan dahi şəxsiyyət deyirdi ki, “Müstəqil Azərbaycanın dövlətçiliyini, iqtisadiyyatını, elm və mədəniyyətini yalnız həqiqi təhsil, bilik almış adamlar inkişaf etdirib irəlilədə bilər”. Həqiqətən də, təhsilin dövlət və cəmiyyət quruculuğu prosesində rolu əvəzsizdir. “Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır”, - deyən ölkə Prezidenti cənab İlham Əliyev də təhsili ümumi inkişafın əsas istiqaməti kimi müəyyənləşdirib.

Ali Məclisin Sədri deyib: Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu tədbirləri etibarlı gələcəyimizə hesablanıb. Müstəqillik illərində muxtar respublikada bütün təhsil pillələri üzrə yeni texnologiyalara əsaslanan tədris infrastrukturu yaradılıb, 200-dən çox məktəb binası tikilib və ya yenidən qurulub. Həmçinin ali, orta ixtisas və peşə məktəbləri üçün də yeni binalar istifadəyə verilib, universitet şəhərcikləri salınıb. Təhsil müəssisələrində internetə çıxışı olan 900-ə yaxın elektron lövhə, 7 mindən çox kompüter quraşdırılıb, zəngin fonda malik kitabxanalar, kabinə və laboratoriyalar istifadəyə verilib.

Qeyd olunub ki, innovativ təlim metodlarının, xüsusilə də STEAM təhsilin tətbiqi və tədrisin təcrübə sahələrinə yaxınlaşdırılması insan kapitalının formalaşdırılması istiqamətində ciddi kəmiyyət və keyfiyyət dəyişiklərinə səbəb olub. Təbii ki, bütün bunlar tədrisin səviyyəsinə də öz təsirini göstərib. Hər il ali məktəblərə qəbul imtahanlarında qazanılan uğurlu nəticələr bunu bir daha təsdiq edir. 2020-2021-ci tədris ilində də muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunların 261-i imtahanlarda yüksək nəticə göstərərək 500-700 arası bal toplayıb.

Ali Məclisin Sədri görkəmli pedaqoq Makarenkonun “biz insan deyil, ölkəsini, xalqını sevən əsl vətəndaş tərbiyə etməliyik” fikirlərini diqqətə çatdıraraq deyib: Bu gün sizə baxarkən məsuliyyətini dərk edən, xalqının milli dəyərlərinə və ənənələrinə, azərbaycançılıq ideyalarına sadiq olan vətənpərvər gəncləri görür və bununla qürur duyuruq. Vətənpərvərlik geniş məfhumdur. Hər kəs çalışdığı sahədə üzərinə düşən vəzifələri yaxşı icra edirsə, deməli o, vətənpərvərdir. Tələbə-gənclər isə buna hərtərəfli təhsil almaqla, biliklərə dərindən yiyələnməklə, xarici dil öyrənməklə, yeni texnologiyaları mənimsəməklə və düzgün həyat yolu seçməklə nail olmalıdırlar.

“Təhsildə əsas hədəf qazanılan bilik və bacarıqları iqtisadi amilə çevirməkdir. Bu isə yaxşı mütəxəssis hazırlığından başlayır”,- deyən Ali Məclisin Sədri bildirib ki, çalışın qazandığınız bilikləri praktikada tətbiq edərək ölkəmizə fayda verəsiniz. Bir sözlə, seçdiyiniz peşəni dərindən öyrənməklə yanaşı, həm də geniş dünyagörüşünə malik olmalı, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacarmalı, dəyərlərinə və tarixinə sahib çıxan, müasir təfəkkürlü kadrlar kimi yetişməlisiniz.

Ali Məclisin Sədri tələbə adını qazanmış hər bir gəncə bu yolda uğurlar arzulayıb, çıxışını ümummilli liderimiz Heydər Əliyevin gənclərə tövsiyəsi ilə tamamlayıb: “Zəngin və dərin mənəviyyata sahib, vətənpərvər gəncliyi olan xalqımızın daha böyük, daha parlaq gələcəyi var. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətçiliyini yaşatmaq, onu qüdrətli etmək üçün siz - yüksək amallı Azərbaycan gəncləri daim hazır olmalısınız”.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada bütün sahələr kimi, təhsil də diqqət və qayğı ilə əhatə olunub. 2020-2021-ci tədris ili ərzində də təhsil müəssisələrinin tikintisi və ya yenidən qurulması davam etdirilib, Culfa Rayon Təhsil Şöbəsi və 6 məktəb üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib, Ordubad və Culfa rayon məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklərin fəaliyyəti üçün zəruri şərait yaradılıb. 2020-2021-ci tədris ili təhsildə innovasiyaların tətbiqi ilə yadda qalıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 7 iyun 2021-ci il tarixli Sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılır. Eyni zamanda sərəncama əsasən ümumtəhsil məktəblərində STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Bu günə qədər 52 təhsil müəssisəsində STEAM kabinələri yaradılıb, dərsliklər və tədris proqramları nəşr edilib, 200-dən çox müəllim STEAM təlimlərinə cəlb olunub. Hazırda isə əlavə olaraq 50 təhsil müəssisəsində STEAM kabinələrinin qurulması istiqamətində iş aparılır. 2020-2021-ci tədris ilində də ümumtəhsil məktəblərində işə qəbulla bağlı keçirilən müsabiqələrdə uğurlu nəticələr qazanan gənc kadrlardan 306-sı müəllim, 55-i isə məktəblərdə müxtəlif vəzifələrə təyin olunub, 1200-dən çox müəllim müxtəlif ixtisasartırma kurslarına, təlimlərə cəlb olunub, Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması aparılıb. Yaradılan şərait və müəllim hazırlığı istiqamətində görülən tədbirlər onların fəallığını artırıb, cari tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində muxtar respublika müəllimlərindən 4-ü qalib olub.

Rəhman Məmmədov deyib ki, Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı mövzuların tədrisi prosesində muzeylərlə, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə ümumtəhsil məktəbləri arasında interaktiv dərslər, həmçinin elm, ali və orta ixtisas təhsili müəssisələrinin elmi dərəcəli müəllimləri tərəfindən ümumtəhsil məktəblərində nümunəvi dərslərin keçirilməsi 2020-2021-ci tədris ilində də davam etdirilib. Bu il də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə təhsil və şahmat sahəsində fərqlənən 2 şagirdin adı Gənc İstedadların “Qızıl kitabı”na yazılıb, onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.

Bildirilib ki, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının nəticəsidir ki, hərbi təhsilə maraq bu tədris ilində də artıb. IX sinfi bitirən şagirdlərdən 156-sı Heydər Əliyev adına Hərbi Liseyə qəbul olaraq kursant adını qazanıb. Bununla yanaşı, məzunlardan 30-u xüsusi təyinatlı ali məktəblərə qəbul olub. Ümumilikdə 2020-2021-ci tədris ili üzrə ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, 2882 məzun bitirib, onlardan 2470-i, yaxud 86 faizi ali məktəblərə qəbul imtahanlarında iştirak edib. İmtahanda iştirak edən məzunlardan 1612-si, yaxud 65 faizi ali təhsil müəssisələrinə qəbul olub. Muxtar respublika üzrə 261 məzun 500-dən yuxarı bal toplayıb ki, onların da 155-i, yaxud 60 faizi qızlar, 106-sı, yaxud 41 faizi isə oğlanlardır. Yüksək bal toplayan məzunlardan 57-si Naxçıvan şəhər, 35-i Şərur, 44-ü Babək, 21-i Ordubad, 32-si Culfa, 15-i Kəngərli, 21-i Şahbuz, 6-sı Sədərək rayonunun, 30-u isə Təhsil Nazirliyinə birbaşa tabe ümumtəhsil məktəblərinin məzunlarıdırlar. Muxtar respublikanın ali təhsil müəssisələrində yaradılan müasir infrastrukturun nəticəsidir ki, yüksək nəticə göstərən məzunların 150-si, yaxud 58 faizi muxtar respublikanın ali təhsil müəssisələrinə qəbul olub. Təhsilə göstərilən qayğının nəticəsidir ki, 2020-2021-ci tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasından bitirən məzunlardan 17-si “Qızıl”, 17-si “Gümüş” nişana, 41-i fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 121-i fərqlənmə attestatına layiq görülüb. Muxtar respublika üzrə şagirdlərdən 26-sı Respublika fənn olimpiadasının qalibi olub. Rəhman Məmmədov muxtar respublika təhsilinin inkişafına göstərilən diqqət və qayğıya görə bütün təhsil işçiləri, müəllim, tələbə, müdavim və şagirdlər adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Valideyn Aytən Quliyeva çıxış edərək deyib: “Müəllimi olduğum Naxçıvan şəhər 5 nömrəli tam orta məktəb Ali Məclis Sədrinin qayğısı ilə 2019-cu ildə yenidən qurulub, məktəbimiz kompüter, elektron lövhə, dərslik, bədii ədəbiyyat və tədris vəsaitləri ilə təchiz olunub. 2020-2021-ci tədris ilində məktəbimizi bitirən şagirdlərdən 2-si “Qızıl” nişana layiq görülüb, 2-si tam orta, 4-ü isə ümumi orta təhsil bazasından olmaqla, 6 şagird fərqlənmə attestatı alıb, məzunlardan 39-u ali təhsil müəssisəsinə qəbul olub. Ali Məclis Sədrinin hər il ali məktəblərə qəbulda yüksək bal toplayan tələbələrlə görüşü övladlarımızı daha yaxşı oxumağa ruhlandırıb, biz müəllim və valideynlərdə isə sabaha cavabdehlik hissini daha da artırıb. Bu gün mən çox sevinirəm ki, övladlarım muxtar respublikada yaradılan müasir təhsil şəraitindən və yaradıcılıq mühitindən səmərəli istifadə edərək uğurlu nəticələr əldə ediblər. Ali Məclis Sədrinin imzaladığı müvafiq sərəncamla qızım Səkinə Quliyeva 2015-ci ildə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin VIII sinfində təhsil alarkən musiqi sahəsində fərqləndiyi üçün adı Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb. Digər övladım Fatimə Quluzadə isə 2020-2021-ci tədris ilində Respublika fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənni üzrə I yerin qalibi olaraq qızıl medalla təltif edilib, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbi “Qızıl” nişanla bitirib, qəbul imtahanında 623 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olub. İstənilən valideyn üçün bundan böyük xoşbəxtlik, bundan böyük sevinc ola bilməz. Bütün bunlar isə muxtar respublikada yaradılan müasir təhsil şəraiti və gələcəyimiz olan gənclərə göstərilən qayğının nəticəsidir”. Aytən Quliyeva müəllim və valideynlər adından minnətdarlığını bildirib.

Qəbul imtahanlarında 682 bal toplayan muxtar respublika birincisi İlhamə Novruzova təhsilə göstərilən qayğıya görə məzunlar adından minnətdarlıq edərək deyib: “Bu gün buraya toplaşan tələbələr ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr əldə edərək Ali Məclis Sədri ilə görüşə gəliblər. Muxtar respublikamızda təhsil inkişaf edir. Biz bunu daim hiss etmişik. Məktəblərin maddi-texniki bazası möhkəmləndirilib, yaxşı təhsil almağımız üçün geniş imkanlar yaradılıb. Təhsilimi başa vurduğum Naxçıvan şəhər 7 nömrəli tam orta məktəb də qayğı ilə əhatə olunub, bütün zəruri tədris avadanlıqları ilə təchiz edilib. Mən “Qızıl” nişanla təhsilimi başa vurmuşam. Qəbul imtahanında 682 bal toplayaraq muxtar respublika birincisi olmuşam. Bununla yanaşı, dünyanın ən tanınmış ingilis dili imtahanı olaraq İELTS-dən imtahan verərək yüksək nəticə göstərmişəm. Kompüter elmlərinə marağım yüksək olduğu üçün bu sahədə yaxşı mütəxəssis olmaq istəyirəm. Buna görə də “ADA” Universitetinin tədrisi ingilis dilində olan Kompüter elmləri ixtisasına qəbul olmuşam. Söz veririk ki, harada oxumağımızdan və yaşamağımızdan asılı olmayaraq ümummilli liderimiz Heydər Əliyev irsinin və əməllərinin davamçıları olacağıq”.

Sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayan məzunlara “Naxçıvan: Şərqin əfsanəsi” kitabı və pul mükafatı təqdim olunub.

Qəbul imtahanında 580 bal toplayan Adil Seyidovun babası Nadir Əliyev minnətdarlıq edərək deyib: “Mən 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü və partiyanın təsis konfransının iştirakçısı olmuşam. Yeni Azərbaycan Partiyası azadlıq, demokratiya, sülh və inkişaf partiyasıdır. Tarix sübut etdi ki, Azərbaycan xalqını işıqlı gələcəyə aparan bir yol vardır. Bu da ulu öndər Heydər Əliyevin yoludur. Bu yolun muxtar respublikada Ali Məclisin Sədri tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, hər kəs rahat yaşayır, fəaliyyət göstərir, gələcəyimiz olan gənclər yüksək səviyyədə təhsil alırlar. Valideyn kimi bütün bunlarla fəxr edirik”.

564 bal toplayan Nurlan Məmmədovun anası Mehriban İmanova da minnətdarlıq edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib