CƏMİYYƏT
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib VİDEO
Bakı, 10 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Ümummilli Liderin məzarını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, daimi nümayəndəliyin kollektivi müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə güllər qoyub.
Sonra nümayəndəliyin əməkdaşları Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı önünə güllər düzüb, əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.