Nazir Sameh Şukri: Qoşulmama Hərəkatının Zirvə Görüşünün Azərbaycanda keçirilməsini yüksək qiymətləndirirəm
Bakı, 31 oktyabr, AZƏRTAC
Misir mətbuatı Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü və tədbirdə bu ölkənin Xarici İşlər naziri Sameh Şukrinin iştirak etməsi ilə bağlı məlumatlar yayıb. Bu barədə AZƏRTAC-a Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib.
Nazir Misirin Qoşulmama Hərəkatının vacib roluna böyük əhəmiyyət və dəstək verdiyini, həmçinin Misirin bu hərəkatın təsisçilərindən biri olduğunu, ölkəsinin Banduq prinsiplərinə və məqsədlərinə sadiq olduğunu vurğulayıb. O, regionda baş verən hadisələrə toxunaraq, terrorizmə qarşı beynəlxalq ictimaiyyətin birgə mübarizə aparmasının vacibliyini, dövlətlərin suverenliyinin və sərhəd bütövlüyünün qorunmasının zəruriliyini vurğulayıb. Sameh Şukri Zirvə Görüşünün Azərbaycanda keçirilməsini yüksək qiymətləndirib, Azərbaycanın Hərəkata sədrlik etdiyi dövrdə öz töhfələrini verəcəyini vurğulayıb.