Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

NEFT AZƏRBAYCANA SÜLH, SABİTLİK GƏTİRƏCƏKDİR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN ABŞ-IN EN-Bİ-Sİ TELEKANALINA MÜSAHİBƏSİ

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 6-da ABŞ-ın En-Bi-Si telekanalına müsahibə vermişdir. AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir.

- Heydər Əliyevin xalqınız üçün qoyduğu irs barədə nə deyə bilərsiniz?

- Müasir, müstəqil Azərbaycan regionda öz mövqelərini möhkəmləndirir. Ölkədə güclü iqtisadi siyasət həyata keçirilir və bu siyasətin məqsədi insanların həyat şəraitini daha da yaxşılaşdırmaqdır. Azərbaycan nəhəng beynəlxalq proqramların, enerji layihələrinin iştirakçısıdır, ölkəmizdə iri neft və qaz boru kəmərləri inşa edilir. Müstəqilliyini əldə etdiyi 15 il ərzində ölkəmiz əsil müstəqil ölkə kimi yaşaya bilmək iqtidarında olduğunu sübut etmişdir. Hazırda Azərbaycan həqiqi müstəqil siyasət həyata keçirir, o, böyük iqtisadi artıma və potensiala malikdir. Bütün bu inkişafın əsasını 1990-cı illərin əvvəllərində ölkə rəhbərliyinə gəlmiş mənim mərhum atam qoymuşdur.

- Həm Siz, həm də atanız ABŞ ilə çox yaxın əlaqələr qurulmasının tərəfdarı olmusunuz. Bunu nə ilə izah edə bilərsiniz?

- Azərbaycan öz dövlət müstəqilliyini əldə edən zaman onun qarşısında bir çox seçim imkanı var idi. Ölkəmiz müxtəlif istiqamətlərdə inkişaf edə bilərdi. Lakin Heydər Əliyev tərəfindən edilmiş strateji seçim ABŞ ilə sıx əlaqələrə malik olmaq, Avratlantik strukturlarına inteqrasiya etmək olmuşdur. Hazırda Azərbaycan beynəlxalq münasibətlər sisteminin çox etibarlı və mühüm iştirakçısına çevrilir. Bu siyasət özünün doğru olduğunu sübut etmişdir. İndi ABŞ ilə ikitərəfli əlaqələrimiz çox yüksək səviyyədədir. Ölkələrimiz müxtəlif sahələrdə əməkdaşlıq edir və bu gün ABŞ Prezidenti Corc Buş tərəfindən mənə ünvanlanmış məktubda iki dövlət arasındakı əməkdaşlıq sahələri bir daha müəyyən edilmişdir. Bunlara enerji sahəsində dialoq, iqtisadi əməkdaşlıq, təhlükəsizlik məsələləri, siyasi proseslər, cəmiyyətin demokratikləşməsi aiddir. Biz müxtəlif ölkələrin təcrübəsindən xəbərdarıq. Bilirik ki, yalnız güclü, liberal, bazar prinsiplərinə əsaslanan iqtisadiyyat, siyasi azadlıqlar, demokratik proseslər insanlar üçün daha yaxşı həyat şəraitini təmin edə bilər. Buna görə də bizim ABŞ, digər Qərb ölkələri ilə yaxın əlaqələr qurmaq strategiyamızın bir məqsədi var. Bu da azad iqtisadiyyata malik olan, insanlara sərbəstlik təmin edən, dünyada gedən inteqrasiya proseslərinə və dünya iqtisadiyyatına tam inteqrasiya olunan müasir dövlət qurmaqdır.

- Bu gün etdiyiniz çıxışda Siz Azərbaycanı regionda ən mühüm dövlət adlandırdınız. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

- Bu yalnız böyük enerji daşıyıcıları ehtiyatlarının mövcudluğu ilə bağlı deyildir. Belə ki, enerji daşıyıcıları ehtiyatlarının olması o zaman əhəmiyyət kəsb edir ki, o, hasil olunsun və təhlükəsiz şəkildə dünya bazarlarına çıxarılsın. Bu gün biz Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən və dünyada nadir olan infrastruktura, boru kəmərinə malikik. Hazırda Azərbaycan nefti üç boru kəməri vasitəsilə üç müxtəlif istiqamətə nəql edilərək, dünya bazarına çatdırılır. Biz nəhəng qaz boru kəmərinin inşasının başa çatdırılması ərəfəsindəyik. Bu kəmər ölkəmizə öz qazını Qara dəniz və Aralıq dənizi hövzəsində yerləşən ölkələrə ixrac etmək imkanı verəcəkdir. Azərbaycan çox mühüm coğrafi mövqedə yerləşir. İndi Azərbaycanın iştirakı olmadan regionda hər hansı enerji, nəqliyyat layihəsinin və ya hansısa digər mühüm regional layihənin həyata keçirilməsi mümkün deyildir. Ölkəmiz Asiya ilə Avropa arasında təbii körpü rolunu oynayır. Hazırda bu regionda qlobal əməkdaşlığa daha böyük maraq olduğu bir dövrdə nəqliyyat, təhlükəsiz enerji dəhlizləri daha çox əhəmiyyət daşımağa başlayır. Biz yalnız enerji daşıyıcılarının tranziti üçün təhlükəsiz ölkə deyil, eyni zamanda, bunları hasil edən ölkəyik. Bir neçə ildən sonra ölkəmiz gündə bir milyon barrel neft hasil edərək onu ixrac edəcəkdir. Eyni zamanda, nəhəng qaz potensialımız da mövcuddur. Buna görə də Azərbaycanın regionun ən mühüm dövlətinə çevrilməsi təbiidir. Azərbaycanın iştirakı olmadan regionda heç bir mühüm beynəlxalq layihə reallaşa bilməz.

- Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşasının başa çatması şəxsən Sizin üçün və Azərbaycan xalqı üçün nə deməkdir?

- Şəxsən mən fəxr edirəm ki, lap əvvəldən, 1994-cü ildən başlayaraq Dövlət Neft Şirkətinin nümayəndəsi kimi “Əsrin müqaviləsi” ilə bağlı danışıqların aparılması, müqavilənin imzalanması prosesi, 2003-cü ilə kimi müqavilənin və onunla bağlı infrastruktur layihələrinin əməli həyata keçirilməsi prosesində iştirak etmişəm. Sonra isə bu proseslərə dövlət başçısı kimi rəhbərlik etməyə başladım. Beləliklə, mən həyatımın on ildən artıq bir dövrünü bu layihənin həyata keçirilməsinə həsr etmişəm. Bu layihəyə əfsanə, arzu, real olmayan bir şey kimi baxılırdı. Lakin biz onun həyata keçməsinə nail olduq. Bu, hamımızın - Azərbaycan hökumətinin, xarici tərəfdaşlarımızın, şirkətlərin, layihəyə güclü dəstək vermiş ABŞ hökumətinin, ARDNŞ-in ümumi nailiyyətidir. Boru kəmərinin Azərbaycan xalqı üçün əhəmiyyətinə gəlincə, deyə bilərəm ki, bu, ölkəmiz üçün uzunmüddətli iqtisadi rifahı təmin edəcəkdir. Xüsusilə neftin hazırkı qiymətləri nəzərə alınarsa, 8 milyonluq əhalisi olan bir ölkə üçün gündə bir milyon barreldən artıq həcmdə neft ixrac etmək böyük əhəmiyyət kəsb edəcəkdir. Bu, bizə enerjiyə olan tələbatlarımızı tam ödəməyə, neftin dünya bazarlarına etibarlı ixracçısı olmağa, Azərbaycan iqtisadiyyatına milyardlarla dollar cəlb etməyə imkan verəcəkdir. Hesablanmışdır ki, qarşıdan gələn 20 il ərzində neftin qiyməti bir barrel üçün 50 dollar həcmində qalarsa, Azərbaycan onun satışından 140 milyard dollar vəsait əldə edəcəkdir. Bu, böyük həcmli vəsaitdir və bu vəsaitlə mühüm işlər həyata keçirmək olar.

- Bu boru kəməri ilə Siz Azərbaycanın gələcək yolunun Qərblə olmasını seçdiniz. Nə üçün bu yol kimi cənub, İran və ya şimal, Rusiya seçilmədi?

- Əslində, biz neftin bir çox istiqamətlərdə nəqlinin tərəfdarıyıq. Azərbaycan dünya bazarlarına birbaşa çıxışı olmayan neft hasil edən ölkələrdən biri idi. Buna görə də boru kəmərinə ehtiyac vardı. Hazırda üç belə boru kəməri mövcuddur. Bunlardan biri Rusiya, digəri Gürcüstan, o biri isə Türkiyə istiqamətindədir. Yəni boru kəmərlərindən ikisinin Qara dənizə, birinin isə Aralıq dənizinə çıxışı var. Əgər daha əlavə həcmdə neft hasil edilərsə və bu, kommersiya baxımından zəruri hesab olunarsa, biz başqa istiqamətləri də nəzərdən keçirə bilərik. Yəni cənub istiqamətində boru kəmərinin çəkilməsi imkanı istisna edilmir. Fakt ondan ibarətdir ki, mövcud olan seçim imkanlarından ən səmərəlisi seçilmişdir. Bu seçim istər ölkə, istərsə də investorlar, şirkətlər üçün ən səmərəli olmuşdur.

Nə qədər çox alternativ marşruta malik olsaq, bir o qədər yaxşı olar. Buna görə də Azərbaycan və enerji daşıyıcıları ehtiyatlarımızdan və infrastrukturumuzdan gələcəkdə faydalanacaq tərəflər üçün boru kəmərlərinin çoxluğu siyasəti ən yaxşı seçimdir.

- Boru kəmərinin Gürcüstan və Türkiyədən keçməsi yalnız kommersiya səbəbləri ilə bağlı olmamışdır. ABŞ boru kəmərinin məhz bu istiqamətdə çəkilməsində çox maraqlı idi. Bu barədə nə deyə bilərsiniz?

- Hesab edirəm ki, burada həm kommersiya, həm də siyasi məqsədlər əsas kimi götürülmüşdür. Kommersiya baxımından Aralıq dənizinə çıxışa ehtiyac var idi. Belə ki, ilk növbədə bu, dünya bazarıdır. İkincisi, Qara dəniz və Bosfor vasitəsilə Azərbaycanın böyük neft ehtiyatını nəql etmək mümkün olmayacaqdı. Söhbət gündə ən azı bir milyon barrel neftin hasilatı və nəqlindən gedir. Buna görə də bizim Aralıq dənizinə çıxışı olacaq boru kəmərinə ehtiyacımız var idi. Beləliklə, kommersiya nöqteyi-nəzərindən layihə əsaslı idi. O, eyni zamanda, siyasi baxımdan da əhəmiyyətlidir. Belə ki, boru kəməri Xəzər dənizindən Aralıq dənizinə çox mühüm və nadir nəqliyyat dəhlizidir. Bu kəmər bütünlükdə Xəzər dənizi və Qara dəniz regionunun ümumi inkişafı üçün vacibdir. Bu gün qarşımızda yeni bir mənzərə var. Qara dəniz və Xəzər dənizi regionu müxtəlif sahələrdə əməkdaşlıq edir. Sizi əmin edirəm ki, neft ehtiyatlarımız olmasaydı, onun hasilatı belə sürətlə artmasaydı, neftin nəqli üçün zəruri boru kəməri mövcud olmasaydı, bu əməkdaşlıq daha aşağı səviyyədə olardı. Azərbaycan dostlarımızı, tərəfdaşlarımızı və qonşularımızı genişmiqyaslı iqtisadi və siyasi əməkdaşlıq layihələrinə cəlb etməyə imkan verən infrastruktur yaratmışdır. Buna görə də bu boru kəməri bizim üçün, sadəcə olaraq, neftimizin müəyyən bazarlara nəql edilməsinə imkan verən dəhliz deyildir. Onun əhəmiyyəti daha böyükdür.

- Azərbaycanda daxili siyasi vəziyyətlə bağlı sual vermək istərdim. Bəzi insanlar hökumətinizi tənqid edirlər. Sizin ABŞ-a səfəriniz öncəsi “Human Rights Watch” təşkilatı ABŞ Prezidentinə ölkənizdəki seçkilərdə müxalifətə hədə-qorxu gəlinməsi barədə məlumatlar təqdim etmişdir. Prezident seçkiləri ilə bağlı da bəzi iddialar irəli sürülmüşdür. Buna necə cavab verərdiniz?

- Tənqidlər əsaslı olanda biz narahatlıq yaradan məsələləri aradan qaldırmaq üçün əməkdaşlıq etməyə və işləməyə çalışırıq. Azərbaycan cəmiyyəti, onun siyasi sistemi hələ tam mükəmməl deyildir. Cəmi 15 ildir ki, biz müstəqil dövlət kimi, sovet dövründə mövcud olandan tamamilə fərqli siyasi mühitdə yaşayırıq. Buna görə də bəzən müəyyən QHT-lərin ölkəmizdən çox yüksək səviyyəli meyarlar tələb etməsi hələ tezdir. Ən əsası odur ki, ölkəmiz müsbət istiqamətdə hərəkət edir. Biz demokratikləşməni, siyasi plüralizmi, qanunun aliliyini davamlı inkişafımızın əsas elementləri kimi seçmişik. Bununla yanaşı, tənqidlər əsaslı, obyektiv olmayanda, əlbəttə ki, onları qəbul etmirik. Mən bilirəm ki, “Human Rights Watch” təşkilatının nümayəndələri ABŞ-a səfərim öncəsi Prezident Buşa məktub göndərmişlər. Mən bu məktubun məzmunu ilə tanışam və deyə bilərəm ki, orada yazılanlarla tamamilə razı deyiləm. Yeri gəlmişkən, ABŞ-a səfərim zamanı bu məktubu göndərən insanlarla görüşdüm. Ölkəmizdəki vəziyyət ilə bağlı aramızda açıq müzakirə oldu. Əhalinin böyük əksəriyyəti tərəfindən dəstəklənməyim göstərir ki, mən haqlıyam. Məni tənqid edənlər güman ki, ölkədəki siyasi həyat barədə tam məlumata malik deyillər. Hökumətimiz siyasi opponentlərinə siyasi plüralizm, qanunun aliliyi, siyasi partiyalar arasında normal münasibətlərin olmasını təklif edir. Lakin əgər onlar əməkdaşlıq deyil, qarşıdurma yolunu seçirlərsə, əgər onlar hesab edirlərsə ki, əllərinə narıncı bayraqlar alaraq inqilab edə bilərlər, bu, bizim günahımız deyildir. Bizə hücum edirlərsə, özümüzü, demokratiyanı, sosial nailiyyətləri, iqtisadi planlarımızı, ölkəmizi müdafiə etməliyik. Müstəqilliyimizin, siyasi quruluşumuzun möhkəmləndirilməsi üçün hələ çox işlər görülməlidir və siyasi vəziyyətin daha da yaxşılaşdırılması ilə bağlı bütün dostlarımız və tərəfdaşlarımızla birgə çalışmağa hazırıq. Digər tərəfdən, heç bir ölkə insan hüquqlarının vəziyyəti baxımından təkmil deyildir. Yeri gəlmişkən, “Human Rights Watch” təşkilatı uzun demokratiya tarixinə malik olan ölkələri də tənqid etmişdir. Tənqid obyektiv olmalıdır. Onun əsasında siyasi motivlər durmamalı, onun məqsədi hökumətimizə təzyiq göstərmək və insan hüquqlarının təmin edilməsi ilə bağlı olmayan müəyyən məqsədlərə çatmaq cəhdi olmamalıdır.

- İndi isə Vaşinqtonda böyük diqqət verilən cənub qonşunuz İranla bağlı sual vermək istərdim. Əgər ABŞ İrana qarşı hərbi əməliyyatlar keçirərsə, Azərbaycanın buna reaksiyası necə olacaqdır?

- Bu sualı mənə tez-tez verirlər. Vaşinqtona, eyni zamanda, bu yaxınlarda Parisə etdiyim səfərlər zamanı da məndən bu barədə soruşmuşdular. Bu suala artıq bir neçə dəfə cavab vermişəm. Biz qonşu İrana qarşı hər hansı hərbi əməliyyatın həyata keçirilməsini dəstəkləməyəcəyik. Azərbaycanın mövqeyi çox açıqdır. Hesab edirəm ki, bütün məsələlər dinc yolla, diplomatik səylərlə həll olunmalıdır. Bizim də problemimiz var. Uzun müddətdir ki, Ermənistan Azərbaycan ərazilərinin böyük bir hissəsini işğal altında saxlayır. Ermənistan tərəfindən xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilmişdir və bir milyon azərbaycanlı doğma yurd-yuvasını, mülkiyyətini itirmişdir. Lakin on ildən artıqdır ki, biz sülh danışıqları aparırıq. Beynəlxalq birlik bizə münaqişənin dinc yolla həllini tapmağı tövsiyə edir. Ölkəmizə tövsiyə edilir ki, hərbi həll yolunu nəzərdən keçirməyək. Biz hesab edirik ki, əgər mübahisə və ya münaqişənin dinc yolla həlli imkanı varsa, son ana qədər bu istiqamətdə çalışmalıyıq. Bu cür yanaşma digər potensial münaqişəyə, fikir ayrılığı və ya mübahisə yaradan istənilən başqa məsələyə də aid edilə bilər. Hesab edirəm ki, məsələnin dinc həlli imkanları tükənməmişdir. Bu imkanlar araşdırılmalı və qərar qəbul edilməlidir. Qəbul ediləcək qərar bütünlükdə regionda sabitliyi pozmamalıdır.

- Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin həlli yolunu görürsünüzmü və bu, nə zaman baş verə bilər?

- Münaqişənin nə zaman həll olunacağını demək çətindir. Çünki bu, təkcə bizdən asılı deyildir. Əminəm ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında həll ediləcəkdir. Azərbaycanın ərazi bütövlüyü, Ermənistan istisna olmaqla, bütün dövlətlər, bütün beynəlxalq birlik, BMT tərəfindən tanınmışdır. Erməni qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Avropa Şurası, İslam Konfransı Təşkilatı, GUAM və başqa beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini və Ermənistanın işğalçı qoşunlarının ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri mövcuddur. Bütün bunlar münaqişənin həlli üçün əsasdır. Biz Dağlıq Qarabağın Azərbaycandan ayrılması və ya müstəqilliyini elan etməsi ilə heç zaman razılaşmayacağıq. Biz Dağlıq Qarabağda yaşayan ermənilərə dünyada mövcud olan ən yüksək - siyasi, təhlükəsizlik təminatları olan, özünü idarəetmənin müvafiq elementlərini ehtiva edən muxtariyyət statusu verə bilərik. Lakin yenə də qeyd edirəm ki, bu, yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. Ermənistan işğalçı qoşunlarının ərazilərimizdən dərhal çıxarılması sülh yolu ilə istənilən həll üçün ilkin şərtdir.

- Sonuncu sualım gələcəklə bağlıdır. Bəzi ölkələr üçün neft fəlakətlər gətirmişdir. Bir zaman Azərbaycanda da neft hasilatı azalacaqdır. Buna necə hazırlaşırsınız?

- Biz neft hasil edən ölkələrin təcrübəsinin öyrənilməsinə bir neçə il bundan öncə, neft sənayemizin indiki inkişafının ilk mərhələsində başlamışıq. Azərbaycanın neft sənayesinin inkişaf perspektivlərini əvvəlcədən görə bildik. Ona görə də özümüzü buna hazırlamaq, həm müsbət, həm də mənfi təcrübəni öyrənərək apardığımız araşdırmadan faydalanmaq qərarına gəldik. Altı il bundan öncə Azərbaycan Respublikasının Dövlət Neft Fondu təsis edilmişdir. Neft satışından əldə olunan bütün gəlirlər burada cəmlənir. Fond şəffaf və üzərində beynəlxalq audit keçirilən bir strukturdur. Bu gün Böyük Britaniyanın Baş naziri Toni Bleyer tərəfindən mənə ünvanlanmış məktubda bir daha qeyd edilir ki, Azərbaycan Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsündə mühüm rol oynayır. Bu təşəbbüs şəffaflığın təmin olunması üçün çox mühüm bazadır. Azərbaycanın hər bir vətəndaşının Neft Fondunda olan gəlirlərin həcmi və bu gəlirlərin necə xərclənməsi barədə məlumat almaq hüququ var. Gəlirlərin toplanması şəffafdır. Xərclənmə yalnız büdcə vasitəsilə, parlamentin müzakirəsindən sonra həyata keçirilə bilər. Biz hesabatları çox şəffaf aparmalıyıq. Bu, uğur üçün, neftə bəla kimi deyil, fayda kimi baxmaq üçün ilkin şərtdir. Azərbaycanın hər bir vətəndaşı bundan faydalana biləcəkdir. Zənnimcə, bu imkandan ölkəmizin inkişafı naminə elə istifadə edə biləcəyik ki, vəsaitdən sui-istifadə olunmaması, gəlirlərin bərabər şəkildə bölüşdürülməsi və insanların tələbatlarının ödənilməsi tam təmin edilsin. Nəhəng ehtiyatlarımız var, böyük hasilatımız olacaq və insanlar bundan faydalanmalıdırlar. Atdığımız ilk addımlar göstərir ki, niyyətlərimiz çox ciddidir və yaxşı nailiyyətlər əldə etmişik. Əminəm ki, neft Azərbaycana sülh, sabitlik gətirəcək, regionda əməkdaşlığın daha da genişlənməsinə yaxşı şərait yaradacaq, Azərbaycan siyasi, iqtisadi cəhətdən güclü dövlətə çevriləcək, onun regiondakı, beynəlxalq münasibətlərdəki mövqeləri daha da güclənək, dostlarımız ilə tərəfdaşlıq əlaqələrimiz daha da möhkəmlənəcəkdir.

Müxbir: Cənab Prezident, təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İspaniyadan Uruqvaya uçan təyyarə turbulentə düşüb, 30 nəfər xəsarət alıb

Türkiyə Nazirlər Kabinetində dəyişikliklər edilib

Avro-2024: Portuqaliya millisi 1/4 finala vəsiqə qazanıb

Budapeştdə ilk qısametrajlı “Ortaq Türk” filminin nümayişi olub

Ali Məhkəmə Donad Trampı bəzi cinayət məsuliyyətindən azad edən qərar çıxarıb

Özbəkistanda illik inflyasiya 10,6 faizə qədər artıb

ABŞ-da bir ailənin 5 üzvü təyyarə qəzasında həlak olub

Blinken: Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb

Gədəbəyə dolu düşüb

Avro-2024: Fransa 1/4 final mərhələsinə vəsiqə qazanıb

Türkiyə Prezidenti siyasətçilərin ritorikasında populizm və ksenofobiyanı “zəiflik” adlandırıb

FHN: Nohur gölündə suyun səviyyəsi artıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb VİDEO

Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə mina təhlükəsi ilə bağlı mübarizəyə başlayıb

Radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur BƏYANAT

Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Yeni Günəşlidə narkotik satışı ilə məşğul olan şəxsdən 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb VİDEO

ABŞ-da atışma zamanı 3 nəfər ölüb

Ankarada start götürən “Müharibə dövründə jurnalistika” təlimlərində AZƏRTAC-ın əməkdaşı da iştirak edir

Daxili İşlər Nazirliyi Şuşa “ASAN xidmət”də işə qəbulla bağlı müsabiqə elan edir

İqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri - vebinar

Nyu-Yorkda İpək Yolu Festivalı keçirilib

Yasamalın Mikayıl Müşfiq küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası COP29 mövzusuna həsr edilib

COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq ŞƏRH

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

® Zəhərli ilan və həşəratların sancması zamanı təxirəsalınmaz tədbirlərlə bağlı metodiki vəsait

Sağlamlıq imkanları məhdud şəxsə avtomobil hədiyyə edilib

Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular bəlli olub

Dövlət Sosial Müdafiə Fondu “Nebext” beynəlxalq təşkilatının xüsusi mükafatına layiq görülüb

ANAMA-nın İdarə Heyətinin sədri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Cənubi Koreyada doğumun azalması problemini həll etmək üçün nazirlik yaradılır

Pərviz Şahbazov Pakistanın neft naziri və “Saipem” şirkətinin baş icraçı direktoru ilə görüşüb

ABŞ mətbuatı Azərbaycanda dekolonizasiya mövzusunda keçirilmiş konfransdan yazıb

AZAL Füzuliyə təyyarə biletlərinin satışına başlayıb

Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb

Raket zərbəsinə məruz qalmış Odessa kilsəsi təmir edilir VİDEO

BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib

“Jerusalem Post”: Qərb Qafqazda sülhü təşviq etmək istəyirsə, Ermənistana təzyiq göstərməlidir

Son 10 gün ərzində Elm və Təhsil Nazirliyinə 21 mindən çox vətəndaş müraciət edib

Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir

Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər

Ankara Sosial Elmlər Universitetinin sosiokənd sisteminin BDU-da tətbiqi imkanları araşdırılır

Azərbaycan və İsrailin XİN rəhbərləri regionda və Qəzza ətrafındakı vəziyyəti müzakirə ediblər

® “Samsung” AI TV ilə yeni era başlayır - Daha canlı, daha həyəcanlı

Mədəniyyət naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

“Asiya uşaqları” Oyunlarının qalibi: Vətənə qızıl medalla qayıdacağıma inanırdım

UNEC-in “Gələcəyin tədqiqatçıları” qrant layihəsi yekunlaşıb

Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

Azərbaycan polisi: dövlətçiliyə sadiq, peşəkar və qətiyyətli

“Azərkosmos”un dəstəyi ilə ərsəyə gəlmiş film təqdim olunub

Tacikistan Milli Bankı ilə əlaqələrin daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub

Ordubadın Tivi-Biləv kənd avtomobil yolunda yaranmış problem aradan qaldırılır VİDEO

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı Qəbələ və İsmayıllıda ictimai dinləmələr keçirilib

Həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakinləri saxlanılıb

Şotlandiyadakı ada ən azı 600 min avroya satışa çıxarılıb

Prezident İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

ADA Universitetində “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilir  YENİLƏNİB VİDEO

Agentlik: Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri işdən azad edilib

Beynəlxalq Buker mükafatının ilk laureatı İsmayıl Kadare vəfat edib

Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib   YENİLƏNİB VİDEO

Paytaxtın Parlament və Atatürk prospektlərində təmir işləri yekunlaşmaq üzrədir VİDEO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağsuda vətəndaşları dinləyib

Azərbaycan güləş millisinin baş məşqçisi: Avropa çempionluğunu ənənəyə çevirmişik

Xəzər dənizinin şimal-şərq hissəsində suyun səviyyəsi artıb

“Dərələyəzim” əsəri Topkapı sarayında

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası olub

Astanada hava limanları və dəmir yolu stansiyaları gücləndirilmiş iş rejiminə keçib

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda arxeoloji qazıntı işlərinə başlanılıb

Okeanın dərinliklərində heyrətamiz hidrotermal mühit kəşf edilib

COP29 Azərbaycan üzrə baş icraçı direktor: Artıq qlobal iqlim danışıqlarının faktiki liderliyi bizim ölkəmizdədir

Finlandiya parlamenti ABŞ-la müdafiə sazişini yekdilliklə təsdiqləyib

Nigeriyada terror aktları nəticəsində azı 18 nəfər həlak olub

İKTA sədri: Agentlik qısa müddətdə 5 elektron xidmət istifadəyə verib

Ukraynada benzin və dizelin qiyməti yenidən artacaq

“Sabah” klubu mərakeşli futbolçu ilə vidalaşıb

Türkiyə Qara dənizdə qaz hasilatını artırır

Azərbaycan şirkətləri "Şimal-Cənub" I nəqliyyat ticarət-ixrac forumunda iştirak edəcək

Şahmat Tacı uğrunda oyuna ev sahibliyi edəcək ölkə açıqlanıb

Gəncədəki aptekdə qulaq damcısı bioloji aktiv qida məhsulu kimi göstərilib

Türkiyə və Azərbaycan muzeyləri arasında gələcək əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə olunub

Azərbaycan dövlətinin dəstəyi ilə Rustavidə açılan Mərkəzdə kursları bitirən şagirdlərə sertifikatlar təqdim olunub

Həvəskar balıqçılar üçün balıq ovuna icazə verildi, mövsümdən gözləntilər nədir? REPORTAJ VİDEO

İcbari tibbi sığorta ilə 26 min 494 qasıq yırtığı əməliyyatı icra edilib

Qabiliyyət imtahanları davam edir

“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1179-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Balmoral qəsri bu gün ictimaiyyətə açılıb

Türkiyədəki Göbekli-Tepe məbəd kompleksini 2,8 milyon turist ziyarət edib

® Xəzərin Bilgəh sahili “Qırmızı Ürəklər” könüllülərinin iştirakı ilə tullantılardan təmizlənib

® “Nar” komandası “Breyn Rinq” yarışının qalibi oldu

Mərkəzi Bankın sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Tacikistana işgüzar səfəri başlayıb

Dövlət qulluğu vəzifələri üzrə imtahanın nəticələri açıqlanıb: 408 nəfər müsabiqə şərtini ödəyib

Azərbaycan İdman Akademiyasının tələbələri Çexiyada təcrübə keçiblər

Viktoriya və Albert Muzeyində müğənni Teylor Sviftlə bağlı sərgi açılacaq

Güclü küləklə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edilib