Neftçala rayonunda balıqçılıq təsərrüfatından oğurluq edən şəxslər tutulublar
Bakı, 22 aprel, AZƏRTAC
Neftçala rayonu ərazisindəki balıqçılıq təsərrüfatlarının birindən oğurluq edilməsi barədə rayon polis şöbəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və aprelin 4-dən 19-dək təsərrüfatdan 10 min 300 manat dəyərində 199 ədəd müxtəlif növ balığın oğurlandığı müəyyənləşdirilib.
Oğurluğu törətməkdə şübhəli bilinən Neftçala şəhər sakinləri A.Əliyev, E.Salmanov və Boyat kənd sakini X.Ələkbərov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Faktlar bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]