“Neftçi” klubu daha bir transferini rəsmiləşdirib
Bakı, 12 iyun, AZƏRTAC
“Neftçi” futbol klubu daha bir transferini rəsmiləşdirib. Komanda Rəşad Eyubovla birillik müqavilə imzalayıb.
AZƏRTAC kluba istinadla xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”ın heyətində 4 nömrəli formanı geyinəcək.
Rəşad Eyubov ötən mövsümü "Sumqayıt” klubunun heyətində keçirib və 28 oyunda 4 qol vurub. O, karyerası ərzində Ukraynanın “Çernomorets” və “Metallurq” klubları ilə yanaşı, ölkəmizdə “Simurq”, “Xəzər-Lənkəran”, “Kəpəz” və “Qəbələ”də də çıxış edib.
Qeyd edək ki, “Neftçi” bundan öncə cinah müdafiəçisi Tural Axundov və braziliyalı hücumçu Dario Frederiko ilə münasibətlərini rəsmiləşdirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [17:47]
Çempionlar Liqası: “Neftçi”nin rəqibi bəlli olub
- 18.06.2026 [16:40]
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı reallaşıb
- 18.06.2026 [16:38]
DÇ-2026: Ronaldu, Harri Keyn və İvan Perişiç rekordlara imza atıblar
- 18.06.2026 [16:13]
“Qarabağ” və “Zirə” yoldaşlıq görüşündə üz-üzə gələcək
- 18.06.2026 [16:10]
Cahangir Fərəcullayev UEFA-da komitə üzvü təyin edilib
- 18.06.2026 [15:37]