“Neftçi”nin qapıçısı Səlahət Ağayev dirsək oynağından əməliyyat olunub
Bakı, 26 oktyabr, AZƏRTAC
Bakının “Neftçi” futbol klubunun qapıçısı Səlahət Ağayev dirsək oynağından əməliyyat olunub.
AZƏRTAC kluba istinadla xəbər verir ki, Türkiyənin İstanbul şəhərindəki özəl klinikalardan birində aparılmış əməliyyat uğurlu alınıb. Həkimlərin rəyinə görə, gələn həftədən bərpa məşqlərinə başlayacaq qapıçının üç həftədən sonra topla hazırlığa start verəcəyi planlaşdırılır.
Qeyd edək ki, 2017/2018-ci il mövsümündən etibarən “Neftçi”nin heyətində 67 oyunda meydana çıxan S.Ağayev bu mövsüm heç bir oyunda forma geyinməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]
“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb
- 11.06.2026 [16:28]
UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub
- 11.06.2026 [15:58]
Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib
- 11.06.2026 [15:48]